Hər bir dövlətin həqiqi sərvəti onun insanlarıdır
Siyahıyaalmanın tarixi
Apardığımız araşdırmalara əsasən deyə bilərik ki, əhalinin ilk siyahıya alınması qədim dövrlərdə dövlətlərin vergi və hərbi fəaliyyətləri və onların inzibati quruluşunun vəzifələri ilə əlaqədar həyata keçirilmişdir. Tarixi mənbələr göstərir ki, hətta qədim Hindistan qanunlarında, Manu hökmdarları, güclərini öyrənmək və vergiləri təyin etmək üçün sakinlərin sayını nəzərə almağı əmr ediblər. Misirdə əhalinin sayılmasına e.ə. 2800-2250-ci illərdən başlanmışdı. Tarixi mənbələrdə qədim Mesopotamiyada əhalinin sayına dair məlumatlar var. Bundan başqa əhalinin qədim Çin və Yaponiyada qeydə alındığına dair sübutlar vardır. Adətən o dovrlərdə əhalinin sayları hərbi və maliyyə məqsədləri üçün istifadə edilirdi. Amerikada isə avropalılar tərəfindən müstəmləkə olunduqdan bir müddət əvvəl həyata keçirilmişdir.
Müqəddəs Kitabın Əhdi-Ətiq Padşahlarının İkinci Kitabında çar Davudun təşkil etdiyi siyahıyaalma təsvir olunur: Həmin kitabda qeyd olunur ki, çar onunla birlikdə olan sərkərdə Yoaba deyir ki, Danidən Bathsheba'ya qədər İsrailin bütün qəbilələrini gəzin və insanların sayını sayın ki, xalqımızın sayını bilim. Qədim Yunanıstanda, e.ə. 4-cü əsrin sonunda, bütün yetkin kişilər sayılırdı və eramızdan əvvəl 435-ci ildən bəri Qədim Romada mütəmadi olaraq həyata keçirilirdi. Fiskal məqsədlər və ya xüsusi hallar üçün isə əhalinin vaxtaşırı tədqiqatları erkən orta əsrlərdə aparılmışdır. Məsələn, 1086-cı ildə İngiltərədə Fatih Uilyamın əmri ilə 34 mahalda əhali sayılıb, nəticələr Qiyamət Kitabı adlandırıldı. Avropanın bir sıra şəhərlərində 1449-cu ildə Nürnberqdə, Strasburqda (1473), Sürixdə (və kanton boyunca) (1567) və Florensiyada (1427-1430) ev təsərrüfatları sayılaraq siyahıya alınmışdı. Novqorod Respublikasında və bəzi rus knyazlıqlarında, 13-cü əsrin ikinci yarısından etibarən vergi tutulması üçün əhalinin siyahıyaalınması aparılmışdı. Rusiyada maliyyə məqsədləri ilə ilk siyahıyaalma 1245-ci ildə aparılıb. Avropa ölkələrindən Avstriya, Bavariya, Hollandiya, Danimarka, İspaniya, Asiyada Yaponiya, Amerikada 18-ci əsrin ortalarından əhalinin qeydiyyata alınmasına cəhdlər edilib.
1718-ci ildə seçki vergisinə keçərkən I Pyotr ümumi əhali siyahıyaalması ilə bağlı bir sərəncam imzalayıb və bunu "vergi yoxlamaları" adlandırıb. İlk tam siyahıyaalma 1790-cı ildə ABŞ-da baş tutdu.
Şərqi Avropa və MDB dövlətləri arasında öncüllərdən olaraq demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədi ilə ölkəmizdə Demoqrafik İnkişaf Konsepsiyası hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Sözügedən Konsepsiya milli maraqlar nəzərə alınaraq Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq sənədlərin prinsiplərinə əsaslanmışdır. Bu Konsepsiya ölkəmizdə əhali sakinliyinin inkişafı sahəsində davamlı siyasətin hazırlanmasına və həyata keçirilməsinə təkan vermişdir.
Əhalinin siyahıyaalınmasının yekunları və cari uçot məlumatları əsasında əldə olunan demoqrafik göstəricilər ölkənin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının işlənib hazırlanmasında və həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Əhalinin siyahıyaalma məlumatları cəmiyyətin inkişaf meyillərinin düzgün öyrənilməsi üçün çox əhəmiyyətli rəsmi statistika olmaqla yanaşı, baza xarakterli statistik məlumatların əldə edilməsinin əsas mənbəyidir.
Azərbaycanda siyahıyaalınma - “Heç kimin kənarda qalmaması”
Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2016-cı il tarixli 140 nömrəli Fərmanına əsasən 2019-cu ilin 1-10 oktyabr tarixlərində ölkəmizdə əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmana uyğun olaraq ölkəmizdə əhalinin siyahıyaalınma işlərinə başlanılmışdır və uğurla davam etdirilir.
Şübhəsiz ki, “Heç kimin kənarda qalmaması” prinsipi ilə növbəti inkişaf mərhələsinə qədəm qoymaqla, yoxsulluq, sağlam həyat şəraiti, inklüziv və bərabər keyfiyyətli təhsil, layiqli məşğulluq, gender bərabərliyi, sanitariya, enerji təchizatı və sair məsələlər əhatə olmaqla insan inkişafının əsas sosial və iqtisadi amillərinin kəmiyyət və keyfiyyətinin məqbul səviyyəsinə nail olunması yönündə kompleks proqramların həyata keçirilməsi zəmanəmizin çox ciddi çağırışlarındandır.
Belə ki, dünya birliyinin qəbul etdiyi bugünkü və gələcək nəsillərin inkişafı baxımından fundamental əhəmiyyət kəsb edən 17 qlobal məqsəd və 169 hədəfdən ibarət “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” (“Gündəlik-2030”) cəmiyyətin yeni inkişaf mərhələsinin başlanğıcı olmaqla əhali haqqında yüksək keyfiyyətli, aktual, etibarlı və daha müfəssəl məlumatların mövcudluğunu ön plana çəkir. Yəni, “Gündəlik-2030”dan irəli gələn vəzifələr dayanıqlı inkişaf üzrə yeni milli strategiyaların, proqramların və fəaliyyət planlarının hazırlanmasını tələb edir ki, bu da öz növbəsində insanları xarakterizə edən gəlir, cins, yaş, əlillik, miqrasiya statusu, dini, etnik mənsubiyyəti, coğrafi məskunlaşma və milli şəraitə uyğun digər əlamətlərə görə məlumatlara malik olmadan mümkün deyildir. Göründüyü kimi, insan haqqında belə ətraflı məlumatlara olan ehtiyac “Hər bir dövlətin həqiqi sərvəti onun insanlarıdır” paradiqmasını bir daha təsdiq edərək insan inkişafının nə dərəcədə önəmli olduğundan açıq-aydın xəbər verir.
Təsadüfi deyil ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, ölkədə insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması, vətəndaş cəmiyyətinin ictimai həyatda fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Odur ki, ölkəmizin iqtisadi inkişafının insan kapitalını formalaşdıran əhalinin sosial rifahı daim dövlətin diqqət mərkəzində olub. Prezident İlham Əliyevin “İnsan amili bizim siyasətimizin prioritetidir” - sözləri bu fikrin təsdiqidir. Bu əsasla “insanlar haqqında ətraflı statistik məlumatlara olan tələbat həyatın demək olar ki, bütün sahələrində iqtisadi, sosial, siyasi, humanitar-mədəni və sair sahələrdə səmərəli inkişaf siyasətinin formalaşdırılması üçün hazırda ciddi amilə çevrilmişdir” - desək heç də yanılmarıq.
“Gündəlik-2030”dan irəli gələn milli öhdəliklərlə əlaqədar qarşıya qoyulmuş məqsəd və hədəflərə nailolma vəziyyətinin monitorinqi, habelə bu sahədə müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün əhalinin demoqrafik vəziyyəti barədə dəqiq və dolğun statistik məlumatlara, davamlı informasiya dəstəyinə olan tələbat ölkəmizdə əhalinin növbəti siyahıyaalınmasının həyata keçirilməsini şərtləndirir.
Əhalinin siyahıyaalınması mühüm dövlət tədbiridir. Geridə qoyduğumuz dövrdə Azərbaycanda əhalinin 9 dəfə siyahıyaalınması baş tutub ki, bunlardan birincisi 1897-ci ildə Çar Rusiyası, digər altısı 1926-cı, 1939-cu, 1959-cu, 1970-ci, 1979-cu, 1989-cu illərdə Sovet İttifaqı və nəhayət son ikisi də 1999-cu, 2009-cu illərdə müstəqillik dövrünə aiddir. Bu siyahıyaalmalar zamanı ölkəmizin əhalisi haqqında ətraflı məlumatlar toplanılıb. Azərbaycan Respublikasında 1999-cu ildə keçirilmiş ilk milli siyahıyaalmanın nəticələrinin ilkin təhlili göstərir ki, müstəqillik qazandığı son 8 il ərzində (1991 -1998-ci illərdə) ölkə əhalisinin sayı 10,7% artaraq 7186,6 min nəfərdən 7952,5 min nəfərə, o cümlədən şəhər əhalisinin sayı 6,4% artaraq 3864,9 min nəfərdən 4112,3 min nəfərə, kənd əhalisinin sayı isə 15,6% artaraq 3321,7 min nəfərdən 3840,2 min nəfərə çatmışdır. Bunlarında 3 883 155 nəfəri kişi, 4 070 283 nəfəri isə qadınlar təşkil etmişdir. 2009 –cu ildə isə Azərbaycan əhalisinin sayı 8 922 447 nəfər olmuşdur. Bütövlükdə 1999-2009-cu illər ərzində əhalinin sayı 969 min nəfər və ya 12,2% artaraq 1999-cu ildəki 7.953,4 min nəfərdən, 2009-cu ildə 8.922,3 min nəfərə çatmışdır. Orta illik artım 96,9 min nəfər və ya 1,2% olmuşdur.
Azərbaycanda urbanizasiya - istiqamət əyalət şəhərləri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasəti yeni dövrün çağırışlarına cavab verərək urbanizasiya məfhumuna yeni baxışı ortaya qoyur. Əgər əvvəllər Azərbaycanda urbanizasiya əyalətlərdən Bakıya olan daxili miqrasiyanı ehtiva edirdisə, hazırda miqrasiya vektorları əyalət şəhərlərinə istiqamətlənib. Yeni dövrdə urbanizasiya müstəqilliyin ilk illərində olduğu kimi, Bakının geridə qalmış regionların fonunda sürətlə böyüməsinə xidmət etmir. Əksinə, regional inkişafın lokomotivi ola biləcək əyalət şəhərləri sürətlə inkişaf etməklə urbanizasiyanın müsbət nəticələr verməsini göstərən lakmusa çevrilir.
Son illər Azərbaycanda şəhərlər coğrafi genişlənmə ilə yanaşı, həm də əhalinin sayında xüsusi çəkisinə görə öz mövqelərini gücləndirir. Müstəqilliyin ilk illərində Azərbaycanda şəhər əhalisinin xüsusi çəkisi azalmağa başladı və Dövlət Statistika Komitəsinin məlumatına görə, 1999-cu ildə 51,1 faizə düşdü. 2002-ci ildən şəhər əhalisinin sayının artması prosesi baş verib. 2012-ci ildə 9 milyon 235 min nəfər əhalinin 52,9 faizi, başqa sözlə, 4 milyon 889 min nəfəri şəhərdə yaşayıb. Təkcə son 10 ildə Azərbaycanda şəhər əhalisinin sayı təxminən 700 min nəfər artıb. Özü də bu artımın yalnız 276 mini məhz paytaxt şəhəri Bakının hesabına baş verib. Beləliklə, əyalət şəhərlərində əhalinin artım sürəti Bakı ilə müqayisədə daha sürətlə gedir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2002-2012-ci illərdə Bakının əhalisi 14,9 faiz artdığı halda, Azərbaycanın digər şəhərlərində artım 17,9 faiz olmaqla paytaxtı 3 faiz bəndi üstələmişdir. Şəhər əhalisinin artımında təkcə Bakı və digər şəhərlərin arasında deyil, həm də regionların daxilində də nisbət dəyişir.
Məsələn, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında şəhər əhalisinin xüsusi çəkisi 2002-ci ildəki 26,7 faizdən 2012-ci ildə 29,1 faizə çatıb. Beləliklə, məntiqi olaraq Azərbaycanda əhalinin ən sürətlə artımı paytaxtda və kəndlərdə deyil, məhz region şəhərlərində baş verir. Son illər Azərbaycanın regionlarındakı şəhərlərdə infrastrukturun (xüsusilə yol, elektrik, təbii qaz, kanalizasiya təminatı və s.) yaxşılaşdırılması, abadlıq işləri və yeni iş yerlərinin yaradılması kiçik və orta şəhərlərin əhali və biznes üçün daha əlverişli olmasına gətirib çıxarıb. Hətta dövlət büdcəsi də şəhərlərin öncüllük etdiyi regional inkişafı hiss edir: 2012-ci ildə Azərbaycan Respublikasında şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 499,4 milyon manat və ya 2011-ci illə müqayisədə 11,7 faiz artmışdır. Beləliklə, urbanizasiya yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin azalmasına xidmət edir və mərkəzi hakimiyyətin yükünü azaldır.
Azərbaycanda urbanizasiyanın keyfiyyət və kəmiyyət etibarilə yeni mərhələyə qədəm qoymasının əsasında ilk növbədə 2004-2008-ci və 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramları dayanır. Bunun nəticəsidir ki, Azərbaycanın kiçik və orta şəhərləri urbanizasiyanın aşırı təzyiqi ilə üzləşmir, əksinə, urbanizasiya və şəhərlərin inkişaf tempi dialektik vəhdətdə olmaqla sinxronlaşdırılıb.
Azərbaycanda urbanizasiya prosesi kəndlərin tamamilə silinməsi anlamına gəlməməlidir. Əksinə, kənd təsərrüfatının modernləşdirilməsi və məhsuldarlığın artırılması nəticə etibarilə rəqabət qabiliyyətinin yüksəlməsinə gətirəcək. Kənd təsərrüfatı sahəsində qənaət edilən əmək resursları isə urbanizasiya prosesi çərçivəsində şəhərə transfer edəcək. Bu gün dünyada sürətlə genişlənən "rəqəmsal nəsil" Azərbaycanda da formalaşır və əmək resurslarının keyfiyyət və kəmiyyət etibarilə yeni mərhələyə qədəm qoyması prosesinə öz töhfəsini verir.
Prezidentin yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) apardığı tədqiqat sübut edir ki, şəhərlər cəmiyyətin dayanıqlığını təmin edən orta təbəqənin formalaşmasında mühüm rol oynayır. Məsələn, Azərbaycanda orta təbəqənin əsas hissəsi şəhərlərdə yaşayır. Tədqiqat nəticələri şəhərlərin əhalinin təhsil səviyyəsinin artmasına daha çox təsir göstərdiyini sübut edir. Belə ki, SAM-da aparılan tədqiqatlar sübut edir ki, ali təhsilli orta təbəqənin böyük bir qismi yerli şəhərlərdə və ya böyük əksəriyyət Bakıda formalaşmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında deyilir ki, indidən ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçidin əsası qoyulmalı, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilməlidir. Şəhər mühiti insan kapitalının inkişafı və bilik iqtisadiyyatının qurulması üçün yaxşı zəmin hazırlayır.
İqtisadi yüksəliş və demoqrafik dirçəliş
Azərbaycan dövləti hazırda işğal altında olan ərazilərdə də işğaldan sonra urbanizasiya siyasətini həyata keçirmək niyyətindədir. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Füzulinin bərpası, işğaldan azad edilmiş torpaqların inkişafı, burada görülən işlər Azərbaycan dövlətinin gücünü göstərir. Onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra hazırda işğal altında olan bütün ərazilər də belə gözəl, abad yerlərə çevriləcək. Bütün yaşayış məntəqələri, bütün kəndlər, o cümlədən Şuşa və Xankəndi şəhərləri Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra qurulacaq, yenidən tikiləcək və Azərbaycan vətəndaşları orada yaşayacaqlar. Hər birimiz öz işimizlə o tarixi günü yaxınlaşdırırıq".
Beləliklə, Azərbaycan dövləti urbanizasiya prosesini qısa, orta və uzunmüddətli dönəmdə sistemli olaraq nəticəyə hesablanmış bir siyasət olaraq həyata keçirir. Urbanizasiya Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması və əhalinin sosial rifahının yaxşılaşdırılması, habelə onun dünyagörüşünün və həyat tərzinin qlobal çağırışlarla uzlaşdırılması məqsədlərinə xidmət edir.
1999-2012-ci illər. Bu on üç illik dövr Azərbaycanın stabil iqtisadi yüksəliş və demoqrafik dirçəliş mərhələsinə qədəm qoyması ilə fərqlənən bir dövr kimi təsbit edilmişdir. Bu dövrdə Azərbaycanda neft istesalı sürətlə artmış və illik neft istehsalı sovet dövründəki 40-cı illərin ən yüksək istehsal səviyyəsi ilə müqayisədə 2 dəfə, 90-cı illərin səviyyəsi ilə müqayisədə isə beş dəfə yüksək olmuşdur. Nəticədə Azərbaycan iri neft ixracatçısına çevrilmişdir. Eyni zamanda neftin beynəlxalq bazarlarda qiyməti 2008-ci ilin ortalarına qədər durmadan sürətlə artmış və 90-cı illərin əvvəlləri ilə müqayisədə 8-10 dəfə baha olmuşdur. Beləliklə bu dövrdə Azərbaycan böyük neft gəlirləri sayəsində iqtisadi inkişaf templərinə görə dünyanın birinci dövləti olmuşdur. Bu dövrdə Azərbaycanın dövlət büdcəsi də analoqu olmayan bir templə artaraq 2008-ci ildə 1999-cu ilə nisbətən 10 dəfədən çox olmuşdur. Müqayisə üçün göstərək ki, qonşu Gürcüstan və Ermənistanın dövlət büdcələri birlikdə Azərbaycanın büdcəsindən dəfələrlə geri qalır. Şübhəsiz ki, Azərbaycandakı bu iqtisadi yüksəliş əhalinin gəlirlərinin xeyli yüksəlməsinə, yeni iş yerlərinin yaranmasına və bütövlükdə əhalinin rifah səviyyəsinin yaxşılaşmasına səbəb oldu. Bu da öz növbəsində Azərbaycandan kənara gedənlərin sayının, xüsusilə də gənclərin sayının azalmasına və onların əhalinin tərkibində xüsusi çəkisinin artmasına səbəb olmuşdur. Eyni zamanda 1999-2009 illərdə qadın əhalisi arasında fertil yaşlarda (15-49 yaşlar) olan qadınların və ümumi əhalinin tərkibində nigah yaşına daxil olan gənc oğlan və qızların xüsusi çəkisinin artması burada nigaha daxil olanların sayının və əhalinin doğum səviyyəsinin artmasına gətirib çıxarmışdır. 1998-2011-cu illərin statistik məlumatlarından aydın olur ki, bu dövrdə ölkəmizdə həm boşanmaların, həm də ölənlərin sayının artmasına baxmayaraq, diri doğulan uşaqların sayının ölənlərin sayına nisbətən daha sürətlə artması nəticəsində əhalinin təbii artımı xeyli yüksəlmişdir.
Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, xalqımız əzmkarlığı ilə dövlət müstəqilliyini bərpa etdikdən sonra, məhz ümummilli lider Heydər Əliyevin möhkəm və uzaqgörən siyasi iradəsi ilə yenidən milli-mənəvi birliyinə qovuşub, öz əhalisi haqqında dolğun məlumatlardan ilk dəfə 1999-cu ildə müstəqil Azərbaycan Respublikasında keçirilmiş əhalinin siyahıyaalınması sayəsində agah olub. Belə ki, 1989-cu ildən etibarən, yəni ictimai-siyasi mühitin və şəraitin kəskin şəkildə dəyişdiyi dövrdən 10 il sonra müasir statistika tariximizdə ilk dəfə əhalinin dövlət səviyyəsində siyahıyaalınması Ulu Öndərin “1999-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 1996-cı il 22 fevral tarixli Sərəncamı ilə baş tutub.
Uzun illər davam edən müharibə şəraitinin əhalinin həyat və məişətində dərin izlər buraxdığına baxmayaraq, həmin siyahıyaalmadan keçən dövr ərzində ölkədə aparılan müasir və çoxşaxəli islahatlar əhalinin artımı və həyat şəraitinin yaxşılaşmasında öz töhfəsini verib. Odur ki, sürətlə inkişaf edən müasir Azərbaycanda əhali haqqında geniş və dolğun məlumatların əldə edilməsinin zəruriliyi bir fakt kimi dövlətin qarşısında dayanıb. Bu məqsədlə müstəqil Azərbaycanda əhalinin ikinci siyahıyaalınması 10 il sonra Prezidenti İlham Əliyevin 2006-cı il 7 iyun tarixli Fərmanına əsasən, 2009-cu il aprelin 13-22-də keçirilib.
Nəzərə alsaq ki, ötən 10 il ərzində ölkə əhalisinin demoqrafik göstəriciləri xeyli dəyişib, bu halda əhali haqqında yeni demoqrafik məlumatların toplanması üçün yeni siyahıyaalmanın keçirilməsi qaçılmaz zərurətdir. Unutmaq olmaz ki, 2009-cu ildə 8 milyon 922,4 min əhalisi olan Azərbaycanda növbəti siyahıyaalma ərəfəsində 10 milyonuncu sakin qeydiyyata alınıb.
Əhalinin siyahıyaalınması baza xarakterli statistik məlumatların əldə edilməsinin əsas mənbəyidir. Müasir dövrdə sosial-iqtisadi proseslərin idarə olunmasında, informasiya məkanının formalaşdırılmasında, ölkələrin inkişaf səviyyəsinin qiymətləndirilməsində sosail siyasətin, daxili, xarici, hərbi siyasətin uyğunlaşdırılması, milli təhlükəsizlik konsepsiyasının tələblərinin nəzərə alınması baxımından rəsmi statistikanın əhəmiyyəti daha da artıb. Bu gün statistika məlumatı olmadan dünyada mühüm qərarların qəbul edilməsi mümkün deyil və qlobal səviyyədə baş verən proseslər də göstərir ki, dəqiq statistika olmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil. Bir tərəfdən müasir problemlərin həlli istiqamətində çevik qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün adekvat informasiya təminatının təşkili zərurəti, digər tərəfdən isə “Gündəlik-2030” da qarşıya qoyulmuş məqsəd və hədəflərə çatma vəziyyətinin monitorinqi, müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin təmin edilməsi üçün dəqiq və dolğun statistik məlumatlara olan tələbat rəsmi statistikanın aktual məlumat bazaları əsasında istehsalını şərtləndirir. Etiraf edilməlidir ki, belə məlumat bazaları da ilk növbədə ənənəvi qaydada toplanan siyahıyaalma məlumatları ilə yaradılır.
Əhalinin iqtisadi ehtiyacları və davranışları ictimai həyatın müxtəlif mərhələlərində fərqlənir və onların yaş-cins strukturunda baş verən dəyişikliklər ümumi sosial-iqtisadi fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərir. Buna görə də, dayanıqlı inkişaf üçün əhalinin sayı, tərkibi, məşğulluq vəziyyəti, təhsili, məskunlaşması və digər demoqrafik xüsusiyyətləri, eləcə də artım tendensiyası haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Qeyd olunmalıdır ki, bütün ölkə əhalisi üzrə cins, yaş, doğulduğu yer, yaşayış yeri, daimi və ya müvəqqəti yaşama, müvəqqəti qaib olma, vətəndaşlıq vəziyyəti, milli (etnik) mənsubiyyəti, ailə vəziyyəti, təhsil səviyyəsi, əlillik və sağlamlıq durumu, qaçqın və ya məcburi köçkün statusu, gəlir mənbələri, məşğulluq statusu, mənzil-məişət şəraiti və sair başqa əlamətlərə görə dolğun məlumatlar bir qayda olaraq vahid şəkildə yalnız əhalinin siyahıyaalınması yolu ilə əldə edilir. Bu məlumatlar ev təsərrüfatlarının tədqiqi üçün elmi əsasda seçmə məcmunu təşkil edir.
Əhalinin siyahıyaalınması ən kiçik coğrafi ərazi vahidləri belə əhatə olunmaqla bütün ölkə ərazisində yaşayan əhalinin sayının və seçilmiş sosial-demoqrafik göstəricilərə dair məlumatların mütəmadi zaman intervalları ilə rəsmi uçotunu aparmağa (və ya məlumatları tutuşdurub yoxlamağa) imkan verən tədbirdir. Bu tədbir fərdi məlumatların (respondentlərlə sorğu aparılması yolu ilə və ya reyestrlərdəki məlumatların istifadəsi əsasında) toplanılması, emalı və ümumiləşdirilməsi prosesini, habelə demoqrafik, iqtisadi və sosial məlumatların qiymətləndirilməsi, dəqiqliyinin müəyyənləşdirilməsi, təhlili və yayılması prosesini özündə ehtiva edir. Göründüyü kimi, əhalinin siyahıyaalınması baza xarakterli statistik məlumatların əldə edilməsinin əsas mənbəyidir və yalnız daimi yaşayan şəxslər barəsindəki məlumatları deyil, müvəqqəti yaşayan şəxslərə, vətəndaşlığı olmayan şəxslərə, qaçqınlara və məcburi köçkünlərə, evsiz şəxslərə və ya köçəri əhali qruplarına dair məlumatları ümummilli səviyyədən tutmuş ayrı-ayrı kiçik yaşayış məntəqələrinə qədər bir çox müxtəlif coğrafi vahidləri əhatə edən statistik göstəricilər formasında təqdim və təhlil etməyə imkan verir.
Siyahıyaalma anlayışına xas olan əsas prinsiplər...
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair göstəricilər üzrə statistik məlumatların istehsalında əhalinin siyahıyaalınması əvəzedilməz rola malikdir. Azərbaycan Minilliyin Bəyannaməsinə qoşulmaqla “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın uğurlu icrası ilə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlər həyata keçirilib. Ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib. Danılmaz həqiqətdir ki, 2015-ci ildə yalnız əhalisinin 4,9 faizi milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan respublikamız BMT-nin üzvü olan dövlətlərin Dayanıqlı İnkişaf Sammitində təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu qlobal məqsədlərə milli səviyyədə nail olunması yalnız ölkəmizdə daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, o cümlədən sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün adekvat siyasi iradə ilə mümkündür. Prezident İlham Əliyev “Bizim siyasətimiz uzunmüddətli siyasətdir. Biz ölkəmizin gələcəyi, uzunmüddətli, dayanıqlı inkişaf haqqında düşünürük” - sözləri ilə dövlətin bu iradəsini açıq-aşkar nümayişi etdirməklə bərabər, milli inkişaf gündəliyimizin əsas prioritetlərini müəyyən edir.
Qeyd edilməlidir ki, “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli Fərmanına əsasən, Azərbaycan üçün əhəmiyyət kəsb edən, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun müəyyən edilmiş milli prioritetlər və onlara dair göstəricilər ölkəmizdə dayanıqlı inkişaf sahəsində aparılacaq islahatların əsas istiqamətlərindən xəbər verir. Bununla əlaqədar olaraq, əsas sosial-iqtisadi sahələri əhatə edən problemlərin həllinə ünvanlanacaq dövlət proqramları və strategiyaların hazırlanması zamanı ilk növbədə demoqrafik məlumatlar əsasında statistik qiymətləndirilmələrin aparılması tələb olunacaq. Qeyd etmək yerinə düşər ki, dayanıqlı inkişaf kontekstində cəmiyyətin bütün üzvlərinin tam rifahına, azad və hərtərəfli inkişafına nail olunmasına zərurətin yarandığı bir dövrdə insanla bağlı aktual məlumatlar xüsusi əhəmiyyətlidir.
Müəyyən yaş qrupunda olan qadınlar arasında doğum səviyyəsi, nikaha (rəsmi və ya qeyri-rəsmi) daxilolma vəziyyəti, əhalinin yaş qrupları və cins bölgüsündə savadlılıq və riyazi savadlılığın ən az müəyyən edilmiş funksional səviyyəsi, işləməyən, təhsil almayan və ya peşə təlimi keçməyən gənclərin xüsusi çəkisi, habelə elektrik enerjisinə çıxışı olan əhalinin xüsusi çəkisini xarakterizə edən DİM göstəricilərini əhalinin siyahıyaalınmasının keçirilməsi üçün nəzərdə tutulan sorğu anketlərinin məlumatlardan birbaşa əldə ediləcək.
Bununla yanaşı, DİM-ə nail olunmasına dair göstəricilər üzrə statistik məlumatların istehsalında əhalinin siyahıyaalınmasının rolu onunla ölçülür ki, əhalinin siyahıyaalınması konkret DİM göstəriciləri barədə birbaşa məlumat mənbəyi olmaqla bərabər, insanla bağlı göstəricilərə dair məlumatların əldə edilməsi üçün ev təsərrüfatlarında aparılacaq statistik müayinələr üzrə seçmə məcmunun formalaşdırılmasında ilkin istinad mənbəyi olacaq.
DİM üzrə bəzi nisbi göstəricilərə dair hesablamaların aparılmasında illik dövriliklə əhalinin sayına dair məlumatlar tələb olunur ki, belə məlumatları ölkəyə gələn və ölkədən gedənlər arasındakı fərq də nəzərə alınmaqla ötən siyahıyaalmanın məlumatı və ondan sonrakı dövrdə doğulan və ölənlərin uçotu əsasında müəyyən edilən əhalinin cari sayı ilə müəyyən olunur.
Dayanıqlı İnkişaf Məqsədləri üzrə statistikanın təşkili sahəsində beynəlxalq təcrübə də onu göstərir ki, hazırda göstəricilər üzrə yüksək keyfiyyətli statistika məlumatlarının ev təsərrüfatlarında aparılan sorğu yolu ilə əldə edilməsi hələ də gündəmdə qalır. Əlbəttə ki, ənənəvi olaraq siyahıyaalma anlayışına xas olan əsas prinsiplər DİM göstəriciləri üzrə məlumatların keyfiyyətinin təmin edilməsi üçün danılmaz faktdır. Yəni, mütəmadi dövriliklə keçirilən siyahıyaalma zamanı uçota alınan hər bir şəxs barədə məlumatlar elə toplanılır ki, onların xarakteristikalarını ayrıca qeydə almaq mümkün olur. Bu, müxtəlif əlamətlərin çarpaz təsnifatını aparmağa və bir neçə əlamət üzrə məlumatlar əldə etməyə imkan verir. Siyahıyaalmanın gedişində şəxslər barədə əldə edilən məlumatlar dəqiq müəyyən edilən konkret vaxta (siyahıyaalma anına) aid olur. Siyahıyaalma yolu ilə fərdlərin, ev təsərrüfatlarının və yaşayış vahidlərinin ümumi sayı barədə məlumatların əldə edilməsi təmin edilir. Əhalinin uçotu siyahıyaalma anına ölkənin dəqiq müəyyən edilən ən kiçik coğrafi ərazi vahidlərində yaşayan kiçik əhali qrupları səviyyəsində hər bir şəxsin xarakteristikaları barədə məlumat əldə etməyə imkan verir.
Burdan da belə qənaətə gəlmək olar ki, dayanıqlı inkişaf siyasətinin işlənib hazırlanması üçün əhali haqqında ən dolğun məlumatlar məhz əhalinin siyahıyaalınması yolu ilə əldə edilə bilər. Bir sözlə, indiki və gələcək nəsillər üçün dayanıqlı inkişaf proqramlarının işlənib hazırlanması və insanların rifah halının yaxşılaşdırılması məqsədilə hazırkı siyahıyaalmada aktiv iştirak həyati vacib dərəcədə əhəmiyyətlidir. Hal-hazırda ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınmasının yekunları nəticəsində əldə ediləcək statistik məlumatlar Azərbaycanın gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas informasiya mənbəyi rolunu oynayacaqdır.
“Səs” qəzetinin sifarişi əsasında hazırlanmışdır.
“Resurs” Analitik İnformasiya Mərkəzi
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM