"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə oyundan (2:2) sonra mətbuat konfransı keçirib. O, əvvəlcə matç haqda danışıb.
- Hamı üçün çox maraqlı oyun oldu. Həm yaxşı mübarizə var idi, həm qollar oldu. Azarkeş bunun üçün stadiona gəlir və hər birini göstərə bildik. Sadəcə, qələbə çatışmadı. Futbolçularımdan razı qaldım. Bu oyun bütün komandaya çox şey verdi. Baxmayaraq ki, hesabda geri düşdük, sona kimi soyuqqanlı çıxış etdik. Futbolçular soyuqqanlı olmağı bacardılar. Onları təbrik edirəm. Möhtəşəm azarkeşlərimiz var idi. Bu gün tam birlik gördüm.
- Futbolçularınız şansları sağa-sola xərcləyirdi və görünürdü ki, vuran ayaq yoxdur. Hücumçuların qol vura bilməməsi sizi qayğılandırmır?
- Epizodları sağa-sola xərcləmirdik. Sadəcə, rəqibin müdafiədəki oyununu nəzərə almaq lazımdır. 1-2 epizodu çıxmaqla qalan imkanlar mübarizə şəraitində olur. O halda dəqiq zərbə vurmaq asan deyil. Elə matçlar olur ki, çoxlu qol imkanına baxmayaraq, hansısa komanda uduzur. Yaxşı kombinasiyalar qurduq, qol epizodları yaratdıq. Mən ümidliyəm. Hücumçularımız da qol vurmağı bacarır. Bizim yalnız öndə bir futbolçumuz yox, sağ-sol oyunçularımız da var. Hər oyunda hansısa futbolçu fərqlənə bilər. Daha sərrast olmaları üçün futbolçuların üzərində işləyirik. Düşünürəm ki, gələcəkdə bu baxımdan inkişaf edə biləcəklər.
- Hesabdan razı qaldınız?
- Oyunun gedişatını götürsək və hesabda geri düşdüyümüzü nəzərə alsaq, razı qaldım. Bu rəqiblə son matçda çoxlu qol imkanına baxmayaraq, uduzmuşduq. Bu gün də oyuna nəzarət edirdik, ancaq hesabda geri düşdük və geridönüş etmək çətin idi. Başqa komandaya qarşı, bəlkə də, asan olardı, ancaq bu rəqibə qarşı psixoloji çətinlik də var idi. Fasilədə danışdıq ki, hamı soyuqqanlı olmalıdır. Sona kimi hazırlaşdığımız oyunu göstərə bildik. Bu baxımdan razı qaldım.
- İkinci əvəzetməyə əl atmadınız. Araz Abdullayevi meydana buraxmaq nə dərəcədə effektiv ola bilərdi?
- Oyunun gedişində düşünürdüm ki, dəyişiklik etmək olar. Ancaq elə oldu ki, buna ehtiyac duymadım. Bəzən belə matçlarda stress daha çox olur. Əsas da ilk “11-lik”də olmayan futbolçularda. Açığı, bu baxımdan ehtiyat etdim ki, oyunumuz pozula bilər. Oyuna bu heyətlə hazırlaşmışdıq.
- Səfər oyununda rəqibin daha açıq futbol sərgiləyəcəyini nəzərə alsaq, sizə daha asan olmayacaq?
- Burda nə qədər soyuqqanlı idiksə, səfərdə daha da soyuqqanlı olmalıyıq. Rəqib çox kobud oynayırdı. Səfərdə daha aqressiv olmalıyıq və oyun intizamını saxlamalıyıq. Bu rəqibin çox açılacağını düşünmürəm. Onların oyun üslubu belədir. Bakıdakı əvvəlki matçda fərqli çıxış etmişdilər, bu dəfə 5 müdafiəçi ilə oynadılar. Düşünmürəm ki, çox boşluq versinlər. Hər bir imkandan istifadə etməyə çalışacağıq.
- Hansı komandanı qrupdan çıxmaq baxımından daha şanslı sayırsınız?
- Hər üç komandanın şansı var. Əvvəl dediyim fikirlərimdə qalıram. Görünən odur ki, hər şey son oyunda bəlli olacaq. Bu gün öndəyiksə, çalışacağıq ki, bunu qoruyub saxlayaq. Hansısa komandanın daha şanslı olduğunu deyə bilmərəm.
- Xayme Romeronun durumu necədir?
- Ümumən pis deyil. Düşünürəm ki, səfər oyununa tam hazır olacaq.
- Rəqibin baş məşqçisi demişdi ki, matçdan sonra gülən tərəf olacaq. Səfərdə bizim gülməyimiz üçün nə lazımdır?
- Həmişə oyunumuzu daha da yaxşılaşdırmaq istəmişəm. Ev oyunu ilə səfər matçı fərqli olur. Evdə çıxış edən komandanın hücum etmək şansı daha çoxdur. Bugünkü matçı da analiz edib, bir neçə əlavə variant fikirləşəcəyik.
- Mahir Emrelini fasilədən sonra meydana buraxdınız. Tam hazır deyil?
- Zədəsini tam sağaldıb. Ancaq fiziki formasından bir qədər uzaqdır. Zədədən sonra ilk oyunu idi. Start heyətində buraxmaq risk olardı. Zədəsi elədir ki, yenilənə bilərdi. Bu gün onun ayağına əmin idik. Sadəcə, performansına görə 30 dəqiqə oynamasını planlaşdırırdıq. Oyun rəqib meydanında gedirdi deyə 45 dəqiqə şans verdik. Mahiri meydana buraxdıq ki, hücumda daha sürətli olaq.
- Sosial şəbəkələrdə azarkeşlər Rəşad Sadıqovun artıq karyerasını bitirmə vaxtının çatdığını yazırlar...
- Futbol elə oyundur ki, səhvsiz futbolçu olmur.Biz öz oyunçularımızı dəyərləndirməliyik. Rəşad Sadıqov bu komandaya lazımdır. Bir epizoda görə futbolçunu silmək olmaz. Oyunu analiz etsək, tam fərqli çıxış etdik. Birinci qolda top Maksimin kürəyinə dəymişdi. Yaxşı ki Rəşada dəyməyib, yoxsa bununla bağlı da başqa fikirlər olardı. Onun qədrini bilməliyik. Belə fikirlər məni narahat etmir. Biz futbolçularla ünsiyyətdə oluruq, onlara güvəndiyimizi deyirik. Həmişə onlara tövsiyə etmişəm ki, belə söz-söhbətlər işimizə mane olmasın. Azarkeşin haqqıdır, məni də istefaya çağıra bilərlər, deyə bilərlər ki, karyerasını bitirsin. Milli komandada belə şeylər olurdu. Bunu normal qarşılayırıq. Bütün fikirlərə hörmətlə yanaşıram. Emosional olaraq belə fikirlər səsləndirə bilərlər, ancaq hamısı bizimlədir.
- Statistikada böyük üstünlüyünüz var. Hansı vacibdir: nəticə, yoxsa statistika?
- Həmişə futbolçulardan topa sahib olmağı tələb edirəm. Qapıya zərbələr də çox oldu. Hər bir halda maksimum topa sahib olmalıyıq. İstər evdə, istərsə də səfərdə. Bəzən rəqib bizdən daha üstün olur. Öz oyunumuzdan geri çəkilməli deyilik. Cavab matçında da çalışacağıq ki, topa sahib olaq və qol epizodlarında daha sərrast davranaq.
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM