- Uzun müddət bir yerdə yaşadıqdan sonra kişi xanımına artıq əvvəlki kimi qayğı göstərmir. Tədricən qadın özünü lazımsız, tənha hiss etməyə başlayır, münasibətdə romantika olmur və münasibət get-gedə soyumağa başlayır. Xanım da xoşbəxtliyini başqa yerdə axtarmağa başlayır.
- Bəzən qadınların xəyanətinin səbəbi intiqam hissi ilə bağlı olur. Qadın bunu istəməsə belə, ona xəyanət edən kişiyə eyni hissləri yaşatmaq üçün xəyanət edir.
- Ekspert Rus Hyuston qadınların ərləriylə hansısa problemi çıxanda ilk növbədə oturub bu məsələni müzakirə etmək istədiklərini deyir: “Amma bu zaman kişi qadına biganə yanaşıb, problemi həll etməyə çalışmırsa, qadın da çıxış yolu kimi xəyanəti seçir və ərini aldadır”.
- Digər bir səbəb: qadın ruhi boşluğa düşdüyü zaman xəyanət edir. Həyat yoldaşından kifayət qədər qayğı görmədikdə, cinsi münasibətləri qaydasında olmadıqda o xəyanətə yönəlir.
Mütəxəssislərin sözlərinə görə, bunlar qadının xəyanət etməsi üçün əsas səbəblərdir. Göründüyü kimi kişilərdən fərqli olaraq qadının xəyanət etməsi üçün ciddi səbəb olmalıdır. Yalnız 10% hallarda qadın ehtirasına qalib gələ bilmədiyi üçün xəyanət edir. (kishi.az)