Millət vəkili adının "paralel hökumət" ilə çəkilməsinə aydınlıq gətirib
Millət vəkili Qənirə Paşyeva Türkiyə mediasında adının "paralel hökumət" qruplaşması ilə birgə çəkilməsi ilə bağlı açıqlama verib. Millət vəkili ona bu cür böhtan atanları və arxasında dayananları isə ilk öncə Allaha həvalə etdiyini deyib:
"Özümə söz vermişdim ki, fəaliyyətim dövründə jurnalist həmkarlarım hətta haqqımda haqsızlıq, ədalətsizlik yazsalar belə onları məhkəməyə verməyim. Çox təssüf edirəm ki, bəziləri bundan çox sui-istifadə edirlər. Türkiyənin A Haber kanalında çıxış edən jurnalist həmkarımız Aqil Ələsgər Türkiyənin daxili məsələsi olan "Paralel yapı" mövzusunda çıxış edəndə onun Azərbaycan ayağı deyə açıqlamalar verdiyi zaman bir sıra dövlət məmurları və millət vəkilləri arasında mənim də adımı çəkib. Özünə də etirazımı bildirdim. Video linki dünən gecə izlədim. Adımın bu cür mövzular içərisində hallanması xoşagəlməz olduğu kimi, mənlə bağlı yanlış məlumatlar verilib və ifadələr işlədilib.
Mənim türk məktəblərinin tədbirlərində və türkcə olimpiyadalarda iştirak və çıxışımı əsas götürüb xoş olamayan ittiham irəli sürən jurnalist həmkarımıza xatırlatmaq istəyirəm ki, həmin tədbirlərdə Türkiyə və Azərbaycanın demək olar ki, əksər dövlət xadimləri, ziyalıları, millət vəkilləri də iştirak ediblər və mənim həmin tədbirlərdə iştirak etdiyimə görə bu gün hansısa doğru olmayan ittiham səsləndirmək böyük haqsızlıqdır, mətiqsizlikdir və ciddi insanlar məsələnin arxasıda əslində nələrin dayandığını çox gözəl bilirlər. Linki hüquqşunaslara gönderdim, sonra hüquqi məsləhətləşəcəyik.
Dövlətimiz və onun təhlükəsizlik qurumları o cümlədən qardaş Türkiyəin də təhlükəsizlik orqanları bu çıxışı edən həmkarımız, mən də daxil olmaqla kimin kim olduğunu və kimə işlədiyini də çox yaxşı bilirlər. Mən hər zaman sadəcə dövlətimə xidmət edən bir insan olmuşam və ona görə də bunu çəkinmədən söyləyə bilirəm. Siyasi düşüncə olaraq da hər zaman cənab prezidentin yanında olmuşam. Bir az əvvəl isə millət vəkili dostlardan biri mənə bu mövzu ilə bağlı maraqlı məlumatlar da verdi. Məlum oldu ki,Türkiyənin yeni prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğana özünü daha yaxın göstərmək, bundan istifadə etmək istəyən bir dəstə azərbaycanlı var və onlar bu kimi fəaliyyətlərin əsas ilhamvericiləridir.
Yazıqlar olsun... Mən hər zaman Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün siyasi liderlərinə,partiya sədrlərinə sayğı ilə yanaşmış onların haqqında heç zaman xoş olmayan ifadələrlə çıxış etmədiyim kimi Türkiyənin daxili siyasətinə də qarışmamışam,hər zaman Türkiyə xalqının iradəsinə sayğı ilə yanaşmışam. Çünki mən Türkiyə deyil Azərbaycan vətəndaşıyam və yanaşmamız da bu cür olmalıdır. Mənim üçün ən önəmli məsələ qardaş Türkiyənin hər zaman güclü olması, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafıdır və əlimdən gəldiyi qədər hər zaman bunun üçün iki qardaş ölkənin münasibətlərinin inkişafı üçün çalışmışam. Bəzi şəxslər kimi şəxsi maraqlarım öndə olmayıb...Mənə bu cür böhtan atanları və arxasında dayananları isə ilk öncə Allaha həvalə edirəm. Çünki onun məhkəməsindən xilas olmağa bəndəyə heç kəs kömək edə bilməz".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM