"Freedom House" hüquq müdafiə təşkilatı dünya ölkələrində internet azadlığı ilə bağlı növbəti illik reytinqini dərc edib və ölkəmizi 65 ölkə arasında 48-ci çıxarıb. Bu təşkilatın Azərbaycana qarşı qərəzini hər kəs bilir. Onu da yaxşı bilirik ki, ümumən qurumun hesabatları siyasi xarakter daşıyır.
"Freedom House" internetin azad olmadığı ölkə kimi əhalisi 1 milyard 200 milyonu keçən Çini göstərir. Təşkilatın reytinqində birincilik isə İslandiyaya məxsusdur. O İslandiyaya ki, əhalisinin sayı 300 mindən bir az artıqdır. Hələ mən ərazi barədə müqayisə aparmıram. Məsələyə sadə məntiqlə yanaşsaq, Çində hər bir halda internetlə bağlı problem İslandiyadan çox olmalıdır. Amma bunun önəmi yoxdur. Çünki məqsəd Çinin belə demək mümkünsə, azadlıqsevməz mənfi təqdimatına yönəlib.
"Freedom House" hesabat hazırlayarkən dünyada şəbəkə istifadəçilərinin 87%-nin yaşadığı 65 ölkəni araşdırıb. Yanaşma qəribədir. Görəsən, siyahıda birinci olan İslandiyanın payına neçə faiz düşür? Və ya ona düşən faiz imkan verirmi ki, ölkə birinci olsun?
Deməli, internetin 87 faizi dünyadakı iki yüzə yaxın ölkədən 65-də cəmlənirsə, məntiqlə internetin azadlıqdan kənar mahiyyətini yerdə qalan ölkələrdə axtarmaq lazımdır. Təbii ki, niyyət safdırsa...
Azərbaycana keçməzdən öncə bildirim ki, "Freedom House" Gürcüstanı və Ermənistanı müvafiq olaraq 10 və 13-cü yerlərdə yerləşdirib. Bəli, təşkilat illərdir "ənənəsinə" sadiqlik nümayiş etdirir. Sən demə Ermənistan internet azadlığına görə dünya liderlərindəndir. Ermənistan, özü də dünyada 13-cü yer. Tutalım Gürcüstandakı vəziyyət bizdən yaxşıdır. Amma müqayisəli yanaşsaq, fərq bizdən hesabatda əksini tapdığı qədər yaxşı ola bilməz.
Azərbaycanda internet sahəsində problemlər, hətta çox ciddi problemlər var. Bunu kimsə istisna etmir. Bu barədə çox danışılır. Amma məsələ "Freedom House"nin iddia etdiyi kimi də deyil. Əksinə ölkəmizdə internetin inkişafına ciddi önəm verilir. İnternet hüquqi münasibətlər sistemində özünə kifayət qədər yer tapıb. Ümumən internet Azərbaycanın həyatına daxil olub. Təkcə facebook sosial şəbəkəsindən istifadə edənlərin sayı 2 milyona yaxındır.
Azərbaycanda internet informasiya seqmentinin mühüm hərəkətverici qüvvəsi sayılır. Əgər problemdən danışmaq istəyiriksə, bəli deməliyik ki, bu gün ölkəmizdə internetin verdiyi imkanlardan sui-istifadə də var. Gündə bir yeni xəbər saytının adı ilə rastlaşırıq. Bəli, azadlıq kimi dəyərləndirilməli olmayan, azadlığı təhdid edən təhlükə budur.
Sonda bir daha bildirim ki, "Freedom House" hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub. Qurum köhnə şablonlarını bu hesabatında da istifadə edib. Məsələyə belə yanaşma qətiyyən yolverilməzdir.
Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM