Bir neçə gün bundan öncə Sumqayıt şəhərində yerləşən «Koala» uşaq mağazasında oğurluq hadisəsi baş verib. Mağazaya ciddi ziyan dəyməsə də sahibkar həmin şəxsi tutmaq əvəzinə, onu biabır eləmək üçün oğurluq anının çəkildiyi görüntüləri Milli.Az-a yollayıb.
Sahibkar bildirir ki, mağazadan oğurluq edən qadını tanıyır, həmçinin bundan öncə də hamin şəxs oğurluq edib. Ancaq malın dəyəri çox olmadığından qadına xəbərdarlıq edərək sərbəst buraxıblar.
Bu dəfə də oğurluq edən ana mağazaya elə qucağında uşaqla girir, maya dəyəri 40-50 manat arası olan oğurluq kameralara düşdükdən sonra qadını tutmaq əvəzinə sahibkar onu rüsvay etmək üçün görüntüləri yaymaq fikrinə düşüb.
Sizə həmin görüntüləri təqdim edirik.