Prezident İlham Əliyev bu ilin yanvar ayının 25-də imzaladığı fərmanla “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nı təsdiq etdi.
Fərmanda Fonda fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Fərmana uyğun olaraq, Fond mexanizmin fəaliyyətini təmin etmək üçün bir sıra məsələləri həll etməlidir.
Bunlara, əsasən, müraciətlərə baxılması, aylıq ödənişlərin hesablanması, ödənilməsi, kirayəyə veriləcək yaşayış sahələrinə, habelə kirayəçilərə dair tələblərin müəyyən edilməsi kimi zəruri prosedurların hazırlanması və təsdiqi daxildir.
Həmçinin, şəffaflığı təmin etmək və müraciətlərin qəbulu üçün şəraitin yaradılması və prosesin avtomatlaşdırılması da vacibdir. Lakin bu vaxta qədər kirayə mənzillərə müraciət hələ başlanmayıb.
İqtisadçı Vüqar Bayramov mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırarkən bildirib ki, kirayə mənzillərə sahib olmaq üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib.
Vətəndaşlar təkcə internet üzərindən deyil, həm də “ASAN xidmət” vasitəsilə kirayə mənzillər üçün müraciət etmək hüququnu əldə edəcəklər.
Kirayəçi Fondla kirayə müqaviləsi bağlamış şəxsdir. Kirayə müqaviləsi bağladıqdan sonra minimum 12 aylıq ödənişi qabaqcadan ödəyən kirayəçi Fond tərəfindən təqdim edilən müvafiq yaşayış sahəsində kirayə qalmaq hüququ qazanır.
Fərz edək ki, vətəndaş Fondla 15 il müddətinə kirayə müqaviləsi bağlayır.
Kirayə verilən yaşayış sahəsinin alış qiyməti 100 min manat təşkil edir. Və vətəndaş mənzilə 15 illik müqavilə ilə sahiblənmək istəyir.
Bu, o deməkdir ki, həmin şəxs aylıq 555.55 manat kirayə pulu ödəməlidir.
Buna görə aylıq ödənişin 12 mislini, yəni 6666,67 manat ödədikdən sonra 14 il ərzində hər ay 555,55 manat ödəniş etmək öhdəliyi yaranır.
Alış qiymətinin qalıq hissəsinin tam məbləğini ödədikdən sonra Fond kirayə götürülmüş yaşayış sahəsinin vətəndaşın mülkiyyətinə keçirilməsi üçün qeydiyyat orqanına təqdim edilməsi məqsədilə müvafiq sənədləri təqdim edir.
Ekspert V.Bayramovun sözlərinə görə,12 aylıq kirayə pulunu əvvəlcədən ödəmək ilkin ödəniş anlamına gəlmir.
İqtisadçı deyib ki, həmin mənzillərin yekun qiyməti isə onların xərcindən asılı olacaq:
“Fond mənzilləri almaq üçün 3 faizlik ipoteka istiqrazları yerləşdirir. Fond mənzilləri aldıqdan sonra onların xərclərini, ümumi məbləğini hesablayacaq. Bundan sonra isə aylıq ödəniş müəyyənləşdiriləcək. Ödəniş isə yalnız milli valyutada olacaq. Gələcəkdə milli valyutanın məzənnəsində dəyişiklik olsa belə, rəqəm dəyişməyəcək”.
V.Bayramov dünya təcrübəsində nümunə gətirərək deyib ki, mənzillərin aylıq kirayə haqqı ərazilərdəki kirayə qiymətlərinə yaxın olur.
Ekspert Fondun birinci mərhələdə Sumqayıt, Bakı ətrafında mənzillərin alınmasına üstünlük verdiyini də söyləyib:
“Xüsusən də Xırdalan, Masazır kimi şəhər ətrafı yerlərdə daha çox mənzil təklif edilməsi gözlənilir. Amma təbii ki, mərhələ şəkildə paytaxtın mərkəzi zonalarında da belə mənzillər olacaq. Bu, birbaşa onunla bağlıdır ki, kirayə mənzillərə tələb çoxdur. Buna görə də İpoteka və Kredit Zəmanət Fondu daha çox mənzillə müraciətləri aktivləşdirməyə çalışır.
Prosesin nə zaman başlaması Fonddan asılıdır. Ancaq güman olunur ki, Fond yaxın aylarda kirayə mənzillərlə bağlı müraciətləri aktivləşdirəcək. Artıq elektron sistem və müraciət mexanizmi hazırdır. Sadəcə gözlənilir ki, Fond daha çox mənzil aldıqdan sonra prosesə başlansın”.
Məhkumluğu, müraciət anına vaxtı keçmiş öhdəlikləri, yaşı 60-dan yuxarı olmayan, Fondla aktiv kirayə münasibətləri davam etməyən Azərbaycan vətəndaşları kirayə mənzilləri əldə etmək hüquqdan istifadə edə bilər.
Kirayə müqaviləsinə xitam verildikdə isə Fonda ödənilmiş aylıq ödənişlər geri qaytarılmır.
V.Bayramov bu məqama diqqət çəkib:
“Tutaq ki, vətəndaş 10 il ödəniş edir, bundan sonra isə hansısa səbəbdən pulu verə bilmir. Qanunvericiliyə əsasən 60 gün ərzində ödəniş edilmirsə, o zaman həmin mənzil Fondun sərəncamına keçir və digər vətəndaşa təklif olunur. Amma kirayə mənzil götürəcək vətəndaşlar öhdəliyin üçüncü şəxsə satılmasını müqaviləyə daxil etdirə bilərlər. Bu, qanunvericilikdə də nəzərdə tutulub.
Bu, o deməkdir ki, vətəndaş ödəniş edə bilmədikdə, o, həmin öhdəliyi kirayə qalmaq istəyən digər birinə satır. Məsələn 10 il ərzində 40 min manat ödəniş edibsə və 50 min manat öhdəliyi qalıbsa, o zaman digər şəxslə razılığa gəlir. Həmin şəxs də ona 40 min manat ödəməklə öhdəliyi alır”, - deyə V.Bayramov əlavə edib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM