Özbək aliminin yubileyi və hazırladığı lüğətin təqdimatı keçirilib – Bakıda

15:24 / 09.10.2019

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” qəzeti, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan arasında ədəbi əlaqələrin dərinləşməsi, tərcüməçilik fəaliyyəti, türk dünyası ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubileyi və “Özbək-Azərbaycan” lüğətinin təqdimat mərasimi keçirilib.

Azadinform xəbər verir ki, tədbirdə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, millət vəkilləri, media nümayəndələri və özbək qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev toplantının məqsəd və məramı barədə məlumat verib: “Bu gün iki gözəl səbəb üçün yığışmışıq. Həm Azərbaycanla Özbəkistan arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsində xidmətlər göstərmiş Babaxan müəllimin yubileyi münasibətilə, həm də “Özbək-Azərbaycan” lüğəti təqdim ediləcək”.

Sonra çıxış edən “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva bildirib ki, digər kitab təqdimatlarından fərqli olaraq bu gün Özbəkistan-Azərbaycan əlaqələrini yaradan canlı bir kitab – Babaxan Şərifin doğum gününü qeyd edirik: “Babaxan müəllim filologiyanı bitirməsinə baxmayaraq ömrünü-gününü daha çox kitaba, yazıya bağlayıb. Çünki o, 1967-1972-ci illərdə universitetin filologiyasını bitirdikdən sonra fəaliyyətinə elə jurnalistikadan başlayıb. Ondan sonra 3 mətbəə rəhbəri kimi fəaliyyət göstərib. Artıq kitaba, sözə bağlılıq millətin mədəniyyəti, ədəbiyyatı və tarixi ilə bağlı kitabların nəşri onun canına-qanına hopmuş kimi bir taleyinə də çevrilib. Bu da hər adamın işi deyil ki, sözə könül verə və taleyini sözə bağlaya, millətini, xalqını da tanıtsın. 1993-cü ildə türk özbək türkcəsi 3 dəfə nəşr olunub. Türk xalqları arasında bu kitab ünsiyyət üçün mühüm rol oynayıb. Bu gün burada görkəmli alimimiz Ramiz Əskər və Babaxan müəllimin yaşında burada iştirak edənlər var. Demək, şəxsi dostluq əlaqələri yaranıbsa, yeni nəsil yaşıdınız arasında ünsiyyətdə körpü rolunu oynayırsınız. Özbəkistana bir qardaş evinə üz tutacağımız insan var. Sizin tərcümələriniz həm özbək, həm də Azərbaycan ədəbiyyatına xidmətinizdir. Sizin fəaliyyətiniz çox dəyərlidir. Siz müəyyən mükafatlar qazanıbsınız. Bunlar hər adama verilməz. Bu mükafatlar o şəxslərə verilir ki, onlar Türk dünyasında öz imzaları, gördükləri işlərlə tanınıblar. Onun fəaliyyəti özbək xalqını sevindirdiyi kimi bizi də sevindirir. Özbəkistandan burada təhsil alanlar var. Biz istəyirik ki, gələcəkdə də fəaliyyətinizi genişləndirəsiniz. Tələbə mübadilələri olmalıdır. Bizim Özbəkistana səfərimiz var. Bu dostluğun yaranmasında Samir bəyin də mühüm rolu var. O da burada iştirak edir. Sizə təşəkkür edirik. Bu lüğətin ərsəyə gəlməsində sizin də böyük rolunuz var. Babaxan bəy, sizə cansağlığı arzulayıram”.

Daha sonra Sona Vəliyeva “Kaspi” qəzeti tərəfindən hazırlanmış hədiyyəni Babaxan Şərifə təqdim edib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu qeyd edib ki, “Kaspi” qəzetinin bu tədbirin təşkil edilməsində, eləcə də, dostluq əlaqələrinin möhkəmlənməsində böyük rolu var: “Özbəkistanda artıq belə ədəbi tədbirlərin keçirilməsi üçün indi böyük meydan, imkanlar yaranıb. Bu imkanlardan istifadə edib, daha böyük işlər görməli, geniş tədbirlər təşkil etməliyik”.

U.Rəhimoğlu yubilyarı Mətbuat Şurasının İdarə Heyətinin Fəxri diplomu ilə mükafatlandırıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək yaxın günlərdə Özbəkistana olan səfərindən danışıb: “Mən Özbəkistanda səfərdə olarkən öz vətənimdən öz vətənimə gəldiyimi dedim. İndi də dəyərli ustad Babaxan müəllim, siz öz vətəninizdən öz vətəninizə gəlibsiniz. İki qardaş ölkənin şəxsiyyətlərindən birinin yubileyini burada qeyd etməkdən məmnunuq. Yadımdadır, Özbəkistana səfərimizdə onun evinə yığışmışıq. Orada bir söz dedi ki, özümünkü bura gəlib. Sizin yubileyinizi burada qeyd etməkdən qürur duyuruq. Babaxan müəllim iki ölkə arasındakı əlaqələrdə mühüm rol oynayan şəxsiyyətdir. İnşallah, sizin yubileyinizi ali baş komandanın rəhbərliyi ilə Qarabağda qeyd edərik. Xasiyyət Rüstəmin də dostluq əlaqələrinin möhkəmlənməsində böyük rolu var. Ona da təşəkkür edirik. Çox türk respublikasında olmuşuq. Türkiyədəki sevgini ən çox Özbəkistanda görmüşük. Daha çox çalışmalıyıq ki, gənc nəsillərimiz bir-birini tanısın. Buna çox böyük ehtiyac var. Çox insanlarımız xaricə gedir. İnanın ki, Özbəkistan daha çox görülməli olan ölkədir. Çox gözəldir. Samir bəy iki ölkə arasında çox böyük layihələr həyata keçirib. Biz bu layihələri genişləndirilməyik. Daha çox çalışmalıyıq. Buna böyük imkanlarımız var. İnanıram ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra daha da inkişaf edəcək. Belə əlaqələrin qurulmasında sizin rolunuz danılmazdır. Bunun üçün sizə təşəkkür edirik”.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbas tədbirə görə “Kaspi” qəzetinə təşəkkür edib: “Bu çox böyük hadisədir. Babaxan Şərifin yubileyini qeyd edirik, özü də onun öz vətənində. O elə bir şəxsiyyətdir ki, saatlarla danışmaq olar. Bu kitab tarixdə ilk layihədir. Babaxan müəllim bu kitabın Özbəkistan tərəfdən təşkil edənlərdən biridir. Dostluq əlaqələrinə töhfə verən bütün təşkilatlara, insanlara təşəkkür edirəm. Özbəkistan bizə çox yaxın ölkədir. Bu ölkə ilə əlaqələrimiz inkişaf edir. Bu ölkə tarixə böyük şəxsiyyətlər bəxş edib. Əməkdaşlığımız daha da inkişaf etməlidir”.

S.Abbas Mərkəzin diplomunu Babaxan Şərifə təqdim edib.

 

Sonda çıxış edən yubilyar Babaxan Şərif tədbir iştirakçılarına təşəkkür edib: “Özbəkistan yeni mərhələdədir. Ölkə başçımız böyük işlər görür. Biz qardaşıq. Qardaşlar arasında dava çıxa bilər, amma sevgi daim qalır. Anamızın-atamızın bir olduğunu anlamamız lazımdır. Özbəkistan-Azərbaycan arasında heç zaman problem yaşanmayıb. Azərbaycana gələn qardaşlarımız burada ölkəmizə olan sevgini görür. Hər birinizə minnətdaram. Sizin sevginizdən sonra 70 deyil, 18 yaş oldum. Qəlbimdəki duyğularımı sözlə ifadə etmək çətindir. Azərbaycan, Özbəkistan, bütün türk dünyası var olsun. Sizinlə görüşməyi mənə nəsib etdiyi üçün Allahıma şükürlər olsun”.

Çıxışının sonunda Babaxan Şərif  Umud Rəhimoğluna Özbəkistanın milli geyimini təqdim edib.

azadinform.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM