YAS DÜZƏLDİ, BƏS TOY?

10:46 / 08.09.2014

İki gündür bir neçə hüzür yerində oldum. Hüzür yeri ona görə deyirəm ki, bizdə işlənən "Xeyir-Şər" ifadəsinin şər hissəsini yasa aid etmək doğru deyil. İnsan ölümü Şər deyə xarakterizə oluna bilməz, səbəbsiz yerə ölüm Haqqdır demirlər ki... Son illərdə ən çox məmnun qaldığım mənzərənin şahidi oldum. Açığı illərdir bu mövzuda danışmaqdan da yorulmuşduq ki, təkrar-təkrar israfçılığın qarşısının alınmasını vurğulayırdıq. Təşəkkür edirəm Dini Qurumlar üzrə Dövlət Komitəsinə, xüsusilə də Mübariz Qurbanlıya ki, illər boyu həlli təxirə salınan bu problemi yarı inzibati üsullarla da olsa çözməyə başladı. Tam qətiyyətlə deyirəm, ağlı başında olan hər bir Azərbaycan vətəndaşı üzdə də, içində də bu addıma sevinir. Yas sahiblərinin işi xeyli yüngülləşib. Artıq kiminsə qarnını doyurmaq əvəzinə, vəfat etmiş yaxınını, onun himayəsində olanların taleyini düşünməyə daha çoxt vaxt ayıra biləcəklər. Hələ qəbir yerlərinin ayrılmasında rüşvət də ortadan qaldırılsa, qəbirstanlıqlar movzoleyden çox səliqəli ziyarət məkanlarına çevrilsə bu faydalı iş daha çox rəğbətlə qarşılanar. Narazı qalanlar da təbii ki, olacaq. Çadır mafiyası, Qəbirstanlıq mafiyası, bəzi geriçi mollalar vs. Əsas vətəndaşın razı qalmasıdır. İndi sıra gəlir Toy və Şadlıq evi mafiyasına qarşı qətiyyətli hərəkətlərə. Məncə bu məsələlərlə də birbaşa Mədəniyyət nazirliyi, şəxsən nazirin özü məşğul olmalıdır. Niyə? Çünki bu günki toylar Azərbaycan xalqının mədəniyyətini deyil, birbaşa mədəniyyətsizliyini dünyaya təbliğ edir. Bəlkə də Qobustanda qayalıqlarında ibtidai insanlar bu cür şərtlərdə rəqs etməkdən, şənlənməkdən utanardılar. Məcburi insanlara menyu adı ilə on-on iki növ yeməyi zibil kimi yedirdilər. Bir salat 6-7 toyu yola verir. Hər şeyin pulunu ödəyirsən, ancaq götürüb evə apara bilməzsən. Bir dəfə xatırlayıram, etoy sahibi təkid etmişdi ki, stollara Viski qoymayın, Şadlıq evi sahibi bildirmişdi ki, menyudan bunu çıxa bilmərəm. Məclisin gedişində toy sahibi viskiləri yığıb evə göndərmək istəyəndə, icazə verilməmişdi ki, ancaq burada içə bilərsiniz. O zaman toy sahibi hər stola yaxınlaşıb qonaqlara içdi-içmədi ucdantutma viski süzəndə Şadlıq evinin sahibi yaxınlaşıb bildirmişdi ki, xahiş edirən ikisini götür apar, amma məni ziyana salma. 500 nəfər qonaq üçün yemək pulu ödənir, heç onun yarısı bişirilmir. Bəzən Şadlıq evinə çatacaq yetərli pul da yığılmır. Bəzi toylarda pul yığışmadığına görə gəlinin girov saxlandığını da eşitmişəm. Musiqinin səsi ayrıca bir terrordur, insanların səsdən tez toyu tərk etməsinin qəsdən düşünürlər ki, yeməklər az yeyilsin. Toya salınan pulun da 70 faizi bu və ya digər yolla Şadlıq evinə qalır. İndi bunun adı mədəniyyətsizlik, vəhşilik deyil, nədir? Buyur Mədəniyyət Naziri, siz də bu sahədə vətəndaşı razı salan cəsarətli hərəkət edin. Bu məsələdə vətəndaşların böyük əksəriyyətindən dəstək alacağınızdan əmin ola bilərsiniz. Görək bu Menyu terrorunu dayandıra biləcəksinizmi? Yaxşı nümunəni çox vaxt Türkiyədən gətirməyə məcbur oluruq. Bir dəfə tanınmış imkanlı adamının toyunda iştirak edirdim. Fərq qoymadan hər kəsə bir növ yemək gətirdilər, hamı da əminəm ki, gecə vaxtı yeməyin fəsadlarını yaşamadı. Avropada kimə desən ki, Azərbaycan adında ölkə var, orada insanla sevincli günündə 10-12 növ fərqli yeməyi qarışdırıb yeyir və sabah da hamı sağ-salamat həyata davam edir, bəlkə də inanmazlar. Ona görə də bu sahədə də ayıbımızı mütləq düzəltməliyik, həqiqətən də yasına, toyuna görə borca düşən, problemlər yaşayan insanlarımızı görəndə ürəyin acıyır.

Milli Məclisin deputatı,
Fazil Mustafa

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM