“Rəqəmsal erada maliyyə xidmətlərinin müştərilər tərəfindən sürətlə əldə edilməsi çox önəmlidir, amma bunun həyata keçirilməsində müəyyən problemlər var”.
Bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə “Öz müştərini tanı siyasətində rəqəmsallaşma” mövzusunda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya Texnologiyaları Departamentinin layihə meneceri Sahib Həsənov bildirib.
S. Həsənov deyib ki, bu problemlər sırasına məhdud büdcə, bahalı KYC (müştəriləri yoxlama proseduru) sistemi və digərləri daxildir: “Bu problemin həll olunması üçün təklif olunan həll paylanılmış KYC platformanın yaradılmasıdır. Hazırda hər maliyyə qurumu öz qaydalarına əsasən KYC prosedurunu yerinə yetirir. Artıq müəyyən maliyyə qurumları öz daxillərində müəyyən standartlar, yəni mərkəzləşdirmə tətbiq edirlər. Amma yenə də bu, onlayn maliyyə xidmətlərinin təqdim olunmasını ləngidir”.
AMB-nin layihə meneceri qeyd edib ki, paylanmış KYC platformanın əsas funksiyaları müştərilər haqqında məlumatların toplanılması, müştərilərin qara siyahısının inteqrasiyası və həmin platforma üzərindən müştərilərin yoxlanılmasıdır: “Həmin platformanın tətbiqi nəticəsində KYC prosedurunun standartlaşdırılması və keyfiyyətin artırılması nəzərdə tutulur. İkinci, KYC platformanın tətbiqi bankların xərclərini azaldacaq. Təkrar KYC prosedurları aparılmayacaq. Üçüncü, KYC platforma müştərilər üçün daha effektivdir. Çünki maliyyə xidmətlərini daha tez, daha sürətli əldə edə biləcəklər”.
S. Həsənov nəzərə çatdırıb ki, Azərbaycanda KYC platformasını tətbiq etmək üçün əsasən 3 sahədə müəyyən işlər görülməlidir: “Birincisi, hüquqi-normativ baza hazırlanmalıdır. Qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir ki, KYC platforma maliyyə qurumları tərəfindən istifadə edilə bilsin. İkincisi, KYC platformanın idarə olunması hansı təşkilat, struktur tərəfindən həyata keçiriləcəyi də müəyyənləşməlidir. Digər tərəfdən, KYC platforma çərçivəsində aparılacaq proses və məlumatların müəyyənləşdirilməlidir. KYC proseduru necə aparılacaq, KYC platformasında hansı məlumatlar təqdim olunacaq, bunlar müəyyənləşdirilməlidir. Üçüncüsü, KYC platforması ilə bağlı texnoloji hazırlıqdır. Burada KYC platformanın hazırlanmasından, maliyyə qurumları ilə inteqrasiya və digər inteqrasiya proseslərindən söhbət gedir”.
Mərkəzi Bankın layihə meneceri Sinqapurda müştərilərin özləri barədə məlumatları yerləşdirdiyi portalın olduğunu və maliyyə qurumlarının bu məlumatlardan istifadə etdiyini nəzərə çatdırıb: “Latviyada 2018-ci ildə belə bir platformanın yaradılması nəzərlə tutulub və artıq bu sahədə müəyyən işlər aparılıb. Sual yarana bilər ki, niyə Mərkəzi Bank KYC platforma barədə danışır. 2018-ci ildən Mərkəzi Bank rəqəmsal identifikasiya sistemi layihəsini həyata keçirir və gələn ilin əvvəlində artıq bu sistem istifadəyə veriləcək. Bu sistemin ilk tətbiqi, pilot layihəsi bank xidmətlərinin onlayn formada təqdim olunmasıdır. Yəni müştərilər üçün hesabların açılması, kartların təqdim olunmasının onlayn həyata keçirilməsidir. AMB bu layihə çərçivəsində gördü ki, müştəri banka müraciət edərkən bank öz tərəfindən KYC proselurunu aparır və bu, kifayət qədər çox vaxt aparır. Ona görə də maliyyə xidmətinin onlayn təqdim edilməsi prosesi uzanır. Tutaq ki, müştəri hesab açmaq istəyir. Bu hesabı yarım saat ərzində açmaq mümkün olarsa, hesabın açılması bir neçə saat çəkə bilər. Ona görə də Mərkəzi Bank digər nəzarət qurumları və beynəlxalq şirkətlərlə danışıqlara başlamışıq və növbəti ildən həmin layihəyə start vermək istəyirik. Bura layihəyə bütün maliyyə nəzarət qurumları və beynəlxalq təşkilatlar cəlb olunacaq. 2021-ci ildə artıq yaradılmış sistemin inkişafı nəzərdə tutulur”.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM