Azvision.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı Təhsil Nazirliyi tərəfindən orta məktəb direktorlarına, rayon təhsil şöbələrinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, bundan öncə Bakı şəhərində 30-dan çox məktəbdə bu qadağa tətbiq edilmişdi. Digər rayon və şəhərlərdə şagirdlərin mobil telefon işlətməsinə hər hansı məhdudiyyət yox idi.
Cari ilindən isə orta məktəb direktorlarına tədris prosesinə mənfi təsir edən kənar amilllərin yığışdırılması, şagirdlərin mobil telefonlardan istifadə etməsinin qarşısının alınması tapşırılıb.
Məlumata görə, belə bir qərarın verilməsi mobil telefonun tədris prosesinə mənfi təsir göstərməsi zərurətindən yaranıb.