Əli Həsənov Heydər Əliyevlə birgə Moskvadan Bakıya gəldi - Rza İbadovdan açıqlama

13:12 / 04.11.2019

"Əli Həsənov 1990-cı ildən bəri hər zaman Heydər Əliyevin yanında olub"

1995-2000-ci illərdə Milli Məclisin deputatı olmuş, hazırda Londonda yaşayan Rza İbadov Əli Nağıyevin son günlər irəli sürdüyü fərziyyələrə cavab verib. “Səs” qəzetinin əməkdaşına müsahibəsində Rza İbadov o dövrün canlı şahidi və baş verən proseslərin bilavasitə iştirakçısı kimi 1990-cı illərə qısa bir ekskurs edərək, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla birgə Ulu Öndər Heydər Əliyevin yanında yer almalarından, onunla birlikdə Moskvadan Bakıya gəlmələrindən və Əli Həsənovun Yeni Azərbaycan Partiyasının Siyasi Şurasına üzv seçilməsindən danışıb.

Müsahibəni və səs yazısını təqdim edirik:

- Rza müəllim, yəqin ki, son günlər keçmiş nazir Əli Nağıyevin Prezidentin köməkçisi Əli Həsənov barədə səsləndirdiyi iddialar haqqında məlumatlısınız. O, iddia edir ki, Əli Həsənovu məhz o təqdim edib Heydər Əliyevə, bir sözlə Əli Həsənovun YAP Siyasi Şuranın üzvü olması onun adı ilə bağlıdır. Bəhs olunan dövrün canlı şahidi kimi bu haqda nə deyə bilərsiniz?
- Bilirsiniz, indi dünya qlobal kənd adlandırılır, internetə görə dünya bir ovuc olub. Ona görə də ölkədə baş verən hər hansı siyasi, iqtisadi dəyişikliyi, yayımlanan müsahibələri qısa zamanda görə bilirəm. Bəli, mənə göndərdilər Əli Nağıyevin müsahibəsini oxudum. Sizə açıq deyim, 1990-cı il yanvar hadisələrindən sonra mənim Moskvada yaşayan və təqaüddə olan Heydər Əliyevlə münasibətlərim yarandı, hətta onların evinə gedib-gəlməyə başladım. 1990-cı ilin iyun ayının 4-də biz Moskvadan Bakıya gələcəkdik, mən orda bir neçə insana - Moskvada oxuyan tələbələrə, aspirantlara, orda çalışan şəxslərə müraciət etdim ki, bizimlə birgə Bakıya getsinlər. Lakin çox adamlar bunu etmədi. Mən o zaman Moskva Dövlət Universitetinin aspirantı olan Əli Həsənova deyən kimi həmin dəqiqə "mən hazıram" dedi. Biz gəlmək üçün biletlərimizi aldıq. Lakin bilirsiniz ki, ayın 4-də (iyun) Əjdər Xanbabayev qətlə yetirildi və biz gələ bilmədik, yalnız iyul ayının 20-də biz - mən və Əli Həsənov Heydər Əliyevlə birgə Moskvadan Bakıya gəldik. İkinci məsələ isə Əli Həsənovun Yeni Azərbaycan Partiyası Siyasi Şurasına üzv seçilməsi məsələsidir. O zaman Naxşıvanda YAP-ın təsis konfransı keçirilirdi, mən də Naxçıvan Ali Məclisində beynəlxalq əlaqələr şöbəsinin müdiri idim. O zaman Ali Məclisin sədri Heydər Əliyev məni yanına çağıraraq dedi ki, istəyirəm gənclərdən bir nəfər Siyasi Şuranın üzvü olsun. Sən mənim yanımda işləyirsən deyə istəmirəm söz-söhbət olsun. Kimi tanıyırsan, kimi bilirsən? O zaman Əli Həsənov artıq aspirantura təhsilini başa vuraraq Naxçıvana qayıtmışdı və universitetdə işə başlamışdı. Əlbəttə ki, Heydər Əliyevə sədaqəti və partiya quruculuğu işində öz fəalığı ilə seçilən Əli Həsənov bu vəzifəyə ən layiqli namizəd idi. Mən dedim ki, cənab sədr, o vaxt Moskvadan bizimlə birgə gələn Əli Həsənov artıq Moskva Dövlət Universitetində aspirantura təhslini başa vurub və Naxçıvan Dövlət Universitetində işə başlayıb. İcazə verirsinizsə onu cəlb edək. Heydər Əliyev isə “çox ağıllı fikirdir, onu çağır gəlsin yanıma” dedi. Yəni, Əli Həsənovun YAP-ın Siyası Şurasına üzv seçilməsi birbaşa Heydər Əliyevin şəxsi istəyilə olubdur və özü onun namizədliyi üzərində durubdur. (Sia.az)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM