Hörmətli Əflatun müəllim,
Mən mətbuatda və ictimaiyyətdə deputatların yaş həddi ilə bağlı çoxsaylı yazılara, yaşlı nəslin nümayəndələrinin aşağılanması, alçaldılması kimi təhqirlərə reaksiya vermək fikrində deyildim. Lakin bu gün fəaliyyəti əsasən parlamentə yönəlmiş Modern.az saytının 4 noyabr 2019-cu il tarixli “Yaşlı deputatlar xanım köməkçilərə üstünlük verirlər...” adlı məqaləsindən sonra dözə bilmədim, vücudum titrədi. Belə ki, adı çəkilən yazı cəmiyyətdə mənəviyyatsızlıq toxumları səpir və bilərəkdən yaşlı deputatları üstüörtülü şəkildə namussuzluq və şərəfsizlik kimi qeyri-insani əməllərdə suçlayır.
Yaşlı deputatlara qarşı olan məsələyə də münasibət bildirmək istərdim. Əvvələn, seçkili orqanlara seçkilərdə iştirak etmək və seçilmək hüququ ilə bağlı aşağı həddin müəyyən edilməsi prinsipi bütün ölkələrdə mövcud olsa da, yuxarı yaş həddi ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. İkincisi, yaşlı deputatlar öz dairələrində gənclərin namizədliyinə təsir edib hər hansı bir məhdudiyyət qoymaq hüququna malik deyillər. Namizədliyin qeydiyyata alınmasını dairə seçki komissiyaları apardığından, say məhdudiyyəti yoxdur. Mən Şamaxıda millət vəkili seçilərkən, birinci seçkimdə 11 namizəd iştirak edirdi və ən gənc namizədin 28 yaşı vardı. Jurnalistlər bilməlidir ki, yuxarı yaş həddi seçkili orqanlara aid deyil. Üçüncüsü, ümumiyyətlə, yaşlı nəslin nümayəndələrini seçkilərdə belə təzyiqlər, təhdidlər, təqiblər, alçaldıcı yazılarla çəkindirmək bütün yaşlı nəslin nümayəndlərinə qarşı olan bir hörmətsizlikdir, ağır təhqirdir.
Azərbaycan cəmiyyətində tarixlər boyu yaşlı nəslin nümayəndələrinə xüsusi hörmət və ehtiram mövcud olmuşdur. Dünyanın hər yerində yaşlılara böyük hörmət qoyulur. Sivil dövlətin amillərindən bir də yaşlı nəslin nümayəndəsinə hörmətdir. Məsələn, qardaş Türkiyədə istər ictimaiyyətdə, istər siyasətçilər arasında, istər restoranda, istər hava limanında, istər xəstəxanada, hər yerdə mənə baba kimi müraciət edirlər. Baba sözü isə Azərbaycan dilində ata deməkdir. Bu, hörmət və ehtiramdır. Hər bir yaşlı deputatın xidmətləri, ləyaqəti, yaxşı işləri olub ki, deputat seçilib və onları xalq seçib. Bu gün bu deputatların namizədliklərini verib-verməmələri barədə onlara qarşı təhqiredici kampaniya təşkil etmək, hörmətsizlik və təzyiq göstərmək bizim cəmiyyətimizə nə dərəcədə yaraşan bir işdir? Axı seçki kampaniyası bir yarışdır. Bu yarışın qalibini də ən azı 30,000-dən artıq seçici müəyyən edir. Möhtərəm Prezident seçkili orqanlar barədə yaş həddi ilə bağlı belə bir ifadə işlətməyib. Əksinə, cənab Prezident bu günlərdə yaşlı nəslin nümayəndələrinə qarşı hər hansı kampaniyanın təşkil edilməsinə yol verməyəcəyini bildirmişdir.
Mən eyni zamanda bildirmək istərdim ki, yaşlı deputatların seçkilərdə iştirakına sədd qoymaq istəyən jurnalistlər bilməlidirlər ki, onlar Azərbaycanda son 15 ildə keçirilən azad, ədalətli, şəffaf, demokratik seçkilərə kölgə salan və bununla bağlı ölkəmizə qarşı şər və böhtan kampaniyaları keçirən beynəlxalq təşkilatlara ölkəmizlə bağlı qarayaxma kampaniyalarını davam etdirmək üçün əlavə imkanlar yaradırlar. Belə ki, jurnalistlərin bu münasibəti Azərbaycanda yaşlı nəslin nümayəndələrinin hüquqlarının məhdudlaşdırılması, onların seçki hüquqlarının pozulması kimi iddialara yol açır və nəticə etibarilə beynəlxalq qurumlar tərəfindən ölkədə seçkilərin qeyri-şəffaf və qeyri-demokratik keçirilməsi kimi qiymətləndirilməsinə xidmət etmiş olur. Odur ki, sağlam, çevik, kamil, müdrik yaşında olan insanların deputat seçilməsini hər hansı bir jurnalist deyil, xalq və seçicilər müəyyən etməlidir.
Eyni zamanda qeyd etmək istərdim ki, son bir neçə gün əvvəl bəzi internet portallarında çap edilmiş yazılarda deputat həmkarlarım da təhqir edilmişlər. Bundan əlavə, yuxarıda adı çəkilən yazıda isə yaşlı deputatlarla yanaşı, qadın ləyaqəti təhqir edilmiş, qadının təmiz adına bir ləkə atılmış, əxlaqsızlıq edilmişdir. Bu, ləyaqətli köməkçi xanımların həyat yoldaşlarına, qardaşlarına, atalarına, övladlarına qarşı bir təhqirdir. Görəsən, jurnalist bu ləyaqətsiz əməllərinə onların qarşısında necə bəraət qazandıra bilər? Mən bunları cinayət hesab edirəm. Bax cinayət belə yaranır.
Hesab edirəm ki, adı çəkilən yazı Mətbuat Şurası tərəfindən müzakirə edilməli, adı hallanan köməkçilərdən və onların ailələrindən mətbuat vasitəsilə təcili üzr istənməli, yazının müəllifi və həmin yazını dərc etmiş saytın rəhbərliyi cəzalandırılmalı, qəbul edilmiş qərar barədə ictimaiyyət məlumatlandırılmalıdır.
Elxan Süleymanov
Şamaxının Millət Vəkili
5 noyabr 2019-cu il
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM