Prezident Şavkat Mirziyoyevin çıxışı

08:50 / 16.10.2019

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

Zirvə Görüşündə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış etdi.

Prezident Şavkat Mirziyoyevin
çıxışı
-Hörmətli İlham Heydər oğlu.

Hörmətli dövlət və hökumət başçıları. Əziz dostlar.

Hər şeydən əvvəl icazə verin, bu görüşün yüksək səviyyədə təşkilinə və bizə mehriban qonaqpərvərlik göstərildiyinə görə Azərbaycan xalqına və şəxsən Zati-aliləri Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirim. Zati-aliləri, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında son bir il ərzində uğurlu sədrliyinə görə təbrik edirəm. Həmkarlarımın rəylərinə qoşularaq bizim təşkilatın əsasını qoyanlardan biri, onun inkişafında böyük rol oynamış Qazaxıstan Respublikasının birinci Prezidenti – elbası hörmətli Nursultan Abişeviç Nazarbayevin Türk Şurasının fəxri sədri seçilməsini tam dəstəkləyirəm.

Həqiqətən, bizim hamımız Nursultan Abişeviçin öz ideyaları və Türk Şurasının beynəlxalq təşkilata çevrilməsi təklifi ilə bağlı böyük töhfəsini yaxşı bilirik və yüksək qiymətləndiririk. Fürsətdən istifadə edərək, onu bu mükafat münasibətilə təbrik etmək istəyirəm.

Hörmətli dostlar, bu gün Türk Şurasının 10 illiyini gözəl Azərbaycan torpağında qeyd etməyimiz dərin rəmzi məna daşıyır. Bu beynəlxalq strukturun əsası məhz burada qoyulub. Həmin tarix bizim üçün də böyük tarixi hadisədir. Çünki Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü olub.

Hörmətli həmkarlar, bizim ölkəmizin Şuraya daxil olması, onun türk dünyasında rolu və əhəmiyyəti ilə bağlı söylədiyiniz səmimi fikirlərə görə sizə minnətdarlığımı bildirirəm. Şübhəsiz ki, Özbəkistanın təşkilata daxil olması təbii tarixi proseslərin nəticəsidir. Biz şadıq ki, bu gün tamhüquqlu üzv qismində həmin qədim körpüləri möhkəmləndiririk. Qədim Özbəkistan torpağında bizim ortaq tariximizin şərəfli səhifələri yazılıb, o, dünya elm və mədəniyyətinin inkişafına misilsiz töhfə vermiş Musa Xarəzmi, Əhməd Fərqani, Əbu Reyhan Biruni, İbn Sina, Mirzə Uluqbəy kimi alimlər və mütəfəkkirlər, müqəddəs dinimizin tarixində parlaq izlər qoymuş böyük ilahiyyatçılar İmam Buxari, İmam Tirmizi, İmam Maturidi, Bəhauddin Nəqşbənd, özünün gözəl əsərləri ilə türk dünyasını birləşdirən Əlişir Nəvai kimi dahi şair bəxş edib. Təkcə özbək xalqı deyil, bizim hamımız onlarla fəxr edirik. Bu mənəvi sərvətin gənc nəsillər üçün qorunması və öyrənilməsi hamımızın borcudur. Ən başlıcası - Türk Şurasında iştirakımız bizim xalqın maraqlarına tam uyğundur. Bu gün təkcə mədəni-mənəvi əlaqələr deyil, həm də ticari-iqtisadi münasibətlər də yeni səviyyəyə yüksəlib. Son üç ildə ölkələrimizin qarşılıqlı ticarət həcmi təxminən iki dəfə artıb. Üç mindən çox müştərək müəssisə yaradılıb, nəqliyyat əlaqələri genişlənir, vizasız turist səyahətləri artır, xalqların qardaşlıq telləri möhkəmlənir.

Zirvə Görüşünün hörmətli iştirakçıları, sizin diqqətinizi gündəliyə daxil edilmiş aşağıdakı məsələlərə cəlb etmək istəyirəm. Birinci məsələ - kiçik və orta biznesin inkişafı bizim görüşümüzün əsas mövzusudur və təşkilata üzv dövlətlərin hamısı üçün, o cümlədən Özbəkistan üçün çox böyük əhəmiyyət kəsb edir. Son üç ildə ölkəmizdə strateji əhəmiyyətli sahə olan xüsusi mülkiyyətin və sahibkarlığın inkişafına prioritet diqqət yetirilir. Nəticədə ümumi daxili məhsulda onun payı bu gün 59 faiz təşkil edir. Biz öz gələcəyimizi məhz kiçik biznesin və özəl sahibkarlığın inkişafı ilə əlaqələndiririk. Bu sahənin inkişafı, öz növbəsində, yeni nəqliyyat-kommunikasiya şəbəkələrinin, logistika mərkəzlərinin, minlərlə iş yerinin yaradılmasına imkan verəcək. Biz bu prosesdə ölkələrin təcrübəsindən fəal istifadə etmək niyyətindəyik. Biz sahibkarlar arasında birbaşa, qarşılıqlı anlaşma və etimada əsaslanan əlaqələrin qurulması üçün ən əlverişli şəraitin yaradılmasını prioritet vəzifələrimizdən biri hesab edirik. Türkdilli Dövlətlərin Biznes Şurasının bu yaxınlarda biznes icmasının 500-dən çox nümayəndəsinin iştirakı ilə Daşkənddə keçirilmiş forumunun yekunları da bu vəzifələrin yerinə yetirilməsinə yönəlib. Biz birgə texnoparkların, innovativ startap şirkətlərinin və vençur fondlarının təşkilini təklif edirik. Birgə sərmayə fondunun yaradılmasına və türkdilli ölkələrin ticarət evlərinin açılmasına hazırıq. İkincisi, hazırda Şuraya üzv dövlətlərin əhalisinin 40 faizdən çoxu gənclərdən ibarətdir. İstedadlı və təhsilli gənclərin sahibkarlığa geniş cəlb edilməsi məqsədilə biz Türk Şurası çərçivəsində gənc sahibkarlar forumu təsis etməyi və onun birinci iclasının növbəti ildə Özbəkistanda keçirilməsini təklif edirik. Üçüncüsü, ölkələrimizdə iri nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması Mərkəzi Asiya-Türkiyə nəqliyyat dəhlizi vasitəsilə Avropa, Çin və Cənubi Asiya bazarlarına çıxmaq üçün geniş imkanlar yaradacaq. Bu zaman Bakı-Tbilisi-Axalkalaki-Qars yeni dəmir yolunun potensialından da səmərəli istifadə edilməlidir. Biz tranzit və logistika mərkəzlərinin təşkilində Aktau, Türkmənbaşı, Ələt, Samsun və Mersin limanlarının müasir infrastrukturundan da istifadə olunmasında maraqlıyıq. Biz, həmçinin ölkələrimizin məsul təşkilatları tərəfindən Türk Şurası ölkələrinin ərazisində xarici ticarət yüklərinin daşınması zamanı qarşılıqlı razılaşdırılmış güzəştlərin və preferensiyaların tətbiqi məsələsinə də birgə baxılmasını təklif edirik. Dördüncüsü, bizim turizm sahəsində əməkdaşlığımızın fəallaşdırılması üzrə fəaliyyəti də dəstəkləyirik. Qeyd etmək lazımdır ki, son üç ildə Şuraya üzv dövlətlərdən Özbəkistana gələn turistlərin sayı təxminən iki dəfə artıb. Biz təşkilat çərçivəsində ötən il hazırlanmış “Müasir İpək Yolu” turizm proqramında da fəal iştirak etməyə hazırıq. Əminəm ki, 2020-ci ildə qədim Xivə şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi qardaş xalqlarımızın dostluğunun daha da möhkəmlənməsinə və onların yaxınlaşmasına kömək edəcək.

Zirvə Görüşünün hörmətli iştirakçıları, biz mədəni-humanitar əlaqələri münasibətlərimizin gələcək inkişafında mühüm amil kimi qiymətləndiririk. Bizim hamımız türk dünyasının Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Məhtimqulu, Abay kimi dahi şəxsiyyətlərinin yaradıcılığına böyük hörmət və sevgi bəsləyirik. Onların çox qiymətli mənəvi irsinin bütün xalqlarımız üçün daha əlçatan olması üçün ölkələrimizin hər birində ana dilində 100 cildlik “Türk ədəbiyyatı inciləri” kitablar silsiləsinin nəşr olunmasını təklif edirik. Bu nəşrə Şuraya üzv dövlətlərin ədəbiyyatlarının ən yaxşı nümunələri daxil ediləcək. Biz Şuranın nəzdində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasına da üzv olmağa hazırıq. Bununla yanaşı, Şuraya üzv ölkələrin müasir ədəbiyyat və incəsənətdə, tarix elmi və memarlıqda böyük uğurlar qazanmış nümayəndələrinin həvəsləndirilməsi məqsədilə TÜRKSOY beynəlxalq mükafatının təsis olunmasını təklif edirik.

Əziz dostlar, Türk Şurasında sədrliyin Azərbaycan Respublikasına keçməsi münasibətilə hörmətli İlham Heydər oğlunu təbrik edir, bu məsuliyyətli və şərəfli missiyanın yerinə yetirilməsində ona böyük uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM