Müəllimi ona şərq poeziyasının sirlərini öyrətdi, məşhur olub varlanmasına öz töhfəsini verdi, o da müəlliminə xilaf çıxmadı, onu alman oxucusuna təqdim edərək Avropada tanıtdı. Söhbət görkəmli azərbaycan şairi Mirzə Şəfi Vazehdən və onun alman tələbəsi Fridrix fon Bodenştedtdən gedir.
Noyabr ayının 1-də Xalq Bankın, “Q Gallery Berlin”nin və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkil etdiyi, dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri - Humboldt universitetində keçirilən konfrans “Xalq Əmanəti” layihəsi çərçivəsində yeni dərc olunan, Mirzə Şəfi Vazehin “Bütün əsərləri”nin elmi ictimaiyyətə təqdimatına həsr olunub.
Humboldt universitetinin professoru Eva Maria Aux çıxışında Mirzə Şəfi Vazehin yaradıcılığından, özünəməxsus poeziyasından danışdı. Vazeh yaradıcılığına rəğbət nümayiş etdirən alman professor, 3 dildə dərc olunan yeni kitabı Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda onun oxucularına qiymətli hədiyyə kimi təqdim elədi. Universitetin əsasən şərq ölkələri istiqamətində çalışan müəllim və tələbələrinin toplandığı konfransda həm məzmun, həm də tərtibat baxımından nəfis kitabın təqdimatını yaddaqalan hadisə kimi dəyərləndirdi:
Eva Maria Aux, tarixçi alim: “Mənim fikrimcə bu təkcə xoş bir gün kimi deyil, həm də vacib bir hadisə kimi yadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin növbəti nümunəsini Mirzə Şəfi Vazeh və Fridrix fon Bodentştedt vəhdətində görürük. Məncə bu ən uğurlu nümunələrdəndir. Mirzə Şəfi Vazehin kitabının 145 dəfə alman dilində çap olunması faktnıın özü artıq heç bir şərhə yer saxlamır”.
Azərbaycnlı dilçi alim, professor Fəxrəddin Veysəlli isə öz çıxışında auditoriya üçün Mirzə Şəfi Vazeh yaradıcılığının maraqlı nüanslarını izah elədi. Vazeh yaradıcılığının azərbaycan-alman mədəniyyətləri arasında uğurlu körpü rolu oynadığını vurğulayan Fəxrəddin Veysəlli bu işdə Fridrix fon Bodenştedtin də xüsusi rolunu qeyd elədi. Yeri gəlmişkən, eyni fikirləri alman alimlərdən də eşitdik.
Almaniyanın nüfuzlu tarixçi alimlərindən biri, professor Udo Ştaynbax: - “Mirzə Şəfi Vazehin yenidən və belə gözəl şəkildə alman dilində dərc olunması məni çox sevindirdi. Maraqlısı odur ki, almaniyada Vazehin şeirlərini çox adam sevə-sevə oxuyur, amma müəllifi kifayət qədər tanımırlar. Mirzə Şəfi Vazeh və Bodenştedtin yaradıcı əlaqələrindən və bunun hər iki xalqa verdiyi gözəl tohfələrdən də kifayət qədər məlumatları yoxdur. Düşünürəm ki, bu kitab və onun universitetdə təqdimatı bu boşluğu doldurmaqda yardımçı olacaq.”
Şübhəsiz ki, söhbət Mirzə Şəfi Vazehin kitabından, onun şeirlərindən gedirsə, deməli təqdimat həm də ədəbi-bədii müstəvidə də olmalı idi. Təşkilatçılar da bunu gözəl bilirdilər və həmin hissəni Berlin “Q Gallery Berlin” incəsənət mərkəzində qonaqlara təqdim elədilər. “Xalq Əmanəti” layihəsinin rəhbəri Rafiq Həşimov kitabın böyük bir kollektivin 5 ildən artıq bir müddətdə çəkdiyi zəhmətin bəhrəsi olaraq ərsəyə gəlməsi barədə məlumat verdi. O, ədibin 225 illiyinə təsadüf edən kitabın layihə çərçivəsində artıq 18-ci nəşr olduğunu dedi və öncəki işlərin nümayiş etdirildiyi stendi qonaqlara təqdim elədi. Mirzə Şəfi Vazeh yaradıcılığıdan bəhs edən natiqlərin çıxışlarından sonra isə növbə poeziya və musiqinin idi. Rafiq Həşimov və alman aktrisa Kristiana Foqt şairin əsərlərini azərbaycan və alman dillərində səsləndirdilər. Vazeh poeziyasını özündə əks etdirən musiqi parçaları da qonaqların çox xoşuna gəldi.
Kristiana Foqt, aktrisa: “Maraqlıdır ki, Vazehin şeirləri mənə Höteni xatırlatdı. Ona görə də sirli şərq ədibinin əsərlərini ilk dəfədən həvəslə və asanlıqla səsləndirdim. Düzü dil, üslub, ritm baxımından mənə bu qədər yaxın olacağını düşünməzdim. Şeirlər ruhumu bütünlüklə vəcdə gətirdi. Etiraf edim ki, bu mənim üçün gözlənilməz oldu.“
Çox gözəl ab-havada keçən gecənin yekununda isə yeni nəşrin alman, azərbaycan və rus dillərində olan nüsxələri, eyni zamanda Xalq Bankın “Xalq Əmanəti” layihəsinin digər kitabları hədiyyə olaraq qonaqlara təqdim edildi.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM