Elçin Əhmədov: qondarma “erməni soyqırımı” haqqında qəbul edilən “sənəd”lər Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir

12:39 / 31.10.2019

Son illərdə uydurma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarları sadəcə Ermənistan və erməni lobbisi deyil, eyni zamanda, regionla bağlı imperialist maraqları olan güclərdir. O güclər ki, vaxtilə Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münaqişələrin alovlanmasına və kütləvi köçlərə səbəb olub, erməniləri Osmanlı Türkiyəsinə qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətliamlar törətməyə təşviq ediblər.

Tarixi sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıb, türk ordusuna qarşı hücumlar təşkil edib, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədərək, əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçiriblər. Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırımı baş verməyib.

Bu fikirləri  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi “qətnamə”yə münasibət bildirərkən deyib.

Professor bildirib ki, bu baxımdan ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi 296 saylı “qətnamə” qərəzli, sifariş xarakterli və əsassızdır. Çünki, “qətnamə”nin heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur, eləcə də Türkiyəyə qarşı uzun illərdir həyata keçirilən siyasi təzyiq vasitəsindən başqa bir şey deyil.

Son 40 ilin tarixinə nəzər salsaq, XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Belə bir şəraitdə ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək Türkiyəyə və Azərbaycana qarşı genişmiqyaslı kampaniyaya başladılar. Bu dövrdə - 1985-ci il fevralın 21-də Ermənistan KP MK-nın sovet rəhbərliyinə 24 aprel gününün “soyqırımı qurbanlarının xatirə günü” kimi qeyd edilməsi haqqında müraciəti Sov.İKP MK Siyasi Bürosunun iclasının gündəliyinə daxil edilmişdi. Eyni zamanda, ermənilərin Türkiyəyə qarşı saxta iddiaları da Qərbin bəzi dairələri tərəfindən müdafiə olunurdu. Bunun davamı olaraq, 1987-ci il iyulun 18-də Avropa Parlamenti saxta “erməni soyqırımı” iddialarını tanıdı və “soyqırımı qurbanları”na xatirə günü təsis etdi.

Bununla yanaşı, 1989-cu il oktyabrın axırında ABŞ Senatı Hüquq Komitəsinin qəbul etdiyi qərar layihəsində aprelin 24-ü saxta “erməni soyqırımı”nın 75 illiyinin qeyd edilməsi göstərilirdi. Bu layihəyə Respublikaçılar partiyasının senatdakı lideri, ermənipərəst senator Robert Doul rəhbərlik etmiş və qərarı 54 senator imzalamışdı.

E.Əhmədov qeyd edib ki, son illərdə Ermənistanın və Qərbdəki bəzi qurumların saxta “erməni soyqırımı” haqqında uydurmalarına gəldikdə isə, bu iddia subyektiv mülahizələrə söykənməklə yanaşı, islamafob, anti-Azərbaycan və anti-türk meyillərin son dövrlərdə güclənməsinin təzahürüdür. 2015-ci il martın 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımı”nın tanınması ilə əlaqədar müraciət edib. Həmin il aprelin 15-də isə Avropa Parlamenti bunun davamı olaraq 12 maddəlik “erməni soyqırımı” qətnaməsini qəbul etdi. Bununla da Avropa Parlamenti növbəti addımı atmaqla anti-Azərbaycan və anti-türk mövqeyini bir daha ortaya qoydu. Həmin sənədin mahiyyəti ondan ibarətdir ki, Avropa İttifaqına daxil olan ölkələr 24 aprel tarixini “erməni soyqırımı günü” kimi qeyd etsinlər.

Bu prosesin davamı olaraq, 2019-cu il aprelin 24-də Kolorado ştatı Senatın 35 üzvünün imzası ilə qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə qəbul edib. Subyektiv mülahizələrə söykənən, eləcə də siyasi sifariş xarakterli “qətnamə”də Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış və dünyanın heç bir dövləti tərəfindən tanınmayan Dağlıq Qarabağdakı qondarma, cinayətkar rejimin guya Türkiyə və Azərbaycan tərəfindən “blokada”ya alınması qeyd olunur. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında erməni “xristian irsinin” mədəni soyqırımının törədildiyi iddia edilir.

Ermənilərin uzun illərdir hazırlıq gördükləri uydurma “erməni soyqırımı”nın 2015-ci ildə “100-cü ildönümü” tədbirlərində yalnız dörd dövlətin prezidentinin iştirak etməsi Ermənistan üçün ağır zərbə idi. Halbuki qısa vaxt ərzində elan edilməsinə baxmayaraq, həmin il Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı keçirilən tədbirlərdə 20-dən çox dövlətin prezidenti, 4 dövlətin baş naziri və bir sıra beynəlxalq təşkilatın rəhbərləri, parlament sədrləri və nazirlər iştirak etmişdilər.

Uydurma “erməni soyqırımı” iddiaları ilə bağlı səylərin yaxın vaxtlarda tam bitəcəyi inandırıcı deyil. Çünki bu məsələdə təkcə Ermənistan tərəfi maraqlı deyil, işin içində erməni lobbisi, regionda maraqları olan güclər də var. Həmin güclər artıq siyasiləşmiş bir problemə çevrilən və qondarma “soyqırımı” silahından hər zaman Türkiyəyə qarşı istifadə etməyə çalışacaqlar.

“Çox təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Bu siyasətin Qərbə nə verəcəyini zaman özü göstərəcək. Buna görə hazırda bir qrup siyasətçinin, deputatın tarixi reallığı təhrif edərək, heç bir fakta istinad etmədən və o dövrün arxiv materiallarını araşdırmadan ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi tamamilə yanlışdır. “Erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənməklə yanaşı, islamafob, anti-müsəlman və anti-türk meyillərin güclənməsinin təzahürüdür. Bu baxımdan ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” haqqında qəbul etdiyi “sənəd” həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM