Ermənilərin Uels ümidlərinə sarsıdıcı zərbə

09:20 / 08.09.2014

İşğalçı tərəfin NATO-nun yekun sənədinə Qarabağ üçün öz müqəddəratını təyinetmə bəndini salmaq səyləri fiasko oldu; alyans Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədi, Sərkisyan özü də bu sənədə imza atdı; üstəlik, Türkiyənin Qərb üçün önəminin artdığı üzə çıxdı...

Rusiyalı politoloq: “ABŞ və Fransa Qarabağ təşəbbüskarlığında Rusiyadan önə keçməyə çalışır...”

 
NATO-nun Uels sammiti Ukrayna da daxil, postsovet məkanı ilə bağlı mühüm qərarların qəbulu ilə tarixə düşdü. Təbii ki, Güney Qafqaz və oradakı etnik-ərazi münaqişələri də diqqətdən yayınmadı. Təqdirəlayiq haldır ki, qəbul edilən Uels bəyannaməsində NATO-nun keçmiş sovet respublikalarının ərazi bütövlüyü və suverenliyini müdafiə eləmək əzmi birmənalı əksini tapıb. 
 
“NATO Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyü və suverenliyini müdafiəsi ilə bağlı öhdəliklərinə sadiqdir. Mövcud şəraitdə alyans Cənubi Qafqazda və Moldovada münaqişələrin beynəlxalq qanunvericilik əsasında və dinc yolla həllinə yönəlik səyləri dəstəkləməkdə davam edəcək”, - deyə sənəddə qeyd edilir. Yekun bəyannamənin postsovet məkanındakı münaqişələrə aid hissəsində daha sonra deyilir: “Bu konfliktlərin üzücü şəkildə davam eləməsi hələ də xüsusi narahatlıq doğurur, çünki belə vəziyyət bölgə sakinlərini Avroatlantik birliyin üzvü olmaq imkanından məhrum edir”. 
Qeyd edək ki, Sərkisyan NATO-nun bundan əvvəlki iki sammitinə (2010 və 2012) qatılmayıb. Həmin sammitlərin yekun sənədlərində də Azərbaycanın ərazi bütövlüyünə dəstək əksini tapıb. Bu dəfə erməni tərəfi belə bir ümidlə toplantıya təşrif buyurmuşdu ki, yekun bəyannamədə nəhayət, Dağlıq Qarabağ ixtilafının həll prinsiplərindən biri kimi və “Madrid prinsipləri”ndə deyilən şəkildə öz müqəddəratını təyinetmə hüququ da salınacaq. 
Lakin bu, baş vermədi. Alyans özünün yekun sənədində ənənəsinə sadiq qalaraq bir daha Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birmənalı müdafiə elədiyini ortaya qoydu. Üstəlik, məlum oldu ki, Serj Sərkisyan özü də bu sənədi imzalayıb. Halbuki, illər öncə, Köçəryan dönəmində Ermənistan parlamentinin qəbul elədiyi qərara əsasən, Dağlıq Qarabağın Azərbaycanın ərazisi kimi göstərildiyi heç bir sənədə Ermənistan rəsmiləri imza ata bilməz. 
 
Ermənilərin arzusu həm də ona görə gözlərində qaldı ki, müqəddəratı təyinetmə haqqından danışmağın indi ümumiyyətlə, zamanı deyil, çünki Rusiya Ukraynanın böyük bir ərazisini (Krım, Donbas) məhz bu bəhanə ilə işğal edib.      
 
Erməni tərəfinin başqa gözləntisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında sammit çərçivəsində görüşün baş tutmayacağına idi. Bu arzuları da gözlərində qaldı. Ərdoğan NATO liderləri ilə görüşdə nəinki Qarabağ vədinin üstündə durdu və alyansın Azərbaycana verdiyi vədləri yerinə yetirməli olduğunu yada saldı, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirdi, eyni zamanda Obama ilə görüşərək saat yarım söhbət elədi. Sözsüz ki, Türkiyə Amerika üçün, NATO üçün sıradan bir dövlət olsaydı, 90 dəqiqəlik müzakirələrə də lüzum qalmazdı. 
 
Bu, bir daha qardaş ölkənin Qərbdən ötrü önəminin göstəricisidir və əlbəttə ki, Qarabağ münaqişəsi kimi ağır problemi olan Azərbaycanın da maraqlarına uyğundur. Bu, həmçinin, Türkiyənin Güney Qafqazda münaqişələrin həllində potensial olaraq oynaya biləcəyi pozitiv rolun etirafıdır. 
 
Ankaranın konkret olaraq Qarabağ nizamlanmasına cəlb olunması bu potensialın açılmasına gətirə, region ölkələrinin, Qərbin köklü maraqlarına yardımçı ola, Rusiyanın bölgə üzərində destruktiv xarakterli nəzarətini zəiflədə bilər. Təsadüfi deyil ki, nüfuzlu avropalı konfliktoloqlardan olan Amanda Pol bir neçə gün öncə Minsk Qrupu çərçivəsində aparılan danışıqların perspektivinə toxunaraq belə bir fikir işlətmişdi ki, danışıqlar prosesində Türkiyəni də qoşmaq lazımdır.
 
***
Uelsdə Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sərkisyan arasında ABŞ dövlət katibi Con Kerrinin vasitəçiliyi ilə baş tutan görüş də ilk növbədə bu hədəfə hesablanmışdı. Belə bir qənaəti hər iki prezidentlə ayrı-ayrılıqda bir araya gələn Fransa prezidenti Fransua Ollandın qısa zaman sonra prezidentlərin daha bir görüşünü Fransada reallaşdırmaq barədə razılıq əldə eləməsi də təsdiqləyir. 
 
Belə görünür, Qərb Ukraynadakı olaylardan gec də olsa dərs alaraq, Qarabağ kimi təhlükəli və üzücü münaqişələri Rusiyanın iradəsini gözləmədən həll etməyə hədəflənib. Con Kerrinin “bundan sonra danışıqlarda özüm də qatılacağam” sözləri bu xüsusda məxsusi anlam qazanır. 
 
Deyəsən, Moskvada da bunun fərqindədirlər. Məsələn, “Vestnik Kafkaza” nəşrinin eksperti Andrey Petrov hesab edir ki, NATO sammiti çərçivəsində Minsk Qrupu həmsədrləri olan ABŞ və Fransanın hərəkətləri Qarabağ təşəbbüskarlığında Rusiyaya çatmaq cəhdlərindən xəbər verir: “Bunun təsdiqlərindən biri də prezidentlərin Con Kerri ilə üçtərəfli görüşünün zahirən planlaşdırılmaması sayıla bilər. Görüş haqda informasiya yalnız cümə axşamı, Dövlət Departamentinin saytında peyda olub. Bu da o deməkdir ki, son ana kimi, Birləşmiş Ştatlar görüşün baş tutacağına elə də əmin olmayıb. Buna kimi yalnız Ceyms Uorlikin təşəbbüsü olmuşdu. Bu da prezidentlərə Uelsdə bir araya gəlməklə bağlı ünvanlanan çağırış idi”.
 
Politoloqa görə, Qərbin təşəbbüskarlığı ələ almağa çalışmasının başqa bir təzahürü görüş vaxtının və yerinin seçilməsindən görünür: “Cəmi bir ay qabaq və Soçidə Putinin iştirakı ilə raund keçirilmişdi. Diqqət edin, əgər Azərbaycan və Ermənistan prezidentlərini görüş vaxtı və yeri xüsusi olaraq uzun müddət müzakirə edilir, razılaşdırılırsa, konkret halda Kerri və Olland sözün hərfi mənasında fürsət bilib Əliyev və Şərkisyanla görüşdülər ki, sadəcə, danışıqlar aparsınlar...”
 
Lakin Soçi görüşü kimi, prezidentlərin üçtərəfli Uels təması da konkret bir sənədin və ya heç olmasa, ortaq bəyanatın qəbul edilməsi ilə nəticələnmədi. Qısa müddət sonra Fransa prezidentinin vasitəçiliyi ilə reallaşacaq növbəti görüşdən də real nəticə gözləməyə dəymir. Ən azı, iki mühüm səbəbdən: 1. Qarabağ məsələsi vasitəçi güclər arasında əfsuslar olsun ki, hələ də nüfuz savaşı, psixoloji savaş predmeti qismindədir. 2. Qərb Rusiya kimi Ermənistanla da işğalçı kimi davranmağa hazırlaşmır./musavat.com/

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM