Saxta diplomlar hazırlayan dəstə üzvləri saxlanılıb

19:12 / 28.10.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi, təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində bu sahədə hüquqi və instusional baza daha da təkmilləşdirilmiş, eləcə də təhsil sahəsinin mühüm istiqamətlərindən biri olan ali və orta-ixtisas təhsil müəssisələrinə tələbə qəbulu proseduru tamamilə şəffaf və obyektiv meyarlar əsasında keçirilməklə beynəlxalq standartlar səviyyəsinə çatdırılmışdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bəzi hallarda ayrı-ayrı şəxslər və ya belə şəxslərdən ibarət təşkilatlanmış qruplar tərəfindən vətəndaşların məlumatsızlığından, inam və etibarından sui-istifadə etmə yolu ilə müəyyən pul məbləğləri müqabilində onların Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar mövcud qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara zidd vasitələrlə müxtəlif təhsil müəssisələrinə qəbul edilmələri və təhsilin tamamlanmasını təsdiq edən sənədlərlə təmin edilmələrinə dair yalan vədlər verilərək vətəndaşların aldadılmasına yönəlmiş qanun pozuntuları hallarına da rast gəlinir ki, belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatları ilə əlaqədar, müvafiq məhkəmə qərarları əsasında Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta-ixtisas müəssisələrini qəbul olmaq hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırması, qanunsuz hazırlaması və satışı ilə məşğul olan bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunmuşdur.

Belə ki, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Gəncə Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışa qədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlunun Gəncə Dövlət Universitetində xidməti otaqlarında aparılmış axtarış zamanı 37 nəfər ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkar olunaraq götürülmüşdür.

Bundan başqa, “İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlunun xidməti otağında, sonuncuya məxsus şəxsi avtomobilində axtarış zamanı 62 ayrı-ayrı şəxslərin adlarına müxtəlif ali və orta-texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar olunaraq götürülmüşdür.

Eyni zamanda əməliyyat-istintaq qrupu tərəfindən sözügedən cinayətkar qrupun üzvü olan İmamquliyev Azər Vaqif oğlunun Gəncə şəhərində yaşadığı ünvanda aparılmış axtarış zamanı Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Gəncə, Qazax və Naxçıvan filialları, həmin İnstitutun Ümumi şöbəsi, Gəncə şəhəri Təsərrüfat Hesablı Məişət Xidməti Kolleci, Göyçay Dövlət İdarəetmə və Texnalogiyalar kolleci, Azərbaycan Kooperasiya Universiteti, Mingəçevir şəhər kadr hazırlığı və ixtisasartırma məktəbi, Gəncə Elm-Təhsil Mərkəzi Yeyinti Sənaye İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı Akademiyası, o cümlədən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunun saxta möhürləri aşkar edilərək götürülmüşdür.

Həmçinin, həmin ünvanda axtarış zamanı aşkar edilən saxta sənədlərin hazırlanması zamanı istifadə olunan rəngli printer, möhürlərin hazırlanması üçün xüsusi çanta, 1 ədəd «LG» markalı monitor, 1 ədəd «Raimb» markalı prosessor, 5 ədəd ali təhsil haqqında diplomun üzlükləri, 2 ədəd orta və texniki təhsil haqqında diplomun üzlükləri, 2 ədəd yaddaş daşıyıcısı və sənədlərin saxtalaşdırılmasında istifadə edilən digər alət və vasitələr götürülmüşdür.

Baş İdarə tərəfindən qeyd edilən ünvanlarda aparılmış axtarışlar nəticəsində toplanmış ilkin sübutlarla, habelə aparılmış ayrı-ayrı istintaq hərəkətləri ilə müəyyən edilmişdir ki, Məmmədov Ələddin Hətəm oğlu Gəncə Dövlət Universitetinin kafedra müdiri vəzifəsində işləyərkən həmin kafedranın laborantı Qasımov Elmir Müzadil oğlu, tanışları İmamquliyev Azər Vaqif oğlu, "İsmayıllı Olimpiya İdman Kompleksi" MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlu və istintaqla şəxsiyyətləri araşdırılmaqda olan başqa şəxslərlə sabit cinayətkar qrup yaradaraq aralarında cinayətkar məqsədlərinə uyğun ciddi vəzifə bölgüsü aparmışlar.

Cinayətkar qrup üzvləri arasında aparılmış bölgü ilə Ələddin Məmmədov ayrı-ayrı şəxslərin adlarına ali və orta-ixtisas təhsil müəssisələrində təhsil almalarını təsdiq edən saxta diplomların hazırlanmasının sifariş verilməsi və bunun müqabilində pul vəsaitlərinin qəbul edilməklə, dəstə üzvləri arasında bölüşdürülməsi, Tofiq Hümbətov ali və orta-ixtisas təhsil müəssisələrinə qəbul olunmaq və ya bu növ təhsil müəssisələrinin diplomlarını almaq niyyətində olan şəxslərin axtarılıb tapılması, onlardan pul vəsaitlərinin yığılması, Azər İmamquliyev və Elmir Qasımov hüquq verən rəsmi sənədləri istifadə etmək məqsədi ilə qanunsuz hazırlanması, hazırlanmış saxta sənədlərin sifarişçilərə çatdırılması funksiyalarını icra etmiş, habelə cinayətkar qrupun digər üzvləri də oxşar funksiyaları yerinə yetirərək bu üsulla ayrı-ayrı şəxsləri aldatma və onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçirmişlər.

Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Ələddin Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun üzvləri rəsmi sənəd olan Azərbaycan Müəllimlər İnstitutunun Gəncə və Qazax filiallarında təhsilə dair diplomların məzmununa bilə-bilə yalan məlumatlar daxil edib qanunsuz hazırlayaraq həqiqi diplom kimi təqdim etməklə, Biləsuvar rayon sakini Vidadi Babayevin yaxın qohumu Hikmət Babayevin həmin ali təhsil müəssisələrindən birinə tələbə kimi qəbul edilməsinə yalandan vəd verərək buna görə Vidadi Babayevə məxsus 5 min 850 manat məbləğində pul vəsaitini ələ keçirmişlər.

Həmçinin, qeyd edilən mütəşəkkil dəstə üzvləri eyni niyyətlə Bakı şəhər sakini Mövlud Cəfərovun yaxın qohumu Şahin Cəfərlinin Xarkov Mülki Müdafiə Akademiyasının diplomunu Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirməklə buna dair rəsmi şəhadətnamənin alınmasına köməklik göstərilməsinə yalandan vəd verərək, Şahin Cəfərlinin adına olan diplomun Təhsil Nazirliyində təsdiq olunmasına dair məzmununa bilə-bilə yalan məlumatlar daxil etdikləri rəsmi sənəd olan saxta şəhadətnaməni qanunsuz hazırlayıb Mövlud Cəfərova təqdim etmişdir. Bundan sonra Şahin Cəfərlinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə idarəsində işə düzəldəcəklərinə inandıraraq bütün bu qanunsuz xidmətləri qarşılığında Mövlud Cəfərova məxsus 15 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib öz aralarında bölmüşlər.

Aparılmış istintaqla həmçinin müəyyən edilmişdir ki, sözügedən mütəşəkkil dəstə üzvləri cinayətkar niyyətlərinə uyğun olaraq Tərtər rayon sakini Müseyib Aslanovun yaxın qohumu Qaratel Aslanzadənin Gəncə Dövlət Universitetinə ali təhsil alması üçün tələbə qismində qəbul olunmasında qəbul etdirəcəklərini yalandan vəd verərək, Müseyib Aslanova məxsus 3 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib öz aralarında bölmüşlər.

Mütəşəkkil dəstə halında etdikləri həmin qanunsuz hərəkətləri ilə qeyd edilən şəxslərin rəsmi sənədləri saxtalaşdırmaqla vətəndaşlara qarşı dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən olunduğundan Ələddin Məmmədov, Azər İmamquliyev, Elmir Qasımov və Tofiq Hümbətov təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 178.3.1 (mütəşəkkil dəstə tərəfindən törədildilməklə dələduzluq), 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1 (hüquq verən və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.

Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri hərəkətlərin davam etdirilməsi təmin ediləcəkdir.



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM