Elman Nəsirov:“Milli Şura təmsilçiləri Azərbaycanın əleyhinə, ermənilərin isə leyhinə mövqe sərgiləyərkən, türk diplomat əsl vətənpərvərlik nümunəsi ortaya qoydu”
“Biz deyəndə ki, radikal müxalifət bir çox hallarda öz davranışı ilə ermənidən çox erməni olmaq istəyir...”
Məlum olduğu kimi, oktyabrın 31-də ABŞ-da “Milli Mətbuat Klubu” adı ilə fəaliyyət göstərən təşkilatda “Azerbaijan: Peaceful protests and torture” adlı tədbir keçirilib. Tədbirdə Milli Şuranın sədri Cəmil Həsənli iştirak və çıxış edib. Ondan başqa panelçilər arasında Amnesty İnternational təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Daniel Balson, Women Media Watch-Azerbaijan təşkilatının rəhbəri, hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı olub. Tədbirə Amnesty İnternational təşkilatının nümayəndəsi Aleks Raufoğlu moderatorluq edib. Tədbir bəzi maraqlı məqamlarla yadda qalıb. İlk növbədə Azərbaycanı kəskin tənqid edən tədbir iştirakçılarının Türkiyənin ABŞ-dakı səfirliyinin nümayəndəsinin kəskin etirazı ilə qarşılaşmasını qeyd etmək olar. Səfirliyin əməkdaşı Cəmil Həsənlinin və digər iştirakçıların Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktına toxunmamasına və Azərbaycanın FETO-ya dəstək verməsi barədə iddialara kəskin etirazını bildirib. O, FETO ilə bağlı ittihamları rədd edərək, Azərbaycanın Türkiyənin yanında olduğunu, ən birinci dəstək göstərənlərdən biri olaraq müvafiq məktəbləri bağladığını qeyd edib və bu dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib. Türkiyə diplomatı deyib ki, Azərbaycan üçün əsas təhdid torpaqların Ermənistan tərəfindən işğal olunmasıdır. Bütün bunlar əslində bu gün dövlətlərarası qardaşlıq əməkdaşlığı müstəvisində Türkiyənin diplomatlarının Milli Şura nümayəndələrindən, ümumiyyətlə radikal müxalifətdən Azərbaycan üçün daha vətənpərvər davrandığının nümunəsi deyilmi?
Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirovun sözlərinə görə, sözügedən hadisə türk diplomatın radikal müxalifət təmsilçilərindən daha vətənpərvər olduğunu ortaya qoydu: “Biz deyəndə ki, radikal müxalifət, Milli Şura, AXCP bir çox hallarda öz davranışı ilə ermənidən çox erməni olmaq istəyir, bizi qərəzli mövqe sərgiləməkdə ittiham edirlər. Belə olan halda Vaşinqtonda son yaşananlara nə ad verəsən? Vaşinqtonda Milli Şura anti-Azərbaycan toplantı keçirir, eyni vaxtda separatçı rejimin qondarma “xarici işlər naziri” ölkəmizin əleyhinə eyni məzmunlu kampaniya aparır. Hesab edirəm ki, bu sinxron fəaliyyətin özü də bir sıra mətləblərdən xəbər verir. Milli Şura təmsilçiləri Azərbaycanın əleyhinə, ermənilərin isə lehinə mövqe sərgiləyərkən, türk diplomat əsl vətənpərvərlik nümunəsi ortaya qoydu. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin ruhundan irəli gələn mövqe sərgilədi. Haqlı olaraq bildirib ki, daxili məsələləri qabardıb Azərbaycanı ləkələmək olmaz. Bizim daha ciddi problemlərimiz var. O da torpaqlarımızın bir hissəsinin erməni işğalı altında olması ilə bağlıdır. Gəlin bundan danışaq. Ona görə də Türkiyəni təmsil edən diplomat bununla əsl dostluq nümunəsi ortaya qoyub. Təəssüf ki, satqın radikal müxalifət davranışı ilə ermənipərəst mövqe sərgiləyib. Bütün bunları xalq görür və radikal müxalifətin hansı xislətə malik olduğunu bir daha dərk edir. Bu onu göstərir ki, radikal müxalifətlə ermənilər arasında əqidə birliyi var”.
Vidadi ORDAHALLI
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM