Zöhrab Mnatsakanyan Londonda çətin suallar qarşısında aciz qaldı

09:45 / 25.10.2019

21-22 oktyabr 2019-cu il tarixlərində Böyük Britaniyada işçi səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan BBC telekanalının “Hard Talk” verilişində iştirak edib. BBC-də mütəmadi olaraq yayımlanan həmin verilişdə dünyanın müxtəlif ölkələrindən olan siyasi-ictimai xadimlər iştirak edir, aparıcının bu və ya digər mövzuda çətin və ziddiyyətli suallarına cavab verməli olurlar. Z.Mnatsakanyan da bu cür suallar qarşısında çıxılmaz və çaşqın vəziyyətdə qalıb.

Trend-in məlumatına görə, verilişin aparıcısı Stefen Sakur Ermənistanı “strateji əhəmiyyətli kiçik dövlət” adlandırıb və verilişin əsas mövzusunu “siyasi mənada Ermənistan Qərb, yoxsa Şərqə baxır?” formasında qoyub.

İlk suallar Ermənistanda ötən il baş verən “Məxməri inqilab”la əlaqədar olub. Aparıcı hazırkı Ermənistan hökumətinin tamamilə yeni Ermənistan üzrə çalışdığını iddia etməsinə baxmayaraq, skeptiklərin isə bunun əksinə heç bir dəyişikliyin baş vermədiyini deməsinə istinad edərək bu barədə Z.Mnatsakanyanın fikirlərini soruşub.

 
Çətin vəziyyətdə qalan Ermənistan xarici işlər naziri “dəridən- qabıqdan çıxaraq” aparıcını inandırmağa çalışıb ki, guya dəyişikliklər edilməsi və ölkədə korrupsiyanın tamamilə ləğv edilməsi üzrə siyasi iradə mövcuddur, lakin institutsional təcrübənin qurulması vaxt aparan amildir.

Daxili siyasət məsələlərində gözlənilən dəyişikliyin baş verməməsi ilə bağlı suallardan sonra S.Sakur Ermənistan xarici işlər nazirinə Dağlıq Qarabağ məsələsində də dəyişikliklərin gözlənilən olduğunu, lakin Ermənistan hökumətinin münaqişəyə münasibətdə yeni təsəvvür ortaya qoymadığını deyib.

Z.Mnatsakanyan çaşqınlığını gizlətməyə çalışaraq və tosta bənzər çıxış edərək sülh, sülhün faydaları barədə danışmağa başlayıb.

​Verilişin aparıcısı mövzunu davam etdirərək Paşinyanın dediklərinin beynəlxalq hüquq, BMT və digər müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu əlavə edib, xüsusən də həmin gün Baş nazirin 80-90-cı illər müharibəsi vaxtı səslənən sloqanlarla müşayiət olunan unifikasiya (Qarabağın Ermənistanla birləşdirilməsi) çağırışları fonunda bunu sülh jesti kimi qəbul etməyin çətin olduğunu bildirib.

Zöhrab Mnatsakanyan dərin nokauta düşdü. Maraqlıdır, o, həmin an alçaldığını anlayırdımı: dünyanın ən tanınmış telekanallarından biri, çoxmilyonlu auditoriya və belə bir biabırçılıq. Əsəbi təbəssüm, sözlərdə daimi büdrəmə, açıq-aydın diskomfort və məntiqsiz fikirlər – bunlar bu gün Mnatsakanyanın “dərsə” hazır olmadığının aydın göstəriciləri idi. Necə deyərlər, “gündəliyə iki, valideynlər isə məktəbə”.

Bu proqramda Ermənistan Xarici İşlər naziri bütün müasir Ermənistanın kollektiv simasının göstəricisi idi: sərsəm və absurd, ilk təəssüratda - çox səliqəli və adekvat, amma əslində - dayaz düşüncəli, sərsəm və aqressiv.

Ermənistan eynən öz xarici işlər naziri kimi, Qarabağın işğalı ilə bağlı düzgün arqumentlərlə qarşılaşdıqda sarsınır, küncə sıxılır və absurd bir şeylər söyləyir. Buna görə də təəccüblü deyil ki, necə ki Ermənistan beynəlxalq münasibətlərdə alçalmış bir dövlətdir, naziri də BBC-dəki tok-şouda alçaldı.

Ermənistan XİN rəhbərinin uyğunsuz bəyanatlarından göründüyü kimi, Yerevan danışıqlardan yayınmaq üçün hələ də bəhanələr axtarır. Həqiqətən münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf Ermənistanın etdiyi kimi danışıqlar prosesinə mane olmaq üçün bəhanə və səbəb axtarmamalıdır. Əvvəlcə, bu, Qarabağ separatçılarının danışıqlarda iştirak etməsi idi. Təşəbbüs dəstəklənməyəndən sonra, prosesə əngəl olmaq üçün yeni ideyalar ortaya çıxdı.

Sülh danışıqlarının sabotaj edilməsi üçün Ermənistan rəhbərliyinin arsenalında görəsən daha nə ideyalar var?


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM