STRATEGİYA.AZ-A VERİLƏN MƏLUMATA GÖRƏ, DAXİLİ QOŞUNLARDA HƏRBİ İNTİZAMIN VƏZİYYƏTİNƏ HƏSR OLUNMUŞ HƏRBİ ŞURANIN İCLASI KEÇİRİLMİŞDİR
Daxili Qoşunların Baş İdarəsində 2014-cü ildə Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş hərbi şuranın geniş tərkibdə iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi general-mayor Rövşən Tapdıqov, Baş İdarənin şöbə və xidmət rəisləri, hərbi hissələrin komandirləri, komandirlərin tərbiyə işləri üzrə müavinləri və tərbiyə bölmələrinin rəisləri iştirak etmişdir.
Hərbi intizamın vəziyyəti və qarşıda duran vəzifələr barədə mənəvi - psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov məruzə etmişdir.
Məruzədə bildirilmişdir ki, cari ildə Qoşunların şəxsi heyəti ilə tərbiyə işi, qanunçuluğun və hərbi intizamın möhkəmləndirilməsinə, nizamnamədənkənar münasibətlərin və xəsarətalma hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd olunmuşdur ki, xidməti döyüş tapşırıqlarının xüsusiyyəti nəzərə alınmaqla onların müvəffəqiyyətlə yerinə yetirilməsində psixoloji dözümlüyün artırılmasına, xidmətin keyfiyyətlə aparılmasında komandir və rəislərin şəxsi nümunə göstərmələrinə xüsusi diqqət yetirilmiş, şəxsi heyətin ictimai-siyasi hazırlığının daha da artırılmasına önəm verilmişdir. Bu məqsədlə müntəzəm olaraq hərbi intizamın vəziyyəti və keçirilən tərbiyə işi tədbirləri nəzarətdə saxlanılmış, hər ay təhlil edilərək, Daxili Qoşunların Komandanlığına məruzə olunmuş, müvafiq tövsiyələr verilmişdir. Bundan əlavə baş vermiş ölüm, cinayət, hadisə, kobud intizam pozuntularının və xəsarət alma hallarının statistikasında 2013-cü illə müqayisədə müsbət dinamikanın müşahidə olunduğu vurğulanmış və bir sıra nöqsanların mövcudluğu nəzərə çatdırılmışdır.
Sonra Hərbi Şuranın iclasında bir sıra hərbi hissələrin komandiri və komandirlərin tərbiyə işləri üzrə müavinləri dinlənilmişdir. Dinləmələr zamanı çıxış edənlər Hərbi Şuranın üzvlərinin mövcud nöqsanlar, onların yaranma səbəbləri, baş vermə şəraitləri ilə bağlı suallarına izahat vermiş, bu nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün görülməsi zəruri olan tədbirləri məruzə etmişdirlər.
Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-mayor Ş.Məmmədov yekun nitqi söyləyərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar ötən müddət ərzində ictimai asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanmış, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirak etmiş və qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirmişdir.
Daha sonra qeyd etmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində qoşunlarda şəxsi heyətlə tərbiyə işinin təşkilində nailiyyətlər əldə edilmiş, dövlət əhəmiyyətli əlamətdar tədbirlər icra olunmuş, ümumilikdə bu istiqamətdə mühüm işlər həyata keçirilmişdir. Hərbi intizamın möhkəmləndirilməsində 2013-cü illə müqayisədə müsbət nailiyyətlərin qazanıldığını vurğulayan general-mayor Ş.Məmmədov qarşıda duran əsas vəzifələrin icrasının daha yüksək səviyyədə təmin edilməsi məqsədilə hərbi hissələrdə və bölmələdə tərbiyə işi tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi, qanunçuluğa riayət edilməsi, hərbi kollektivlərin möhkəmləndirilməsi və nizamnamədənkənar münasibətlərin qarşısının alınmasında ictimai təşkilatların rolundan geniş istifadə edilməsi və digər kompleks tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlar vermişdir.
O, əminliklə qeyd etmişdir ki, Daxili Qoşunların rəhbərliyi başda olmaqla, hərbi hissələrin komandanlıqları, Baş İdarənin şöbə və xidmət rəisləri Azərbaycan Respublikasının qanunlarından, ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin fərman və sərəncamlarından, Daxili İşlər Nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, ölkədə sabitliyin və hüquq qaydasının keşiyində mətin dayanacaqlar.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM