Bir neçə gündən sonra Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Romaya səfər edəcək. İstər xarici siyasət məsələlərinə marağın olmaması və istərsə də italyanların böyük əksəriyyətinin Ermənistanın yerləşməsi haqqında dəqiq bir təsəvvürünün olmaması səbəbindən sözügedən səfərin ölkəmizdə xüsusi əks-səda doğurmayacağı gözlənilir. Bununla belə Paşinyanın səfəri Avrasiya məkanında potensial olaraq ən təhlükəli və həll olunmayan məsələlərdən biri olan Dağlıq Qarabağ münaqişəsində İtaliyanın müsbət rolunu gündəmə gətirə bilər.
Trend-in məlumatına görə, bu Daniel Pommierin İtaliya mətbuatındakı məqaləsində deyilir.
Məqalədə qeyd olunur: "Paşinyan 2018-ci ilin mayında Ermənistanda məxməri inqilab kimi təqdim edilən hadisələrin nəticəsində hakimiyyətə gələndə beynəlxalq səviyyədə də böyük dəstək aldı. 1975-ci il təvəllüdlü müxalifətçi jurnalist, həmçinin sovet sisteminə yad olan bir nəslin nümayəndəsi olan Paşinyan 1990-cı illərin əvvəllərindən bəri Ermənistan Respublikasını idarə edən hakim qüvvəni genişmiqyaslı xalq hərəkatının köməyi ilə hakimiyətdən uzaqlaşdırmağı bacardı. Ermənistan tamamilə Rusiyadan asılı olan, habelə 25 ildir ki bir Partiya-Dövlət siyasi sistemi üzərində qurulmuş kasıb bir ölkədir. Müxalifətçi Paşinyanın hakimiyyətə gəlişi bu durğun siyasi mənzərəni yeniləməli, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh prosesinə müsbət təsir göstərməli idi.
Münaqişənin mahiyyəti məlumdur: 1992 və 1994-cü illər arasında Ermənistan əvvəllər erməni və azərbaycanlı icmalarının birgə yaşamış olduğu və birincinin çoxluq təşkil etdiyi, müvafiq muxtariyyət forması olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdi. Məqsəd "Böyük Ermənistan" yaratmaq idi. Nəticə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun işğalı, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə düşməsi, həqiqi siyasi sazişlə tamamlanmayan atəşkəsin elan olunması, Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti tərəfindən tanınmayan qondarma "dağlıq qarabağ respublikası" kimi qeyri-qanuni separatçı rejimin yaradılması oldu.
Baş verənlər Ermənistanın beynəlxalq səviyyədə tədric olunmasına, Rusiyadan struktur asılılığına düşməsinə və münaqişə “şahinləri”nə bağlı qrupun hakimiyyəti ələ alması kimi qarışıq bir vəziyyətə gətirib çıxardı. Öz ərazilərini itirmiş qonşu Azərbaycan isə təbii sərvətlərdən ağıllı istifadə siyasəti nəticəsində iqtisadi cəhətdən çiçəklənərək, habelə hərbi baxımdan belə Ermənistanı geridə qoydu.
Paşinyan bütün bunları aradan qaldırmalı idi və yeni hökumətin gəlişi Azərbaycanı və vasitəçilik həvalə olunan "Minsk qrupu" ilə birlikdə ATƏT-i həvəsləndirdi. Son müddətdə Paşinyan Dağlıq Qarabağ mövzusuna münasibətdə millətçi və aqressiv arqumentlərə qayıdaraq kursu dəyişdi. Belə ki, Paşinyanın bu ilin yayında “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" - deyə səsləndirdiyi bəyanat bütün müşahidəçiləri heyrətləndirdi.
Bu, vasitəçiliyi məhdudlaşdıran mövqe dəyişikliyidir. Bu, siyasi arqumentləri olmayan, millətçiliyə üz tutanların tipik mövqeyidir. Belə bir vəziyyətdə beynəlxalq birliyin, xüsusən də bütün Qafqazda gözəl imicə və yaxın əlaqələrə malik olan ölkəmizin müsbət rol oynamaq imkanı yaranır. Vasitəçiliyin məzmunu bəllidir: Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən BMT qətnamələrindən başlanmalı, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, məcburi qaçqın və köçkünlərin geri qaytarılması üçün işlər görülməli, İtaliyada mövcud olan muxtariyyət modellərində, xüsusən də Trentino Alto Adige modelində olduğu kimi ərazi bütövlüyü çərçivəsində əhaliyə özünüidarəetmə və muxtariyyət təmin edən müxanizmlər yaradılmalıdır. Hökumətimiz və diplomatiyamız Ermənistan baş nazirinin səfərindən istifadə edərək sülh razılaşması məsələsini siyasi cəhətdən gündəmə gətirə bilər. Bu, həmin strateji bölgədəki müvafiq institusional iştirakçılara, əhaliyə və bu məsələdə müsbət rol oynaya biləcək Ölkəmizə fayda gətirə bilər".//trend
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM