Demokratik Qüvvələrin Milli Şurası adlandırılan quruma daxil olan partiya və birliklər, o cümlədən özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli tərəfindən oktyabrın 19-da “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nümayişkəranə və kobud şəkildə pozularaq Bakı metropoliteninin “28 May” stansiyasının önündə nəqliyyatın hərəkətinin iflic olmasına, ətrafdakı insanların haqlı narazılığına, ərazidə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin iş rejiminin və bütövlükdə ictimai asayişin pozulmasına səbəb olan qanunsuz aksiya keçirilməsinin və təxribat xarakterli digər əməllərin qarşısı alınaraq 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülmüşdür.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun Mətbuat xidmətlərindən verilən məlumata görə, AXCP rəhbərliyi və aksiyanın təşkilatçıları tərəfindən qanunla qadağan edilmiş yerdə planlı şəkildə təşkil olunmuş həmin mitinqlər zamanı polisin qanuni tələblərinə məhəl qoyulmamaqla hüquqazidd əməllərin davam etdirilməsi ətrafdakı insanların haqlı narazılığına gətirib çıxarmışdır.
Respublikada sabitliyin pozulması məqsədi güdən bu cür qanunsuz hərəkətlərin qarşısının qətiyyətlə alınacağı barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, son günlər Əli Kərimli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbərliyində təmsil olunan digər şəxslər, habelə ölkə ərazisində əvvəllər müxtəlif cinayətlər törətməklə saxta yollarla xarici ölkələrdə sığınacaq almış axtarışda olan və ermənipərəst xarici dairələrin idarə etdiyi və maliyyələşdirdiyi bir qrup satqınlar tərəfindən sosial şəbəkələrdə və internet informasiya ehtiyatlarında müxtəlif profillər, o cümlədən “AzerbaycanSaatı”, “Turan Tv”, “AzerFreedom TV”, “Meydan Tv”, “OsmanqızıTv” və digər kanallar vasitəsilə noyabrın 2-də Bakı metropoliteninin “28 May” stansiyasının önündə qanunsuz aksiya keçirilməsinə yenidən çağırışlar edilir. Həmçinin, oktyabr ayının 19-da öz peşə borcunu yerinə yetirib ictimai asayişin pozulmasının qarşısını almış polis əməkdaşları haqqında fərdi məlumatlar paylaşılaraq onların işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən, asayiş keşikçilərinə qarşı sosial ədavət və düşmənçilik hisslərinin oyadılmasına yönəlmiş təbliğat aparılır.
Qeyd olunmalıdır ki, Milli Şura adlandırılan qurumun noyabrın 2-də mitinq keçirmək barədə müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən baxılaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 3-cü hissəsinin 2-ci bəndinə əsasən metropolitenin mühafizə zonalarında toplantıların keçirilməsinin qadağan edilməsi nəzərə alınmaqla mitinq üçün “Neftçi” idman klubunun Lökbatan qəsəbəsindəki təlim-idman bazası təklif edilmiş, lakin təşkilatçılar həmin tarixdə yenə də metropolitenin qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə məlumatlar paylaşmışlar.
Bütün bunlar bir daha göstərir ki, xalq arasında nüfuzu, sosial dayağı olmayan və siyasi mübarizənin sivil metodlarını qəsdən inkar edən radikal müxalif qüvvələr məhz qanunla qadağan olunan yerlərdə küçə yürüşləri, mitinqlər, piketlər keçirməyə çağırışlar etməklə insanları dövlət orqanlarının qanuni tələblərinə tabe olmamağa, qarşıdurma yaratmağa, faktiki olaraq zorakılıqlar törətməyə, asayişi və sabitliyi pozmağa təhrik edirlər.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Azərbaycan dövlətçiliyinə qarşı açıq-aşkar düşmənçilik mövqeyində duran cılız bir müxalif qrupun istənilən qanunazidd əməllərinin qarşısının qətiyyətlə alınacağını diqqətə çatdıraraq bəyan edir ki, Milli Şura adlanan quruma daxil olan partiya və birliklər, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli və həmin partiyada təmsil olunan digər şəxslər qanunsuz kütləvi aksiyaya çağırışları, zorakılığı və qəddarlığı təbliğ edən təxribat xarakterli hərəkətləri ilə əslində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi kimi ekstremist bir yolu seçdiklərini təsdiq edirlər. Onlara bir daha xəbərdarlıq edilir ki, Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdən kənarda toplantı təşkil ediləcəyi, ictimai qaydanı, o cümlədən hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin dinc həyatını, rahatlığını, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət üzərlərinə düşəcəkdir.
Eyni zamanda, qanunvericiliyin pozulmasına görə “Siyasi partiyalar haqqında” Qanunun 4-cü, 12-ci və 16-cı maddələrinə uyğun tədbirlərin görülməsi, hüquqazidd əməllər törətmiş şəxslərin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə məsuliyyətə cəlb olunması təmin ediləcəkdir.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM