PROFESSOR TƏRBİZ ƏLİYEVİN KLASTERLƏR HAQQINDA  FUNDAMENTAL MONOQRAFİYASI  İQTİSADİ İSLAHATLAR ŞƏRAİTİNDƏ YÜKSƏK ELMİ-PRAKTİKİ ƏHƏMİYYƏT DAŞIYIR  

19:04 / 30.10.2019

“Klaster” anlayışı 1990-ci ildə Nobel mükafatı laureatı Maykl Porter tərəfindən formalaşdırılmışdır və onun fikrincə, klaster coğrafi baxımdan qonşuluğu ilə fərqlənən və bir–biri ilə qarşılıqlı fəaliyyətdə olan, ümumi fəaliyyət prinsipləri əsasında xarakterizə olunan və bir-birilərini tamamlayan iştirakçı subyektlərin məcmu qrupu kimi çıxış edir. Klaster institutunun formalaşdırılması və inkişaf  etdirilməsi, ilk növbədə, ölkədə iqtisadiyyat sahələrinin fəaliyyətinin gücləndirilməsi, bu sahələrdə yeni iş yerlərinin açılması və xidmət sahələrinin inkişafına əlavə stimul verilməsi ilə bağlıdır.

Ümumilikdə, klasterlər iqtisadiyyatın müxtəlif sahələrində kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətini dəstəkləməklə, onların inkişafının sürətləndirilməsi, iqtisadiyyatın infrastruktur bazasının modernləşdirilməsi, ölkə üzrə bütövlükdə, o cümlədən, regionların sosial-iqtisadi inkişafı kontekstində kifayət qədər ciddi önəm təşkil edir.

Dünya ölkələrinin iqtisadi inkişaf proseslərinin təhlili göstərir ki, yüksək iqtisadi inkişafa, rəqabətqabiliyyətli milli iqtisadiyyat sektorlarına, çoxlu sayda ixracyönümlü məhsul istehsal edən müəssisələr şəbəkəsinə, davamlı iş yerlərinə malik olmaq üçün iqtisadiyyatın kompleks inkişafı mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, hazırda dünya iqtisadiyyatının ön cərgələrində gedən inkişaf etmiş ölkələrinin hamısının bu səviyyəyə çatmasında optimal iqtisadi inkişaf modellərinin əhəmiyyəti böyükdür və bu proseslərdə klaster institutunun da önəmli rolu olmuşdur.

Klasterlər çoxlu sayda müxtəlif struktura malik olmaqla bərabər, burada əsas iştirakçılar kimi məhsulların hazırlanması və son məhsul istehsalçıları, ixtisaslaşmış  xammal, həmçinin zəruri yarımfabrikatlar, avadanlıq, ehtiyat hissələri və digər vacib  komponentlər üzrə təchizatçılar, maliyyə təşkilatları və s. fəaliyyət göstərirlər. Bu proseslərin iştirakçıları sırasında kiçik və orta sahibkarlıq subyektləri, özəl və dövlət xidmət tədarükçüləri, təhsil və araşdırma mərkəzləri, sahibkarlıq qrupları və assosiasiyaları, iri sahibkarlıq subyektləri, maliyyə qurumları və banklar, qeyri-hökümət təşkilatları və dövlət statuslu qurumlar, strukturlar yer almışdır.

Son illərdə ölkə Prezidenti İlham Əliyevin təşəbbüsləri, tapşırıq və nəzarəti altında iqtisadiyyatımızın diversifikasiyalaşdırılması, onun neftdən asılılığının azaldılması istiqamətində strateji hədəflər müəyyənləşdirilmişdir. Strateji Yol Xəritələri çərçivəsində bu proseslər daha da intensivləşdirilmişdir. İqtisadi islahatlar sürətləndirilmiş, struktur və kadr dəyişiklikləri aparılmışdır və hazırda bunlarla bağlı fəal tədbirlər görülməkdədir. Belə bir şəraitdə klaster institutunun ölkəmizin iqtisadi sistemində möhkəmləndirilməsi kifayət qədər səmərəli ola bilərdi.

Qeyd olunan amillər nəzərə alınmaqla, AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin “KLASTERLƏR: beynəlxalq təcrübə və innovativ inkişaf” adlı yenicə çapdan çıxmış fundamental monoqrafiyası iqtisadi islahatlar şəraitində yüksək elmi-praktiki əhəmiyyət kəsb edir. Monoqrafiya “Elm və Bilik” nəşriyyatı tərəfindən işıq üzü görmüşdür. 536 səhifəlik bu nəfis monoqrafiya AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi Şurasının və ''Аqrarkredit'' QSC-nin maliyyə dəstəyi ilə nəşr olunmuşdur. Monoqrafiyanın elmi redaktoru iqtisad elmləri doktoru, Əməkdar Elm Xadimi, professor Arif Şəkərəliyev, rəyçiləri isə AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Akif Musayev və iqtisad elmləri doktoru, professor Kamil Şahbazovdur.

QISA ARAYIŞ: Tərbiz Nəsib oğlu Əliyev 1947-ci ildə Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 1965-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirmiş, Azərbaycan Neft və Kimya İnstitutunun (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Mühəndis-iqtisad fakültəsində ali təhsil almış, 1970-ci ildə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. Elmi-pedaqoji və təsərrüfat fəaliyyəti dövründə kiçik elmi işçi, böyük iqtisadçı, şöbə müdiri, idarə rəisi, direktor, baş direktor, kafedra müdiri vəzifələrində çalışmışdır. Tərbiz Əliyev 1978-ci ildə iqtisad elmləri üzrə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2000-ci ildə isə professor elmi adına layiq görülmüsdür. 2005-ci ildə Beynəlxalq İnformasiya Akademiyasının və Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki seçilmişdir. Görkəmli iqtisadçı-alimin çapdan çıxmış elmi əsərlərinin ümumi sayı – 260-dır, onlardan 45-i - xaricdə çıxmış elmi əsərlərdən ibarətdir, 30-u beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrdir, həmçinin 3 müəlliflik şəhadətnamələrinin və patentlərin müəllifidir. Alimin elmi rəhbərliyi və bilavasitə iştirakı ilə 18 kompleks proqram, regional innovasiya proqramı, müəssisə və regionların sosial-iqtisadi inkişaf proqramları tərtib edilmişdir.  Professor Tərbiz Əliyevin elmi rəhbərliyi və elmi məsləhətçiliyi ilə 40-ya yaxın iqtisad üzrə fəlsəfə və elmlər doktorları hazırlanmşıdır. T.Əliyev “Adam Smit adına qızıl medal”, “İnformasiya cəmiyyətinin qurulmasında xidmətlərinə görə” Beynəlxalq Ali medal, “Qızıl qələm” diplomu, Avropa Nəşri Mətbu Evinin qızıl medalı və “XXI əsrin tanınmış alimi” Beynəlxalq Diploma layiq görülmüşdür.

Professor Tərbiz Əliyev ölkə Prezidenti İlham Əliyevin 18 noyabr 2010-cu il tarixli Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına və 16 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə  Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” na layiq görülmşüdür.

Görkəmli iqtisadçı-alimin nəşr etdirdiyi monoqrafiyada klasterlərin təşkili və idarə edilməsinin nəzəri-metodoloji aspektləri, dünya ölkələrinin klasterləşmə təcrübəsi, klaster tipli sənaye məhəllələrin yaradılması üzrə beynəlxalq təcrübə, innovasiya yönümlü klasterlərin yaradılması və idarə edilməsi, ərazi klasterlərinin təşkili və idarəetməsi alətlərinin xüsusiyyətləri, regional klasterlərin layihələndirilməsi və formalaşdırılmasının prinsipləri və qiymətləndirilməsi məsələləri fundamental səviyyədə tədqiq olunmuşdur.

Professor Tərbiz Əliyev klasterlərin yaradılması, inkişafı və onlardan səmərəli istifadənin dünya təcrübəsindən çıxış etməklə, Azərbaycanda klasterial inkişaf istiqamətlərini açıqlamış, iqtisadi rayonlar üzrə klasterlərin yaradılması imkanlarını aşkarlamış, sənaye, elm və təhsil sahələrində klasterlərin formalaşması prinsiplərini müəyyənləşdirmişdir. Monoqrafiya klasterlərin təşkili və idarə edilməsi istiqamətində araşdırmalar aparan tədqiqatçılar, rəhbər işçi və mütəxəssislər, elmi işçilər, layihə menecerləri və doktorantlar üçün nəzərdə tutulmuşdur. Monoqrafiyadan klaster institutunun yaradılması və inkişaf üzrə strategiyaların və dövlət proqramlarının hazırlanmasında istifadə etmək olar.

Gərgin alim-tədqiqatçı əməyinin məhsulu olan bu fundamental monoqrafiyanın işıq üzü görməsi münasibəti ilə professor Tərbiz Əliyevi təbrik edir və ona ölkəmizin iqtisadi inkişafının həlledici mərhələsində - iqtisadi islahatlar şəraitində daha əzmlə çalışmaqda can sağlığı, elmi yaradıcılıq uğurları arzulayırıq!

 

Şəfa Əliyev,

Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı

 və marketinq” kafedrasının professoru, iqtisad elmləri

doktoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM