Facebook-da Qarabağla bağlı sensassion aplikasiya hazırlandı

09:50 / 10.09.2014

 

Strategiya.az-a verilən məlumata görə, Gənclər Fondunun dəstəyilə hazırlanmış aplikasiyada Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər modern metodlarla dünyaya çatdırılır

            Sentyabrın 9-da Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqq səsini dünyaya çatdırmaqda yeni bir addım olan "Dönüş Yolu (The Way Back)" layihəsinin bağlanış mərasimi keçirilib. Layihə Facebook sosial şəbəkəsində Qarabağ həqiqətlərini innovativ üsullarla potensial yüz milyonlarla şəbəkə istifadəçisinə çatdırmağı qarşıya məqsəd qoyub. Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə layihə çərçivəsində yaradılması nəzərdə tutulan eyniadlı aplikasiyanın təqdimatı baş tutub, gənclərə aplikasiya barədə kiçik video-çarx nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov gəncləri salamlayıb və dövlətimizin gənclərin ideyalarına dəstək verməsindən söz açıb. Daha sonra layihə rəhbəri Həbib Heydər layihənin ideya və məqsədlərindən bəhs edib, hazırlanmış tətbiq barədə iştirakçılara və mətbuat nümayəndələrinə geniş məlumat verdi, iştirakçıların sualları cavablandırıldı. Layihə direktoru informasiya müharibəsi şəraitində bu aplikasiyanın hazırlanmasını gənclərimizin kiçik bir qrupu sayəsində və xeyli qənaətcil bir büdcə ilə milyardlıq şəbəkə üçün təbliğat bileti əldə etmək kimi xarakterizə edib.

            Layihə rəhbəri çıxışı zamanı bildirib: "Proyektdə əsas məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin milyardlıq online məkanda – Facebook sosial şəbəkəsində gənclərimizin komanda işi ilə dünyaya çatdırılmasıdır. Digər məqsəd isə işğalçı Ermənistanla olan informasiya müharibəsində əcnəbi gənclərin maraq dairəsinə uyğun formada və modern metodlarla innovativ üstünlüyə nail olmaqdır. Layihənin ideyasına görə, dövlətimizin informasiya təhlükəsizliyində gənclərin fəaliyyət və təcrübəsini artırmağa şərait yaratmaqla yanaşı, gənclərin İKT (İnformasiya-Kommunikasiya Texnologiyaları) və İMT (İnformasiya Müharibəsi Texnologiyaları) innovasiyalarından yararlanmalarını və bənzər ideyaların rövnəqlənməsini təbliğ etmək başlıca prinsipdir".

            Layihənin ideya müəllifi fikirlərini davam etdirərək bildirib ki, "Proyekt  çərçivəsində  dünya əhalisinin  20%-ə  yaxın  nəhəng  hissəsini  birləşdirən  ən  aktiv  sosial  şəbəkə  Facebook  üzərindən  Qarabağın işğal  gerçəkliklərinin  dünya  ictimaiyyətinə  çatdırılmasında  əsaslı  rol  oynayacaq “Dönüş Yolu (The way back)” aplikasiyası 3 ay ərzində 25-ə qədər gəncin iştirakı ilə yaradılıb. Aplikasiya sosial şəbəkələrdə gənclərin maraqlarına uyğun formada -  dil öyrənmə, tərcümə proqramı kimi layihələndirilib". Həbib Heydər onu da əlavə edib ki, fərqli millətlərdən, fərqli insanların və əsasən gənclərin bu cür proqramlardan istifadə etməsi sayəsində biz onlara həm istədiklərini verir, həm Qarabağ problemi ilə bağlı ən vacib məsələləri lakonik və yaddaqalan tezislər şəklində onlara çatdırmış oluruq. O, aplikasiyanın imkanları barədə məlumat verərək qeyd edib ki, aplikasiya uzunmüddətli formada təsis edilib. Buraya istənilən sayda dillər əlavə etmək olar. Eyni zamanda hər bir istifadəçi buraya hər bir dil üçün yeni sözlər və həmin sözlərin cümlədə işlənmə yerini göstərməklə bağlı nümunələr əlavə etmək imkanına sahibdir. Aplikasiyanın istifadəsi çox rahat və sadədir.

            20 ildən artıqdır ki, ədalətli həllini tapmayan Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı ən vacib faktların  virtual  aləmdə yüz minlərlə internet istifadəçisinin nəzərinə  çatdırılmasında bu metod tamamilə bir ilk olması faktının üzərində dayanılıb. Hətta işğalçı ölkənin Qarabağla bağlı bu cür anti-təbliğat aləti və ideyasının indiyədək mövcud olmaması xüsusi vurğulanıb.

            Xatırladaq ki, “Dönüş yolu (The Way Back)” layihəsi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin Gənclər və Layihələr üzrə sədr müavini, Şərqin  ilk  Milli  Debat  Formatı “Qladiator Debatları”nın konstruktoru Həbib Heydərin fərdi layihəsidir. Proyekt Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olub. "Dönüş Yolu" 20 iyun – 20  sentyabr  2014-cü il tarixlərini əhatə edir.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM