Deputat: Ermənistan işğal siyasətinə son qoyarsa...

14:45 / 18.11.2019

“Erməni jurnalistlərin Azərbaycana, azərbaycanlı jurnalistlərin isə Ermənistana səfərinin təşkil edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas faktor olmasa da, müəyyən yardımçı funksiyanı həyata keçirə bilər. Buna “xalq diplomatiyası” deyirlər. Hər kəsə bəllidir ki, bu münaqişəni Ermənistan və Azərbaycan həll etməlidir”. Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov qeyd edib ki, bu prosesə dinamika vermək, ölkə daxili ictimai fikri formalaşdırmaq üçün mətbuatın böyük imkanları var: “Mətbuat sözün həqiqi mənasında, IV hakimiyyət rolunu oynayır. Belə olan halda, erməni jurnalistlər Azərbaycana səfər etdikdə ölkəmizdəki inkişafı, sabitliyi, təhlükəsizlik mühitini öz gözləri ilə görəcəklər. Onlar dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı ilə tanış olacaqlar. Burada insanlar dinc, təhlükəsiz şəraitdə yaşayırlar. Erməni jurnalistlər əmin olacaqlar ki, ermənilər Azərbaycanın torpaqlarının bir hissəsini işğal etməklə ölkənin zəiflədilməsinə, geri düşməsinə nail ola bilməyiblər. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolunu seçib, bu istiqamətdə siyasət davam etdirilir. Erməni jurnalistlər ölkədə bir çox sahələr üzrə islahatların aparıldığının şahidi olacaq. Onlar bunu mətbuatdan oxuyurlar, amma Bakıda olanda öz gözləri ilə görəcəklər, geri döndükdən sonra fərqli ampluada təqdim etmək niyyətləri olsa da belə, bir çox hallarda gördükləri həqiqətləri çatdırmaq məcburiyyətində qalacaqlar. Eyni zamanda, azərbaycanlı jurnalistlər də Ermənistana gedib, oradakı prosesləri izləmək şansı əldə edəcəklər. Ermənistanın işğal siyasəti onlara heç bir zaman fayda verməyib. Hazırda Ermənistan dünyanın ən kasıb ölkələrindən biridir, heç bir investisiya cəlbedicilik əmsalı yoxdur. Orada sözün həqiqi mənasında, heç bir islahatdan söhbət gedə bilməz, ölkədə iqtisadi durum acınacaqlıdır. Bütün bunları azərbaycanlı jurnalistlər öz gözləri ilə görəcəklər və geri döndükdən sonra geniş şəkildə işıqlandıracaqlar. Qoy ermənilər və azərbaycanlılar jurnalistlərin gözü ilə həqiqətləri görsünlər. Görsünlər ki, işğal siyasəti Ermənistana necə zərbə endirib... Ermənistan işğal siyasətinə son qoyarsa, böyük qlobal layihələrdə iştirakına baxıla bilər".

Deputat vurğulayıb ki, belə səfərlərin olmasının müsbət tərəfləri kifayət qədərdir: "Ermənistan xalqı əmin olmalıdır ki, Azərbaycan xalqı sülhpərvərdir. Əvvəllər də “xalq diplomatiyası” istiqamətində addımlar atılırdı. Amma Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bunun qarşısını aldı. O, bunu niyə etdi? Çünki Azərbaycana gələn ziyalılar Ermənistana qayıtdıqdan sonra tamamilə fərqli fikirlər söylədilər. Onlar bildirmişdilər ki, Azərbaycan xalqının bir istəyi var: İşğala son qoyulsun, xalqlar dinc şəraitdə yaşasın. Təmaslar Ermənistanın o vaxtkı hakimiyyətinin maraqlarına zidd idi".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM