Əli Həsənov: Şəkil həvəskarlarına bildirmək istəyirəm ki, belə ucuz və primitiv yollarla özlərini yormasınlar

18:59 / 28.10.2019

Prezidentin köməkçisi: "Sizin kimi “siyasətçilər” heç zaman ölkə başçısının monolit komandasını daxildən parçalayaraq dağıda bilməyəcək"

Tutduğum vəzifənin mənə verdiyi səlahiyyət çərçivəsində, heç bir tərəddüd göstərmədən və çətinlik çəkmədən, cəmiyyətimizdə baş verən hadisələrə, ictimai-siyasi proseslərə hakimiyyətin münasibətini həmişə açıq ifadə etmişəm. Çünki, hər bir sağlam vətəndaş, o cümlədən hər bir məmur kimi mən də istər ümummilli lider Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, qəbul etdiyi qərarların əsasında milli maraqlarımızın, xalqa xidmət amalının dayandığına inanmışam və tam əmin olmuşam. Moskva Dövlət Universitetinin aspirantı olaraq 1990-cı ildə Ulu Öndər Heydər Əliyevi Vətənə müşayiət edəndə, sonrakı dövrdə onunla birgə bütün siyasi proseslərin iştirakçısı olanda və 2003-cü ildən bu günə kimi Prezident İlham Əliyevin siyasi kursunun həyata keçirilməsində fəal iştirak etdiyim ötən 16 ildə bir mövqeyim, bir məsləyim, bir əqidəm olub.

Mən öz siyasi mövqeyim, ölkəmizin keçdiyi inkişaf yolu, hazırkı durumu və gələcəyi ilə bağlı bütün polemikalara da həmişə hazır olmuşam və sağlam tənqidi normal hal kimi qarşılamışam. Barəmdə müzakirəyə çıxarılan müxtəlif şayiələrə, “kompromatlara” da dözümlü yanaşmışam, düşünmüşəm ki, demokratik cəmiyyətlərdə sözü bitən qüvvələrin belə ucuz vasitələrlə öz opponentlərini gözdən salmaq cəhdi Azərbaycan üçün də yenilik deyil. Lakin bu iddialar əndazəsini aşanda, “gözünü qan örtmüş bəzi siyasi avantüristlərin” və əlaltılarının sayıqlamaları bütün sərhədləri keçəndə öz sözümü demişəm və prinsipial mövqeyimi də ortaya qoymuşam.

Artıq bir neçə gündür ki, 30-40 il bundan qabaq, tələbəlik illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdurəhman Vəzirova Moskvada təhsil alan bir qrup tələbənin “yenidənqurmanın dəstəklənməsi ilə bağlı” göndərdikləri teleqramda mənim də adımın da keçməsi ətrafında kampaniya təşkil olunub.

Birincisi, maraqlıdır, görəsən həmin dövrü yaşayan insanlardan kim 1985-ci ildə başlanmış yenidənqurma prosesinin əleyhinə çıxıb və onu dəstəkləməkdən imtina edib?! İkincisi, 1988-ci ildə MDU-nun tarix fakültəsinin akt zalında Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə görüşdən sonra hələ sərbəst həyata qədəm qoymağa hazırlaşan gənc tələbələrin toplandığı bir auditoriyanın adından Azərbaycan KP MK-ya göndərilən teleqramda adı keçən onlarla şəxsin sırasından bir nəfərin seçilərək hədəfə alınması nə deməkdir. Bu, əlbəttə ki, bunu edən insanların cılızlığının, acizliyinin əlaməti, suda boğulanın saman çöpündən yapışması deməkdir. Hələ yaxşı ki, onlar mənim tribunada Leonid Brejnevi alqışlamağımın şəklini verməyiblər, aktiv komsomolçu, ayrı-ayrı dövrlərdə tələbə-inşaat dəstəsində komandir olmağımdan yazmayıblar. Üçüncüsü, əgər bunda bir əsas görürlərsə və iddia etdikləri kimi, obyektiv qiymətləndirmə aparırlarsa, onda 1990-cı ildə MDU-nun aspirantı olaraq Heydər Əliyevi Azərbaycana qədər müşayiət eləməyimi, ümummilli liderin rəhbərliyi altında bütün siyasi proseslərdə fəal iştirakımı və sonrakı fəaliyyətimi niyə qeyd etmirlər? Bu insanlar barmaqlarını sorub mənim haqqımda kompromat axtarsalar da, heç zaman tapa bilməyəcəklər. Çünki mən həyatımın hər anına məsuliyyət daşıyıram, hər anı üçün də cavab verməyə hazıram. Açığı, belə primitiv yollarla hamının tanıdığı bir məmuru nüfuzdan salmaq istəyənlərin normal ağıla və məntiqə malik olması ciddi şübhə doğurur.

Uzun müddətdir ki, sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və hazırda xaricdə yaşayan Qurban Məmmədovla olan bir şəkili də sosial şəbəkələrdə mənə qarşı ciddi “kompromat” kimi istifadə edirlər. Bu məsələyə bir dəfə münasibət bildirmişəm və bu gün bir daha təkrar edirəm ki, həmin şəkil 1994-cü ildə - mən Yeni Azərbaycan Partiyasında şöbə müdiri vəzifəsində işlədiyim zaman Vilayət Quliyevin bağında çəkilib. Həmin ilin mart-aprel aylarında biz nümayəndə heyətinin tərkibində birlikdə ABŞ-da səfərdə olmuşduq. Qayıdandan sonra Vilayət Quliyev məni bağına dəvət etdi və mən də dəvəti qəbul etdim. O ki qaldı Qurban Məmmədovla şəkilimin mənə qarşı kompromat kimi istifadə olunmasına, demək istəyirəm ki, onunla bir neçə il tələbə yoldaşı olmuşuq, eyni yataqxanada yaşamışıq. Tələbəlikdən sonrakı dövrdə, Qurban Məmmədov dövlətə və hakimiyyətə qarşı mövqeyini dəyişdi. O, radikal çıxışlara başladığı günə kimi münasibətimiz olub. Məlum dəyişiklikdən sonra onunla bütün əlaqələri kəsmişəm. Onu da qeyd edim ki, rəsmi şəxs kimi mən müxtəlif tədbirlərdə yüzlərlə insanla şəkil çəkdirirəm. Şəkil həvəskarlarına bildirmək istəyirəm ki, belə ucuz və primitiv yollarla özlərini yormasınlar, çamur ancaq layiq olduğu yerə yapışar.

Daha nə deyirlər mənim haqqımda? Əli Həsənov dövlətin media siyasətini “bərbad hala salıb”, “uçuruma yuvarladıb”. Belələrinə bir cümlə ilə cavab vermək istəyirəm: əgər milli media təsisatlarının əsas fəaliyyəti insanların lazımi informasiya ehtiyaclarını ödəmək, fəaliyyət göstərdiyi ölkənin milli maraqlarını ifadə edərək, öz dövlətinin inkişafına, ictimai-siyasi həyatın sabitliyinə, vətəndaş maraqlarının qorunmasına, ictimai həyat normalarının təbliği və təlqin edilməsinə, cəmiyyətdə yaşanan proseslərinin şəffaf şəkildə əks olunmasına xidmət edirsə və bu mövcud sahənin hazırkı reallığıdırsa, onda hansı iflasdan söhbət gedə bilər. Yaxud, Azərbaycan mediasının hazırda regionda öz gücü və nüfuzu ilə tanınması, qlobal informasiya məkanında fəal iştirak etməsi, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilməsi onun iflası hesab olunursa, o zaman belə məntiqlə mübahisə etməyin qətiyyən yeri yoxdur.

 
Diqqətinizi daha bir məqama yönəltmək istəyirəm. Maraqlıdır ki, mənim kimi yüksək statuslu bir məmurun, ölkə prezidentinin köməkçisinin haqqında istənilən informasiyaları müxtəlif vasitələrlə və istədikləri qədər tirajlayanlar, ayrı-ayrı KİV-lərə sərbəst müsahibə verərək hakimiyyəti sərt tənqid edənlər, özlərinin sosial media ünvanlarından məmurlar haqqında ağlasığmaz hədyanlar yağdıranlar eyni zamanda ölkədə azad media mühitinin olmamasından necə şikayətlənə bilərlər? Gəlin, birlikdə düşünək, senzuranın hökm sürdüyü, medianın qeyri-azad olduğu bir ölkədə bu qədər sərbəst müzakirə mühiti, ümumiyyətlə, mümkündürmü? Əlbəttə, yox! Burada söhbət yalnız vaxtilə ölkəni xaosa və anarxiyaya sürükləmək istəyənlərin hazırda eyni ssenarini ən azından Azərbaycan mediasında tətbiq etmək cəhdindən gedə bilər. Təbiidir ki, Azərbaycan iqtidarı bu cür bədxah planların reallaşmasına heç zaman imkan verməyəcək!
Beləliklə, xüsusi pullar hesabına haqqımda tirajlanan “ciddi kompromatlar” bunlardan ibarətdir. Açığı deyim ki, başdan-ayağa çirkab içində boğulan bu tipli insanlarla heç vaxt polemikaya girmək istəməmişəm. Çünki, onların haqqımda tirajladığı “kompromatlar” ayrı-ayrı vaxtlarda Əli İnsanov, Əli Kərimli, Cəmil Həsənli və digər bu kimi iqtidara, xalqa və dövlətə qənim kəsilən şəxslər tərəfindən dövriyyəyə buraxılıb və boş, mənasız iddialar olduğu sübuta yetirilib. Üzümü bir daha AXCP sədri Əli Kərimliyə, “Milli Şura” adlanan qurumun 2013-cü ildə Prezident İlham Əliyevə açıq mübarizədə uduzmuş sədri Cəmil Həsənliyə və fəallarına tutaraq bəyan edirəm ki, sizin hazırkı hiyləgər taktikanız da iflasa uğrayacaq. Sizin kimi “siyasətçilər” heç zaman ölkə başçısının monolit komandasını daxildən parçalayaraq dağıda bilməyəcək. Gündə bir əqidə dəyişən, hakimiyyət və onun təmsilçiləri haqqında yalan və qərəzli məlumatlar yayan, çirkin şayiələr uyduran, cılız və naqis metodlardan bəhrələnərək sədaqətli, mübariz hakimiyyət nümayəndələrini ləkələməyə çalışan sizlər bu yolla özünüzə heç bir hakimiyyət perspektivi yarada bilməyəcəksiniz. “Roma Papasından böyük katolik” kimi görünməyə çalışan və onu-bunu ləkələyəməkdə davam edən belələrinə bir məsləhətim var: şüşəli evdə oturub başqalarını daşa basmayın!

P.S. Həm məlum teleqramı, həm də bağ evində çəkilmiş şəkli statusa əlavə edirəm.

Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri

 

Fotolar


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM