Sona Vəliyevanın Belqradda "Computech" nəşriyyatında serb dilində işıq üzü görmüş şeirlər kitabı haqqında qeydlər
Sahib olduğu özünəməxsus ədəbi keyfiyyətləri bir yana, Sona Vəliyevanın "Bu dünya görüş yerimiz" ("Svet u kom sretosmo se ti i ja") adlı kitabı Azərbaycan ədəbiyyatı ilə tanışlığıma vəsilə olan ilk nümunə kimi mənim üçün xüsusilə dəyərlidir. Bu kitab məndə Cənub-Qərbi Asiya ilə Şərqi Avropa arasında körpü rolu oynayan bir ölkənin başqa yazarlarının da ədəbi əsərləri ilə tanışlıq üçün həvəs oyatdı.
Bu körpünü elə Sona Vəliyevanın poeziyasında da görmək olur: poetik təxəyyülündə, monoloqlarındakı musiqidə, bizim ictimai, milli, dünyəvi adlandırdığımız nəsnələrə sərgilədiyi fərdi yanaşmasının gizli tərəflərində. Xüsusilə də, "Bir havasız hava çal" adlı şeirində bu nüanslar açıq-aydın sezilir. Bu şeiri oxuduqca - sanki xəyal qururmuş kimi - boz bir kədərin zərbələrindən güclə sıyrılıb boylanan, sevinc işığı ilə boyanmış Azərbaycandakı milli bayram ab-havası xəyalımı bəzədi. Öz vətənimdə də yaşanmış bu bayram havasını təsəvvürümdə müfəssəl canlandırmağa çalışdım. Sülhə və xoşbəxtliyə yenidən qovuşub, müstəqil bir ölkənin xoşbəxt vətəndaşı olmağa yönəlmiş fərdi və milli mübarizə, aydınlığa uzanan dərin istək, yaşanan ağrılar bu iki xalqı bir-birinə nə qədər də doğmalaşdırır.
Bu ovsunlu şeirdə vurğulanan fundamental bir ideya var. Mən bu şeiri bircə dəfə oxudum: "Bir havasız hava çal"... Sonrakı hissələrdə bu sətir - "Bir havasız hava çal" təkrarlanır. Yalnız belə bir səssiz nəğmə mənim ruhumu, ana yurdum Zmijanjeni sakitləşdirə bilər.
Şeiri oxuduqca Sona Vəliyevanın fərdi və milli aspektdə yaşatdığı dərin xoşbəxtlik arzusunun bu səssiz musiqisi dünya musiqisinin səsini boğur. Elektron vasitələrlə gücləndirilmiş, hətta ən yüksək səs diapazonu ilə səsi yayılan bütün musiqilər susur. Bu, ürəyimin oxşar səssiz nəğmə ilə ağlayıb-güldüyü saysız-hesabsız anlardan idi. Dərindən duydum ki, S.Vəliyeva şeirinin musiqisi bircə not olmadan çağlayır, süzülür, kaman kimi inləyir... ya da bu azərbaycanlı şairənin digər şeirlərində olduğu kimi, çarəsiz bir ney kimi çırpınır. Duyğularını təsvir etmək üçün az və ya çox söz işlətməsindən asılı olmayaraq, hətta heç bu kədəri nəzərdə tutmadığı şeirlərində belə, bu musiqinin müşayiəti var.
Məgər "Kimsə yoxdu ağı desin bu kəndə" adlı şeirindəki eyni misrada da bu musiqini eşitmirikmi? Və ya "Gəl gedək bu şəhərdən" şeirindəki "Payız qəmli qadıntək yorulub ağlamaqdan" misrasında, "29 may düşüncələrim"dəki "Mən tələskən, yollar uzun, əvvəldəyəm ya sondayam" misrasında necə?! Eşitmirikmi?! "Özgə havalara oynayan gözəl, yağmalanan yurdun dərdi kimindir" şeirində də bu səs kəsilmir. Bu musiqini eşidirikmi, yoxsa içimizdə bu nəğməni hələ çox eşitməli olacağımızın nigaranlığını ört-basdır etmək istəyirik?!
Vrnjaçka Banyada "Lazarus" villasında Sona Vəliyevanın bu kitabını yazı masamın üstünə qoydum. Özünü haqq-hesab edirəmmiş kimi lirik dialoqlarla dolu səhifələri çevirir, bu şəhərin bütün mənzərəsini göstərən pəncərəmdən boylanır, düşünürəm. Qarşımda uzanan sıx meşəyə boylanıram, yurdumu işğal edənlərin meşələrimizdən geri çəkilməsi canlanır xəyalımda. Orta əsrlərdə qılınclar, məşəllər daşıyanlar, sonralar silahlar, bombalarla, bu gün isə təyyarələr və "AWACl"arla (xüsusi növ hərbi hava gəmisi - red.) eyni simada görünür gözümə. Lakin bilirəm, artıq əminəm ki, soydaşlarımın və xalqımın qüdrəti və sevgisi onları geri çəkilməyə məcbur edəcək, torpağımızdan uzaq tutacaq, hər an məğlubiyyətə düçar edəcək.
Kitabı bağlayıram. Amma Sona Vəliyevanın bitməyəcək səssiz nəğməsi hələ də qulaqlarımdadır. Dərhal kitabı yenidən açıb, yüngül bir sevinc hissi ilə şeirlərə qərq oluram, doğma bir çayın sularına, ilk eşqimin qollarına, bir beşiyə atılırmış kimi...
Sona Vəliyevaya minnətdarlıqla...
Tərcümə edən: Elcan Salmanqızı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM