Lent.az-ın məlumatına görə, Sahil qəsəbəsi Dostluq küçəsində 1960-cı il təvəllüdlü Nəbiyev Şaban Məmməd oğlunu güllələyərək qətlə yetirən 1990-cı il təvəllüdlü Quliyev İlqar Ələsgər oğlu yaxalanaraq istintaqa təhvil verilib. Ondan törətdiyi cinayətdə istifadə etdiyi silah götürülüb. Qeyd edək ki, sentyabrın 3-də axşam saatlarında yaşadığı evin yaxınlığında öldürülən 54 yaşlı Şaban Nəbiyev 2007-ci ildə İ.Quliyevin atası Ələsgər Quliyevi qətlə yetirib.
Onların biznes ortaqlığı olub və münasibətlərin pozulması nəticəsində 2007-ci ilin yanvar ayında Sahil qəsəbəsindəki parkda Şaban Quliyev tanışını güllələyərək öldürüb. Həmin vaxt İntiqam Babayev adlı şəxs də güllə yarası alıb. Törətdiyi cinayət əməlinə görə Ş.Nəbiyev həbs olunub və 7 il 6 aydan sonra həbsxanadan çıxıb. Atasının qatilinin azadlığa çıxdığını öyrənən 24 yaşlı İlqar Quliyev onu izləyib və "Winchester" markalı tüfəngdən 3 dəfə atəş açaraq qətlə yetirib. Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.