Mehriban Əliyeva haqqında yeni kitab
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitab nəşr olunub.
Fondun icraçı direktoru Anar Ələkbərovun müəllifi olduğu kitabda Mehriban Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti diqqətə çatdırılmaqla yanaşı, Mehriban Əliyevaya məxsus keyfiyyətlər ayrı-ayrı hadisələrin fonunda təqdim edilir.
"Mehriban" adlı kitabda ölkənin birinci xanımının Vətənə və xalqa sevgisi, müxtəlif məsələlərə yanaşması, Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq həyata keçirdiyi işlər, onun hər bir məsələdə insanların maraqlarını rəhbər tutması əksini tapıb.
Kitabdan bəzi hissələri oxuculara təqdim edirik:
O, yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, dogma Mehribanıdır
"Mehriban xanım haqqında yazmaq və fikir söyləmək böyük məsuliyyət tələb edir. Bu gün ölkənin ictimai həyatında adı bütün sahələrə nüfuz etmiş birinci xanım barəsində müxtəlif kitablar yazılıb, ölkə daxilində və xaricində onun fəaliyyətini təfərrüatı ilə əks etdirən materiallar nəşr olunub. Əsasən rəsmi məlumatların yer aldığı bu nəşrlər onun xarakteri, daxili aləmi barədə dolğun təəssürat yaratmır. Bu səbəbdən peşəkar fəaliyyətimin böyük hissəsinin onun adı ilə sıx bağlı olduğunu nəzərə alaraq, bu gün ölkəmizdə xeyirxahlıq rəmzinə çevrilən Mehriban xanım haqqında yazmaq və onun ictimai şüurda formalaşmış bitkin portretinə yeni cizgilər əlavə edərək daxili aləmini təqdim etmək istədim. Bu illər ərzində mən onun insanlara qayğıkeş münasibətini, vətəndaşların müraciətlərinə, ehtiyaclarına necə diqqətlə yanaşmasını, valideyn qayğısından məhrum olmuş uşaqlara himayədarlıq etdiyini, bir sözlə, böyük ürək sahibi olduğunu gördüm. O, öz əməlləri ilə sevilir, insanların hörmətini və etimadını qazanır. Məhz bu sevginin sayəsində o, yalnız ölkənin birinci xanımı Mehriban Əliyeva deyil, hamının əzizi, doğma Mehribanıdır".
Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox gözəldir
"Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir. Bu gün əminliklə söyləyə bilərik ki, Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər.
Ölkə Prezidentini müxtəlif səfərlərdə müşayiət edən birinci xanımın davranışı və görünüşü xarici kütləvi informasiya vasitələri üçün ayrıca müzakirə mövzusu olur. Mehriban xanımın xarici ölkələrdə yaşından asılı olmayaraq hər kəs tərəfindən, hətta uşaqlar tərəfindən tanınmasının dəfələrlə şahidi olmuşam. 2007-ci ilin sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya işgüzar səfəri çərçivəsində Heydər Əliyev Fondunun bu ölkədəki nümayəndəliyinin açılış mərasimi idi. Tədbirdə hər iki ölkə prezidentlərinin və onların xanımlarının iştirakı nəzərdə tutulmuşdu. Hər ehtimala qarşı birinci xanımlara gül dəstələri təqdim edəcək gənc rumın qızlarına yaxınlaşaraq protokolda nəzərdə tutulduğu kimi onlardan hansının Azərbaycanın, hansının isə Rumıniyanın birinci xanımına gül dəstəsini verməsini izah etdim və qonaq qismində olan Mehriban xanımı tanıyıb-tanımamaları barədə soruşdum. Hər ikisinin gülümsəyərək, səmimiyyətlə bir ağızdan "Biz öz ölkəmizin birinci xanımını üzdən tanımırıq. Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bütün dünyada tanınır, o, həm də çox gözəldir" söyləməsi xoş və unudulmaz təəssürat bağışladı".
Mehriban Əliyeva ən xırda təfərrüatları belə təhlil etmədən qərar vermir
"O, iti müşahidəçilik qabiliyyətinə malikdir. Görüşlər, təbdirlər zamanı heç nə diqqətindən kənarda qalmır, illər öncə müşahidə etdiyi hansısa bir hadisəni bütün təfərrüatı ilə xatırlaya bilir. Hər şeyə praqmatik yanaşır, dərindən təhlil edir və düzgün qərar verməyi bacarır. Ən xırda təfərrüatları belə təhlil etmədən qərar vermir".
O, heç kimi ümidsiz qoymur
"Mehriban Əliyeva sadəliyi və səmimiliyi ilə insanların sevgisini qazanıb. Ölkə başçısı ilə regionlara səfər edərkən onlarla görüşə toplaşan insanlarla çox mehriban davranmağı, müraciət edən hər kəsə diqqət göstərməsi, bəzən hətta kənarda dayanmış yaşlı bir insana yaxınlaşaraq hal-əhval tutması bunun əyani sübutudur.
2005-ci ilin aprel ayında Şamaxıya səfər çərçivəsində Şamaxı şəhər internat orta məktəbi ilə tanışlıq zamanı məcburi köçkün ailələri Mehriban xanıma yaxınlaşaraq ondan məskunlaşdıqları yataqxanaya baş çəkməsini xahiş etdilər. Təbii ki, səfər proqramına daxil olmayan bu gözlənilməz təklif təhlükəsizlik baxımından mühafizə xidməti tərəfindən birmənalı olaraq müsbət qarşılanmadı və məndən təkidlə xahiş olundu ki, Mehriban xanıma bu təklifi qəbul etməməyi çatdırım. Onun xasiyyətinə yaxşı bələd olan bir insan kimi, Mehriban xanımın ona üz tutmuş insanlara biganə yanaşmayacağına, əksinə ondan kömək uman hər bir kəsin olduğu kimi, bu insanların da problemlərini dinləyəcəyinə və həllinə çalışacağına əmin olduğumu bildirdim. Əlacsız qalan mühafizə xidməti protokol qaydalarını pozaraq Mehriban xanıma yaxınlaşıb israrla yalnız protokolda nəzərdə tutulmuş obyektləri ziyarət etməyi məsləhət gördü. O, gülümsəyərək məcburi köçkünlərin əhatəsində, onlarla söhbət edə-edə yataqxanaya doğru getdi. Mehriban xanımın buraya gəlişi onu səbirsizliklə gözləyən insanların, uşaqdan tutmuş ağsaqqallara kimi hər bir kəsin hədsiz sevincinə səbəb oldu. O, hamını təmkinlə dinləyir, mövcud problemlərin araşdırılaraq imkan daxilində aradan qaldırılacağını söyləyirdi. Və cəmi bir neçə ay sonra- 2006-cı ildə Mehriban xanımın Şamaxıda keçirdiyi növbəti görüş məcburi köçkünlərə sonsuz sevinc bəxş etdi - burada vaxtilə internat məktəbinin yataqxanası olmuş köhnə bina əsaslı şəkildə yenidən qurularaq və zəruri avadanlıqla təchiz edilərək çətin şəraitdə yaşayan gənc məcburi köçkün ailələrinin istifadəsinə verildi".
Şəfqət onun xarakterinin nəzərə çarpan xüsusiyyətidir
"Mehriban xanımın uşaq evlərindəki körpələrlə görüşlərdən sonra qəlbində kədərli hislərin baş qaldırdığının dəfələrlə şahidi olmuşam. Uşaq evləri və internat məktəblərini ziyarət edərkən hər bir xırdalıqlara fikir verir, mütləq mətbəxə baş çəkir, uşaqların qidalanması ilə maraqlanır, bütün şəraiti nəzərdən keçirir. Bu gün valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar onun sayəsində qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə mühiti yaradılıb".
Azərbaycanda qadın hərəkatında yeni bir mərhələ
"Mehriban xanım öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Mehriban xanımın milli maraqlara söykənən çoxşaxəli fəaliyyəti müasir Azərbaycan qadınının cəmiyyətdəki mövqeyi və rolu barədə aydın təsəvvür yaradır. Onun şəxsiyyətində Azərbaycan qadını üçün səciyyəvi olan yüksək humanizm və qayğıkeşlik kimi keyfiyyətlər parlaq təcəssümünü tapıb".
Əzmkarlıq, işləri düzgün qurmaq bacarığı bütün problemləri həll edir
İlk zamanlar Mehriban xanımın millət vəkili olduğu Xəzər rayonunda ictimaiyyətlə görüşlərinin keçirilməsi üçün müvafiq yer müəyyən edə bilmirdik. Rayonda normal şəraiti olan mədəniyyət mərkəzi belə yox idi, görüşləri köhnə məktəb binalarının akt zalında keçirmək məcburiyyətində idik. Elə o vaxtlar Mehriban xanımın tapşırığı ilə rayonda mövcud olan problemlərin ardıcıl və vaxtında həyata keçirilməsi məqsədi ilə Əzizbəyov rayonunun İnkişafı Fondu (indiki Xəzər İnkişaf Fondu) təsis edildi. Bu gün artıq Xəzər rayonu tamamilə yeni mənzərəyə malikdir. İnsanları ən çox narahat edən problemlər uğurla həllini tapıb. Yeni yollar çəkilib, parklar salınıb, təhsil, tibb, mədəniyyət obyektləri istifadəyə verilib. Mehriban xanım öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.
...2005-ci il. Xəzər rayonu ictimaiyyəti ilə görüş keçirilir. Zirədə keçirilən görüş zamanı ağbirçək bir qadın Mehriban xanıma yaxınlaşaraq onu sidq ürəklə öz evinə çay içməyə dəvət edir. Mehriban xanım gələn dəfəki səfəri zamanı mütləq onun qonağı olacağına söz verir. Bir neçə ay sonra, 2006-cı ilin fevralında Xəzər rayonunda keçirilən tədbirlər bitəndən sonra Mehriban xanım həmin o qadının, 80 yaşına çatan Badam nənənin evinə getməyi unutmur. Uzun illər qəsəbə sovetinin katibi, sonra isə uşaq bağçasının müdiri işləmiş, öz həmyerlilərinin hörmətini qazanmış Badam nənə onu sonsuz sevinc hissi ilə, ən xoş sözlərlə qarşılayaraq, verdiyi bütün vədlərə əməl edən Mehriban xanıma səmimi arzularını yetirdi. Mehriban xanım onunla hal-əhval tutaraq səhhəti ilə, dolanışığı, ailənin vəziyyəti ilə maraqlandı, öz hədiyyələrini təqdim etdi, onun mənzilinin təmir edilməsi və avadanlıqla təmin olunması barədə tapşırıqlarını verdi.
...İctimai şüurda xeyirxahlıq mücəssəməsi kimi qəbul edilən Mehriban xanımın insani keyfiyyətləri, ailə dəyərlərinə sadiqliyi onun görkəmli alim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevin və Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk qadın-professor Aida İmanquliyevanın övladı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olmasından da qaynaqlanır.
O, hər zaman xalqımızın mövqeyindən çıxış edərək Azərbaycan üçün çox böyük işlər görüb və bu işlərin altına öz imzasını atıb".
Qeyd edək ki, "Mehriban" adlı kitabda Mehriban Əliyeva ilə bağlı maraqlı məqamlarla yanaşı, ölkənin birinci xanımının ailə üzvləri, eləcə də tanınmış ictimai-siyasi xadimlərin fikirləri yer alıb.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM