Almaniya Azərbaycanlıları Alyansı bir qrup azərbaycanlının deportasiya edilməsi ilə bağlı bəyanat yayıb.
Alyans bu bəyanatla Almaniya Federativ Respublikasında (AFR) yaşayan soydaşlarımıza müraciət edib:
"Almaniya Azərbaycanlıları Alyansı (AAD) Azərbaycan Respublikasının həm hökumət, həm də qeyri-hökumət qurumları ilə əməkdaşlıq çərçivəsində, eləcə də Almaniyanın müvafiq institutları ilə əlaqəli formada fəaliyyət göstərən Almaniyada rəsmi qeydiyyatdan kecmiş müstəqil qeyri-hökumət təşkilatıdır. AAD təsis edildiyi gündən AFR-də mövcud olan 30-dan çox diaspor təşkilatlarımızın fəaliyyətini koordinasiya etməklə, siyasi, dini və milli mənsubiyyətindən asılı olmayaraq burada məskunlaşmış bütün azərbaycanlılara dəstək olmağa, onların problemlərini öyrənməyə və bu problemlərin həllində köməklik göstərməyə çalışır. Bu çərçivədə istər siyasi, istərsə də digər əsaslarla Almaniyaya mühacirət etmiş həmvətənlərimizə çətin anlarında tərəfimizdən maddi və mənəvi dəstək göstərilmiş, onların qayğıdan kənar qalmamaları üçün əlimizdən gələni əsirgəməmişik. Fəaliyyətimizdə hər zaman Azərbaycançılıq ideyalarını rəhbər tutmağa, vətənimiz Azərbaycanın nüfuzunu Almaniyada və Avropanın digər ölkələrində yüksəklərə qaldırmağa çalışmış, həmçinin hər bir azərbaycanlının bu yöndə birlikdə səy göstərmələrinin önəmli olduğunu təbliğ etmişik".
Bəyanatda qeyd edilir ki, bəzi vətəndaşlarımız müxtəlif işbazlar tərəfindən aldadılır: "Müşahidələrimizə əsasən, son zamanlar müxtəlif yollarla Almaniyaya gələn və ya müxtəlif işbazlar (mühacir alverçiləri) tərəfindən aldadılaraq buraya gətirilən bəzi soydaşlarımız Almaniyada oturum hüququ əldə etmək və deportasiyadan yayınmaq üçün həmin dələduzlar tərəfindən yüksək dozalı dərman preparatları qəbul etməyə, özlərinə kəsici alətlərlə xəsarət yetirməyə və ya digər bu kimi qeyri-insani addımlar atmağa sövq edilirlər. Bütün bunlar aydındır ki, həmin dələduzların mühacirlərdən müxtəlif yollarla oturum üçün aldıqları vəsaitləri geri ödəməmək və qeyri-müəyyən müddətə vaxt qazanmaları üçün edilir. Hər kəs bilməlidir ki, Almaniyada qalmaq üçün bu kimi Azərbaycan vətəndaşına yaraşmayan qeyri-insani addımların AFR-də oturum hüququnun əldə edilməsi prosesinə heç bir faydası yoxdur və bu hallar yolverilməzdir. Almaniya qanunveriçiliyinə əsasən, bu kimi hallar presedent ola bilməz. Özlərinə xəsarət yetirən həmvətənlərin müvafiq tibbi müayinədən sonra dərhal deport edildikləri müşahidə olunur. Ümid edirik ki, Almaniya və Azərbaycan hüquq-mühafizə orqanları həmvətənlərimizi bu hərəkətlərə sövq edən cinayətkarların layiqli cəza almalarını təmin edəcək.
Bunlarla yanaşı, həmin mühacir alverçiləri tərəfindən Almaniyaya qeyri-leqal yollarla gətirilən azərbaycanlıların oturum almaq üçün qeyri-peşəkar siyasi fəaliyyətə də cəlb edildikləri müşahidə edilməkdədir. Bu şəxslər aldadaraq gətirdikləri həmvətənlərimizi özlərinin Almaniyada təsis etdikləri siyasi təşkilatlara üzv etməklə, onları heç bir hüquqi statusu olmayan üzvlük vəsiqələri, saxta sənədlər və "dəstək" məktubları ilə təmin edir, vətəndaşlarımıza bu sənədlərlə Almaniyada oturum ala biləcəklərinə dair yalan informasiya verirlər. Eyni zamanda, həmin şəxslər həmvətənlərimizi özlərinin Azərbaycan dövlətinə qarşı təşkil etdikləri etiraz aksiyalarında iştirak etməyə səsləyir, həmin aksiyalarda çəkilən fotoşəkillərin guya oturum alınması prosesinə töhfə verdiyini bildirirlər.
Nəzərinizə çatdırırıq ki, Almaniya tərəfinin artıq bu kimi aksiyalarda, xüsusən Azərbaycan səfirliklərinin qarşısında təşkil edilən siyasi motivli aksiyalarda iştirak edən soydaşlarımızın oturum işlərinə mənfi cavab verdiyi müşahidə edilir. Almaniyanın Miqrantlar və Qaçqınlar üzrə Federal Agentliyinin (BAMF) mühacirlərimizin işləri ilə bağlı verdiyi qərarlarda qeyd olunan məqamlar söylədiklərimizin əyani sübutudur. Sosial şəbəkələrdə də bu məqamlarla bağlı xeyli informasiyaya rast gələ bilərsiniz.
Əziz azərbaycanlılar!
Bu məlumatları Sizlərin diqqətinə çatdırmağı özümüzə borc bilirik və Sizlərdən özünüzü bu kimi dələduzlardan uzaq durmağa, onların qanunsuz "biznes"lərinin qurbanlarına çevrilməməyə səsləyirik. Dünən Almaniyada həbs olunan azərbaycanlı mühacir alverçilərinin taleyi də söylədiklərimizə bariz nümunədir və bu hər bir mühacir soydaşımız üçün dərs olmalıdır.
Almaniyada və Avropada oturum almağın yeganə yolu yerli cəmiyyətlərə inteqrasiya olunmaqdan keçir. Yaxın gələcəkdə Almaniya Azərbaycanlıları Alyansı olaraq tərəfimizdən təmənnasız qaydada vətəndaşlarımız üçün maarifləndirici tədbirlər təşkil ediləcək".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM