“Xarakterimdə məqsəddən geri çəkilməmək xüsusiyyəti var” - Fotolar

15:24 / 14.11.2019

Powerliftinqin wpc versiyası üzrə mütləq çempion Zaur Cəfərov: "Öz ölkəni dünyada tanıtmaqdan gözəl stimul ola bilməz”
 
Finlandiyanın Laxti şəhərində öz çəki dərəcəsində Powerliftinqin wpc versiyası üzrə Dünya çempionatının mütləq çempionu adını qazananda onu daha çox sevindirən yarışın məhz Dövlət Bayrağı Gününə təsadüf etməsi idi. Həmin gün Laxtidə Azərbaycan bayrağının yüksəyə qalxması və himnimizin səslənməsi Zaur Cəfərovun qəlbini dağa döndərdi. Bəlkə bu uğurun sevinci indiyə qədər əldə etdiyi bütün titullardan, mükafatlardan ötə idi. Mütləq çempion "Kaspi”nin redaksiyasına da elə həmin sevinci bölüşməyə gəldi.
 
Ən gözəl stimul
 
- Siz bu yaxınlarda Finlandiyada keçirilən yarışlardan Mütləq çempion kimi qayıtmısınız. Sizi təbrik edirik. Yarışın ayrıca özəlliyi – Dövlət Bayraq Gününə təsadüf etməsi olub. 
- Finlandiyada keçirilən yarışlara 25 ölkəni təmsil edən 600-dən çox idmançı qatılmışdı. Rəqiblərim arasında erməni idmançı da var idi. 6 nəfərlik heyətlə yarışlarda iştirak edirdik. Mən 110 kq çəki kateqoriyasında Azərbaycanı təmsil edirdim. 290 kq ağırlıq qaldırmaqla öz çəkimdə birinciliyi qazandım. 600-dən çox idmançı arasında "Mütləq çempion” adını qazanmaq heç kəsə asan gəlməsin. Mən yarışlarda həmçinin erməni idmançıya da qalib gəldim. Erməni idmançını da bayrağımızın arxasında dayanıb şəkil çəkdirməyə məcbur etdim. Mənim üçün ən yaddaqalan məqam yarışın 9 noyabr – Dövlət Bayraq Gününə təsadüf etməsi oldu. Həmin gün bayrağımızı yüksəklərə qaldırmaq ikiqat qələbə idi. Həm Bayraq Gününü, həm də birinciliyimi qeyd etdim. Bu qələbəmdən çox böyük qürur duyuram. Çünki "Mütləq çempion”luq qazanmaq hər idmançıya nəsib olmur. 
 

 

- İdman bioqrafiyanıza nəzər salanda uğurlarınızın çox olduğu görünür. Uğurlarınızın sirrini necə izah edərdiniz?
- Hesab edirəm ki, hər bir sahədə uğur qazanmaq üçün istedadla bərabər, əziyyət də çəkməlisən. Həmçinin, qazanılan uğurda əziyyət 99 faiz təşkil edir. Belə məqamda həmişə insanın ən yaxınında olan, onu ruhlandıran, başa düşən ailəsi, həyat yoldaşıdır. Həyatda nəyəsə nail olmaq üçün bir insanın sənə dəstək olması kifayət edər. Mən də uğurlarıma görə ailəmə borcluyam. Fiziki göstərici baxımından isə insana dözümü, iradəsi, psixoloji durumu və səbri kömək edir. İstədiyin məqsədə çatmaq üçün 3-4 il az müddətdir. Bəlkə daha çox il lazımdır. Əgər məqsədin varsa, sonuna qədər getməlisən. Yıxılsan da durmağı bacarmalı, irəliləməlisən. Xarakterimdə məqsəddən geri çəkilməmək xüsusiyyəti var. Nə edirəmsə, onu sonadək etməyi xoşlayıram. Bu, mənim üçün prinsipdir.
 
 


- Elə isə gəlin idman karyeranızı vərəqləyək... 
-1997-ci ildə həvəskar kimi idmanla məşğul olmağa başlamışam. Get-gedə bu istəyim gücləndi. Bu istək məndə özümü Azərbaycan çempionatında sınamaq həvəsi oyatdı. İdmançıların yarışlarına baxa-baxa «Mən özüm də hansısa bir nəticəni əldə edə bilərəm» - deyə düşündüm. İlk dəfə 2010-cu ildə respublika yarışına qatıldım. Bu yarışla Powerliftinq Federasiyasının baş məşqçisi Şəmsi Bayramovun diqqətini cəlb etdim. Respublika miqyasında göstərdiyim nəticə artıq mənim dünya miqyasına çıxmağım üçün vəsilə oldu. 2011-ci ildə yığmanın heyəti təsdiqləndi və mən ABŞ-ın Pensilvaniya şəhərində keçirilən yarışlara qatıldım. Həmin yarışlarda birinci yer qazandım. Sonrakı illər ərzində də yarışlarım mütəmadi davam etdi. 2012-ci ildə respublika çempionatına qatıldım. 2014-cü ildə Azərbaycanda keçirilən Avropa Çempionatının da qalibi oldum. Səkkiz ildir ki, fasilə vermədən Azərbaycanı dünya miqyaslı yarışlarda təmsil edirəm. Beşqat dünya və Avropa çempionu, 12 qat respublika çempionu, 3 dəfə Heydər Əliyev adına beynəlxalq turnirin qalibi olmuşam. İdman ustası və bodibildinq üzrə təlimatçı-məşqçi dərəcəsi almışam. İnşallah, gələn ilin iyun ayında İngiltərənin Mançestr şəhərində Avropa Çempionatında, noyabr ayında isə ABŞ-da keçiriləcək Dünya Çempionatında iştirak edəcəyəm. 
 

- Ümumiyyətlə, sizə yarışlarda stimul verən nədir?
- Mənə stimul verən ilk növbədə Azərbaycan və bayrağımızdır. Bu ölkənin adı olmasa, biz özümüzü necə təqdim edərik? Biz həmişə bu torpağa borcluyuq. İçərimizdəki sevgi ilə təmənnasız bu ölkəyə xidmət etməliyik. İstənilən yarışda bayrağımızı dalğalandırmaq, onu yüksəklərə qaldırmaq sevincini heç nə əvəz edə bilməz. Yarışlarda qalib gələndə demirlər ki, filankəs uddu. Adımızın qabağında Azərbaycan. Yüksəyə də qalxan Azərbaycanın bayrağı olur. Bu baxımdan öz ölkəni dünyada tanıtmaqdan gözəl stimul ola bilməz. 


- Hər bir idman növü üçün müəyyən yaş limiti mövcuddur. Powerliftinq idmanı üçün yaş limiti necə, varmı? 

- Finlandiyada keçirilən yarışlarda 60-65 yaşlı idmançılar da iştirak edirdi. Bəzi insanlar idmana hobbi, bəziləri öz prinsipiallığını qoruyub saxlamaq üçün qatılırlar. Tibbi baxımdan, insan fiziologiyasında 55 yaşa qədər gücün artımı ehtimalı var. 
 
 


- Heç olubmu, hansısa yarışda haqqınız tapdalansın, layiq olduğunuz qələbəni başqasına versinlər?
- Haqsızlıq olub... Moskvada keçirilən yarışda belə bir haqsızlıqla üzləşdim. İdmanda belə bir qayda var: bəzən kimisə susdurmaq, qalib olmaqdan vacibdir. Bizdə əsas göstərici nəticədir. 
 
- Bildiyim qədər elmi dərəcəniz də var. İdman karyeranızı başa vurandan sonra yenə bu sahədə çalışacaqsınız, yoxsa elm yoluna üz tutacaqsınız?
- Mən İqtisadi Universitetinin magistratura və aspirantura pillələrini bitirmişəm. İdmana sevgimizin kökündə deyərdim ki, genlər dayanır. Atam alim olsa da, vaxtilə güləşlə məşğul olub. İki oğlum da idmanla məşğul olur. Əslində atam mənim elm sahəsində olmağımı daha çox istəyirdi. Ancaq mən özümü idmanda tapdım. Hesab edirdim ki, bu sahədə ölkəmizə daha çox xidmət etmiş olaram. Əgər xarici ölkələrdə ən azı 10 dəfə Azərbaycan himnini səsləndirməyə, bayrağımızı dalğalandırmağa nail olmuşamsa, demək məqsədimə çatmışam. Bundan xoşbəxt hiss yoxdur. Karyeramı bitirəndən sonra bu sahədə qalıb-qalmayacağıma gəlincə, mən idmana bağlı insanam. Artıq 97-ci ildən idmandayam. 22 ilə yaxın ştanqla dostluq edən bir idmançının ona xəyanət etməsi ağlıma gəlmir. İstəyirəm ki, Azərbaycanın uğurları gözəl idmançı nəsli ilə davam etsin, bu illər ərzində çəkdiyimiz əziyyətlər boşuna getməsin. Mən bildiklərimi gələcək nəslə ötürmək istəyirəm. Qoy onlar bunu daha yaxşı öyrənsinlər, Azərbaycanın bayrağını da daim yüksəklərdə dalğalandırsınlar. İstəyirəm ölkəmizdə potensialı olan idmançılar tanınsın. Powerliftinqin, fitnesin məktəbi olsun. Biz böyüyən nəslə bildiyimiz yaxşı məsləhətləri verək, təcrübəmizi öyrədək. 
 
 


- Yeni nəsil necə, bu idman növünə həvəs göstərirmi?
- Demək olar ki, hər il bizim rekordlar təzələnir. İdmançının proqresi də onun gücünün artması ilə ölçülür. Əgər bir idman növündə hər il nəticələr dəyişirsə, mən bunu yaxşı qiymətləndirirəm. Bu o deməkdir ki, estafet davam edir.


- Ölkə başçısı idmanın inkişafına böyük diqqət və qayğı göstərir. O qayğını yəqin ki, siz də öz üzərinizdə hiss edirsiniz. 
- Təbii ki, biz ölkə başçısının diqqət və qayğısını hiss edərək yarışlara qatılırıq. Ö, özü də idmanı çox sevir və idmanla məşğul olur. Bizim uğurlarımızın təməlində də prezidentimizin diqqət və qayğısı durur. Ən böyük arzum  Prezident İlham Əliyevlə görüşməkdir. Mənim üçün bundan gözəl uğur ola bilməz. 
 
Söhbətləşdi
Təranə Məhərrəmova


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM