Prezident İlham ƏLİYEV: Sizin ölkənizdə təhlükəsizlik, sabitlik və tərəqqi bizim üçün böyük əhəmiyyət kəsb edir

20:11 / 26.10.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

 Əfqanıstan Prezidentini salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Cənab Prezident, bir daha xoş gəlmisiniz. Dünən biz Sammit iştirakçılarının çox mühüm görüşünü keçirdik. Bu günlərdə bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik. Əfqanıstanın Sammitdə mümkün olan ən yüksək səviyyədə iştirakı Sizin bu quruma verdiyiniz əhəmiyyəti əks etdirir və biz bunu həm də Azərbaycana münasibətdə dostluq və tərəfdaşlığın göstəricisi hesab edirik. Biz dost, qardaş ölkələrik. Biz Sizinlə dəfələrlə beynəlxalq tədbirlər zamanı Bakıda görüşmüşük. Sonuncu dəfə bu ilin martında çox yaxşı görüşümüz oldu və sənəd imzalandı. Ölkələrimiz arasındakı əlaqələrin inkişafından məmnunam. Ən mühümü isə odur ki, biz razılaşdırdığımız bütün məsələləri həyata keçirməyə çalışırıq. Düşünürəm ki, ikitərəfli əlaqələrdə, siyasi təmasların gücləndirilməsində çox böyük irəliləyişə nail olmuşuq. Azərbaycanın ölkənizdə sülhməramlı inkişafı dəstəkləmək səyləri Sizə məlumdur. Bildiyiniz kimi, biz Əfqanıstandakı hərbçilərimizin sayını artırmışıq. Sizin ölkənizdə təhlükəsizlik, sabitlik və tərəqqi bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki dost və qardaş olaraq biz sizin bütün islahatlarınızın, planlarınızın həyata keçirilməsini görmək istəyirik. Mən bir dəfə Sizə söyləmişdim ki, Siz bu mühüm vəzifəyə gələndən bizim əlaqələrimiz çox səmərəli tərəfdaşlığa çevrilib. Bizim mütəmadi görüşlərimiz və müzakirələrimiz, qəbul edilmiş qərarlar, bu qərarların icrası qarşılıqlı siyasi iradəni nümayiş etdirir. Əvvəlki görüşlərimizdən birində müzakirə etdiyimiz kimi, biz dəmir yollarımızı və nəqliyyat qurğularını birləşdirmək istəyirdik və bunu etdik. Biz artıq Lapis-Lazuli layihəsindən Azərbaycan vasitəsilə yükləri qəbul etmişik. Beləliklə, biz bu məsələlər üzərində işləməyə davam edəcəyik. O vaxtdan biz Mərkəzi Asiyadakı dostlarımız və qonşularımızla da çox fəal şəkildə əməkdaşlıq edirik. Belə ki, Mərkəzi Asiyadan Azərbaycan vasitəsilə daşınan yükün həcmi artır. Hazırda Əfqanıstan, Azərbaycan və Avropa arasında fiziki bağlantı var. Hazırda bizim yeni bağlantımız var, düşünürəm ki, bu, tarixi nailiyyətdir. Bu gün biz qarşılıqlı maraq kəsb edən bəzi başqa məsələləri də müzakirə edəcəyik. Bir daha xoş gəlmisiniz və bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirik.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf QANİ dedi:

-Sizinlə görüşməkdən məmnunluq hissi keçirirəm, Sizi təbrik edirəm. Qoşulmama Hərəkatına sədrliyin Azərbaycan tərəfindən qəbul olunması hesab edirəm ki Sizi və qardaş Azərbaycan xalqını Dağlıq Qarabağ münaqişəsinin həllinə bir addım daha yaxınlaşdırır. Əfqanıstanın Azərbaycanla bağlı prinsipial mövqeyini nəzərə alaraq bizdən nəsə tələb olunarsa tərəddüd etmədən bunu bizə bildirin. Biz İnsan Hüquqları üzrə Komissiyanın tərkibinə daxilik və əlaqələndirmə ilə bağlı hər hansı bir xüsusi zərurət yaranarsa, mən bizim səfirimizə sizin səfirinizlə çox yaxından koordinasiya etmək tapşırığını verə bilərəm. Hesab edirəm ki, bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etmək strategiyanızla hər gün daha çox insanları bunun faydalı olduğuna inandırırsınız. İkitərəfli əlaqələrimizə gəldikdə, onların səviyyəsi bizi çox sevindirir. Bu, - mən bunu həmişə deyirəm, - Sizin Çikaqodakı çıxışınızdan başladı. O vaxt bu, arzu idi, lakin indi bu, həyata keçirilib. Lapis-Lazuli dəhlizi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz Bakıdan liman kimi necə istifadə olunması məsələsini daha çox müzakirə etmək istəyirik. İslahatların aparılması, ya da indi etibarlı dəmir yolu dəhlizimizin olması bizim üçün çox vacib hadisədir. Eyni ilə biz dəhlizi genişləndirmək istəyirik. Biz bu dəhlizin genişləndirilməsi üçün ciddi bir proqram hazırlamışıq və Bakının bir daha mərkəzi qovşaq kimi burada bizə xidmət etməsi bizim üçün böyük maraq kəsb edir. Bakıda əfqan məhsullarının ilk sərgisi keçirilib və biz Ticarət Nazirliyi ilə daha yaxından əməkdaşlıq etmək istəyirik ki, bazar təhlili aparılsın və bizim komanda bazar təhlili üzərində çalışa bilsin. Bu potensial sahələrdən biri tikinti materiallarıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM