Bir neçə gün əvvəl AFR-in baş prokuroru bildirib ki, ilk baxışdan “yalqız” görünən sağ ekstremistlər heç də təkbaşına hərəkət etmirlər. Hətta terror aktları törətdikdə belə, onların arxasında internetdə mövcud olan virtual qruplaşmalar durur ki, onlar da qətlləri alqışlayır və yeni terror aktlarına təhrik edirlər.
Baş prokurorun təsvir etdiyi mənzərə terrorizmin yeni təzahürüdür. Cinayətlər sanki “yalqız canavarlar” tərəfindən törədilir və onlar bir çox hallarda özlərini təcrid edərək internetin qaranlıq guşələrində radikallaşırlar. Lakin bu sindromun digər tərəfi də var. Belə ki, həmin “yalqız canavarlar” sağ ekstremist hərəkatının qlobal şəbəkəsinin bir hissəsidir.
Ölkənin baş prokurorunun sözləri özünü doğruldur. Onun bəyanatından 24 saat keçməmiş ekstremist şəxs sinaqoqun yaxınlığında terror aktı törətdi. Qaraçəkməli, dəbilqəli və kamuflyajlı 27 yaşlı Stefan Balliet Halle şəhərində sinaqoqa hücum etməyə cəhd göstərdi. Onun icarəyə götürdüyü avtomobildə partlayıcı qurğular, tüfəng və tapançalar olub.
Hücum yəhudilərin sülh və barışıq bayramı olan Yom Kipur vaxtı keçirilib. Həmin gün sinaqoqda 50 nəfər olub. Onun qapısı taxtadan olsa da, hər halda yaxşı mühafizə olunub. Bu, sinaqoqda olan insanların həyatını xilas edib. Terrorçu bir neçə dəfə tüfənglə qapıya atəş açaraq taxtanı parçalasa da, qıfıl və qıfıl və cəftə yerində qalıb. Bundan məyus olan Balliet öz uğursuzluğunun əvəzini küçədə çıxmaq istəyib və yoldan keçən insanlara və mağazadakı işçiyə atəş açıb. O, bu zaman hərəkətlərini onlayn rejimdə translyasiya edib. Bu canlı yayıma 5 nəfər baxa bilib, daha 2200 insan isə, onun videoyazısını izləyib. Təəccüblüdür ki, bu insanlardan heç biri polisə zəng etməyib.
Halledəki atışma sağ ekstremist hərəkatının fəaliyyətində dönüş nöqtəsidir. Bu, mühafizəkar xristian demokrat Valter Lyubkenin öldürülməsi ilə nəticələnən terror aktından sonra baş verən ikinci insidentdir. Lyubke 1945-ci ildən bəri ultrasağ ekstremistlərin qurbanı olan ilk alman siyasətçisi olub.
Halledəki hücumdan sonra axşam Almaniya Kansleri Angela Merkel Berlindəki Yeni Sinaqoqda çıxış edib. Həmin sinaqoq 1938-ci ildə faşist gənclər tərəfindən yandırılmışdı. Binanın fasadında “Heç vaxt unutmayın!” sözləri yazılmış lövhə asılıb. Cümə axşamı isə, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniyadakı Mərkəzi Yəhudi Şurasının sədri Yozef Şuster Saksoniya-Anqaltda terror aktı törədilən yeri ziyarət etdilər.
Bu dəhşətli terror aktı göstərdi ki, federal prokuror haqlı olub. Sağ ekstremistlərin törətdiyi təhlükə artıb və onların radikallaşmasının yeni formaları meydana çıxıb. Hətta cinayətlər də əvvəlki hücumlardan fərqlənir: canlı yayımlar onlarda qorxulu şou hissləri yaşadır.
Silahlı hücum onu da nümayiş etdirdi ki, Almaniyanın təhlükəsizlik orqanları Valter Yubkenin qətlindən sonra bu cür cinayətlərinin qarşısının alınması üzrə göstərdikləri səylərə baxmayaraq, hər halda, yeni təhlükəyə qarşı o qədər də hazırlıqlı deyillər. Ölkənin daxili kəşfiyyat xidmətinin yüksək rütbəli nümayəndəsi dərin narahatlığını ifadə edib və bildirib ki, təhlükəsizlik orqanları bu vəzifənin öhdəsindən təkbaşına gələ bilməyəcəklər.
Antisemitizm və bu zəmində zorakılıq 1945-ci ildən sonra heç də yox olmayıb. O, Almaniyanın gündəlik həyatında düşmənçilik, hücumlar və təhqirlər formasında özünü göstərib. Hətta çox da gözə dəyməyən formada olsa belə. Belə ki, 1949-cu ildə Almaniya Federativ Respublikasının yaranmasından sonra antisemitizm zəminində cinayətlərin sayı artıb. Belə ki, əmlaka ziyan vurulması, sinaqoqlarda yanğınlar və bombaların partladılması, yəhudi qəbiristanlığının təhqir edilməsi halları hər il qeydə alınır. Məsələn, 1980-ci ildə Milad bayramı öncəsi naməlum şəxs Erlangene yəhudi nəşrinin rəhbəri Şlomo Levinin qapısını döyüb və bayıra çıxan yəhudi naşiri və onun rəfiqəsini qətlə yetirib.
1994-cü ildə neonasistlər bir sinaqoqun qarşısına Molotov kokteyli atıblar. Yalnız yanqınsöndürənlərin hadisə yerinə dərhal gəlməsi nəticəsində ibadətə gələnlər arasında zərərçəkən olmayıb.
Ola bilər ki, hüquq-mühafizə orqanları tərəfindən “Nasional-sosialist gizli hərəkatı” terror qruplaşmasının üzə çıxarılması 8 il əvvəl bir çox yəhudinin həyatını xilas edib. Təhqiqatçılar həbs olunan neonasistlərdən 233 yəhudi müəssisəsinin və sadə vətəndaşların ünvanlarını götürüblər.
İstisna edilmir ki, Halledə cinayət törədən şəxs Norveçdəki qatil Anders Breyvik və Yeni Zelandiyadakı cani Brendon Tarrantın terror aktlarından ruhlanıb. Bu, terrorizmin yeni tipidir. Belə ki, terrorçular öz qarşısında daha çox insanı qətlə yetirmək məqsədi qoyurlar. Balliet kütləvi qırğın hədəfinin puç olduğunu anladıqda, hətta virtual auditoriya qarşısında üzr də istəyib: “Bağışlayın uşaqlar, mən uğursuzam”.
Tarrant kimi, Ballient də silahlı hücumunu onlayn rejimdə canlı yayımlayıb. O, həm də Breyvik kimi üzərində dəbilqə və silah-sursat daşıyıb. Öz kumirləri kimi Balliet internetdə hücum planını təsvir edən 16 səhifəlik geniş “manifest” də yerləşdirib.
Cinayətkarın öz manifestini ingilis dilində yazması və dərc etməsi də mühümdür. Bu onu göstərir ki, Balliet təkcə yerli neonasistlərə deyil, daha geniş auditoriyaya müraciət etmək fikrində olub.
Ballietin keçmişi “təmiz” olub. Belə ki, o, terrorçuları və siyasi ekstremistləri izləmək tapşırığı alan alman polisinin və xüsusi xidmət orqanlarının müşahidəsi altında olmayıb. Onun məhkumluğu da yoxdur. İnternetdə axtarışlar zamanı təkcə Ballietin yeniyetmə olduğu vaxt şahmat turnirlərində iştirakı ilə bağlı bir neçə məqaləyə rast gəlinir.
Ötən çərşənbə adi vətəndaş olan Balliet öz maşınına oturub, smartfonunda və noutbukunda oyun oynayıb və bir neçə dəqiqədən sonra mobil telefonunun kamerasını əvvəlcədən seçdiyi məkana yönəldərək çox pis ingiliscəsilə bəyanatını səsləndirib: “Bütün problemlərin kökündə yəhudilər dayanır”. Sonra insanları qətlə yetirməyə yollanıb.
Cinayətkar alman xüsusi xidmət orqanları üçün sanki göydən düşüb. O, əvvəllər heç bir insidentdə qeydə alınmayıb və polisin qeydiyyatında olmayıb. Görünür ki, Balliet bir müddət internetin qaranlıq və zərərli guşələrində radikallaşıb, eyni zamanda, öz baxışlarını yaxşıca gizlədə bilib. İnternet artıq terrorçuların “yetişdiyi” yerə çevrilib. Lakin onları cinayətə qədər aşkar etmək hər zaman mümkün olmur.
İlk dindirmədən bir gün sonra polislər Ballietin otağında axtarış aparıblar. Bundan əvvəl minaaxtaranlar mənzildə partlayıcı qurğunun olub- olmamasını müəyyən ediblər. Sərt diskdən başqa, polis heç bir dəlil aşkar etməyib. Bəllidir ki, Balliet mənzilində axtarış olacağını bilib və buna müvafiq hazırlıq görüb.
Halledəki cinayət bütün Avropanı silkələyib. İndi artıq hər kəsə aydındır ki, sağ ekstremizm transmilli problemdir və onunla ümumavropa miqyasında, hətta beynəlxalq səviyyədə mübarizə aparmaq zəruridir. Lakin Avropa İttifaqında “zorakı sağ ekstremizm” anlayışı üzrə ortaq məxrəcə gələ bilmirlər.
Cümə axşamı Balliet Karsrue Federal Məhkəməsinin təhqiqatçı hakimi tərəfindən bir neçə dəfə dindirilib. Məlum olub ki, Konstitusiyanın müdafiəsi üzrə Federal İdarə hazırda cinayətkarın Saksoniya-Anxalt federal torpağında sağ ekstremistlərlə mümkün əlaqələrini araşdırır. Hərçənd, müstəntiqlər bu əlaqəyə aid təkzibolunmaz sübutlar tapmayıb, lakin həmin ehtimal qalmaqdadır.
Hər halda, artıq bu gün aydındır ki, baş prokurorun yalqız terrorçuları meydana çıxaran “sürülər” haqqında sözləri yetərincə inandırıcıdır. Bu səbəbdən Avropa yeni təhlükəyə - antisemitizm və islamofobiya zəminində getdikcə daha çox baş qaldıran sağ ekstremizmə qarşı mübarizəyə hazır olmalıdır.
Vüqar Seyidov
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM