Onu namuslu olmağa kim məcbur edir?

09:10 / 10.09.2014

 
Günlərin bir günü xəbər saytlarının başlığını bəzəyən açıqlama məni qəflət yuxusundan oyatdı. O zamana qədər mən elə bilirdim ki, valideynlərim məni, dedikləri kimi, mağazadan alıblar. Qəflətdən ayılmağıma səbəbkar isə Pişik Günel (müğənni Günel Məhərrəmova - red.) adı ilə tanınan xanım oldu. Xanımın nə iş gördüyünü, hansı sahənin adamı olduğunu bilməsəm də, saytlarda “şou-biznes” bölümündə tez-tez görünməsindən, gelli-silikonlu əndamından belə anladım ki, bacımız çalıb-oxuyanlar qəbiləsindəndir. Mən binəva, bisavad xanımın sayəsində öyrəndim ki, uşaqların atası olur. Xanım məhz belə demişdi: “Uşağımın atası var!”
 
Sarsıldım. Şoulaşdırmadan mətləbə keçirəm. Xanımın məqsədi, təbii ki, oxucuları uşağın necə dünyaya gəlməsi prosesi haqda məlumatlandırmaq deyil. O demək istəyir ki, uşağının atası var, hər şey kitablı-kağızlıdır. Aşağısı, naməlum ata ilə birgə məscidə gedib, başıdaşlı bir molla tapıb. Əlli manat xərc çəkib, kəbin kağızı alıb.
 
Bütün bunları danışmaq, xırdalamaq, mollalıq eləmək mənim işim deyil. Ancaq bu o vaxt şəxsi məsələ olardı ki, Pişik xanım ölkəyə “yaxşı qız” olduğunu sübut etmək üçün redaksiyalara zəng etməzdi.
 
Pişik Güneli namuslu olmağa kim məcbur edir?
 
İndi adını “korifey sənətkar” qoyduğumuz müğənnilərimiz vaxtı ilə yaxşı yeyib-içən, “prokuror-raykom” fırladan qızlardan olublar. Onların çoxu dünyasını dəyişib. Qara torpaq hər şeyin üzünə ağ vərəq kimi çevrilib. Sovet mədəniyyəti sənət adamından, yaradıcıdan “dinc dayanmağı” da gözləməyib. Elə onlar da əxlaq polisi qiyafəsinə bürünmək ehtiyacı görməyiblər. İndi nə dəyişib? Pişik xanımı namuslu “takılmağa” kim məcbur edir?
 
Əlbəttə ki, biz. Biz müğənnini ailə məsələləri üzrə ekspert qismində efirə çıxarıb el ağbirçəyi rolunu oynamağa vadar edirik. Məhz biz onu inandırmışıq ki, qeyri-rəsmi nikahdan doğduğu uşağın atasının məlum olması bizə maraqlıdır, həyati əhəmiyyətli məsələdir.
 
Cəmiyyət, media Pişik xanımları, əjdaha bəyləri qeyrət-namus, nümunə etalonuna çevirib. Biz onları bu saxtakarlıq üçün zorlayırıq. Onları cəmiyyətə, gənclərə nümunə kimi sırıyan bizik. Əxlaq, namus, mentalitet, dəyərlər sistemini termometr kimi əlində silkələyib istədiyi rəqəmi görmək istəyən də bizik. Cəmiyyət olaraq namus yox, saxtakarlıq tələb edirik.
 
Bu saxtakarlığı özümüz daxil olmaqla hamıdan tələb edirik. Təsəvvür edin, indiyədək yüzə yaxın seks biznes işçisi (bildiyiniz fahişə) və insan alveri qurbanının həyat hekayəsini toplamışam. İçində bircə nəfəri belə deyə bilmir ki, niyə bir dəfə qaçıb canını qurtardıqdan sonra yenidən öz xoşu ilə eyni işi görməyə başlayır. Və ya fahişə xidmətindən yararlanan çoxu təsdiqləyə bilər ki, “xidmət prosesində” xanım vəzifə borcunu yerinə yetirməkdən çox, özünə haqq qazandırmaqla məşğul olur.
 
Onların hamısının standart hekayəsi var: “Məcbur edilmişəm. Ərim ölüb. Uşaq saxlayıram”. Acındırmaq, namuslu görünmək, haqq qazandırmaq. Bəlkə də bunu heç tələb edən də yoxdur. Ancaq çoxluq, ab-hava onu məcbur edir. Ona inanmasalar da, namuslu görünmək borcundan çıxmağa çalışır. Oxucu yazarın nə yazdığından çox, alkoqolik olub-olmamağı ilə maraqlanır. Tamaşaçı aktrisanın ərindən əvvəl bakirəliyini kimə verdiyini özünə dərd edir.
 
İllər uzunu ekrandan tanıdığınız, ana-bacı kimi baxdığınız, evlənmək ərəfəsində potensial elçi qismində gördüyünüz, el ağbirçəyi, xanım sənətçi ilə bu yaxınlarda eyni masanı paylaşmalı oldum. El ağbirçəyiniz yanında əyləşdirdiyi yaraşıqlı gənci hamıya qardaşı oğlu kimi təqdim etdi. Məclisin ortalarında, oturanların başı nimçəsinə qarışdığı vaxt ağbirçəyiniz “Xan”ı ehmallıca açıb su stəkanına əydi. Yemək arasında isə başına çəkdi. Məclisin axırlarında qardaş oğlu ilə sarmaş-dolaş, dodaq-dodağa məclisi tərk etdi.
 
Keçirdiyim sorğularda, aldığım müsahibələrdə, dostlarla ünsiyyətdə dəfələrlə “Namus nədir?” sualını vermişəm. Namus kosinus teoremi deyil ki, bir-iki başbilən çağırıb isbat etdirək. Saxtakar tabularla dolu cəmiyyəti biz yaratmışıq. İndi də işin içindən çıxa bilmirik. Arada and-aman edib özümüzü inandırırıq ki, “namus” kəlməsi də ancaq bizim dilimizdə var. Fağır “namus” bizim deyil axı. Mənasını, tərifini bilmədiyimiz kəlmə oyunları ilə ömrümüz gedir, dost.
 
P.S. Namuslu olmaq imic deyil.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM