Azərbaycanın dünəni, bu günü və gələcəyi

11:43 / 20.11.2019

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün yaratdığı Yeni Azərbaycan Partiyasının ölkəmizin tarixində yerini məhz bu cür müəyyənləşdirmişdi. Partiyanın yaranmasından artıq 27 il keçir. Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümü qeyd olunacaq. Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib.

Keçən əsrin 90-cı illəri Azərbaycanın tarixinə həm şanlı, həm də qara səhifələr kimi daxil olub. Dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi halda, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, minlərlə vətəndaşımızın həlak olması, onun qara səhifəsidir. Ancaq təəssüf hissi ilə bildirməliyəm ki, yaşamağa məhkum edildiyimiz qara, təlatümlü günlər yalnız yuxarıda deyilənlərlə məhdudlaşmır. 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və xalqa yaşatdırdığı müsibətlər qeyd olunanlardan heç də az tünd rəngdə deyil. İqtisadiyyatın talan edilməsi, iş yerlərinin kütləvi surətdə bağlanması, 1600 faizə çatan hiperinflyasiya, Bakının tükürpədən simasına çevrilmiş çörək növbələri, xaos, anarxiya, dərəbəylik, siyasi qeyri-müəyyənlik və qeyri-sabitlik insanların yaşamaq ümidlərini bütünlüklə qırmışdı. Şimalda və cənubda baş qaldırıb tüğyan edən separatçılıq dövlətin müstəqilliyi və ölkənin bütövlüyü üçün ciddi təhdidə çevrilmişdi.

Yeni Azərbaycan Partiyası belə bir zamanda yarandı, onun qurucusu və lideri Heydər Əliyev ümidsizliyə qapanmış ölkəyə ümid verdi, tarixi xilaskarlıq missiyasını öz çiyinləri üzərinə götürdü. Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ayaq üzərinə qalxdı, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə insanlar müstəqilliyin və azadlığın faydalarını görməyə başladı, xalq isə sözün həqiqi mənasında öz taleyinin sahibi oldu.

Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın iqtisadiyyatının möhtəşəm inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi və yaxşılaşması, ordumuzun qüdrətinin artması, dünya miqyasında nüfuzunun yüksəlməsi və daha nə qədər tarixi möhtəşəm dəyişikliklərin tarixidir. 2003-cü ildən bu yana keçən illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ağlagəlməz sosial-iqtisadi və mədəni sıçrayışı, dünyanın ən dinamik iqtisadiyyatı, ən islahatçı dövləti, çiçəklənən ölkəsi adını qazanması, bir çox mötəbər reytinqlərdə ən layiqli yer tutması müasir tariximizin ən parlaq səhifələri kimi yaddaşlara həkk olunub. Azərbaycan indi bütün yer kürəsində bu cür tanınır, sayılır və hörmət edilir.

Yeni Azərbaycan Partiyasının tarixi kimi bu günü də parlaq və qürurvericidir. Həyatımızın ən böyük neməti olan müstəqillik və təhlükəsizlik göz bəbəyi kimi qorunur. Ölkəmizin dünyada ən sabit və təhlükəsiz ölkələrdən biri olması insanlarımızın qürur və rahatlıq mənbəyidir. İnkişaf, tərəqqi, müasirləşmə Azərbaycanın həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Hər yerdə inkişaf, hər yetdə yeniləşmə müşahidə olunmaqdadır. Şərəfli tarixi, parlaq bugünü ilə qürur duyan Yeni Azərbaycan Partiyasının ən böyük avantajı onun gələcəyidir. 27 il bundan əvvəl insanlarımız Azərbaycanın gələcəyini Yeni Azərbaycan Partiyasında gördükləri kimi indi də parlaq gələcəyini onunla bağlayır. Prezident İlham Əliyevə olan inam, onun siyasətinin uğurları Azərbaycanın gələcəyə doğru inamlı addımlarının sınanmış yol xəritəsidir. Bu yol bizi daha böyük nailiyyətlərə, daha firavan gələcəyə, daha qüdrətli dövlətə doğru aparır. İnamla getdiyimiz yolda qarşımıza tör-töküntülər də çıxır. Onların əksəriyyəti tariximizin qaranlıq səhifəsini təşkil edən 1992-1993-cü illərdən qalmadır, alaq otu kimi ayaqlara dolaşır. Xalqın etimadını qazana bilməyən bu zatlar böhtan atmağı, qara yaxmağı, yalan və şayiələr uydurmağı özlərinə peşə seçiblər. Heç bir işıqlı ideyaların daşıyıcısı olmamaları bir yana qalsın, cəmiyyətdə mənəviyyatsızlığın baş təbliğatçısına çevriliblər. Müasir informasiya texnologiyalarının yaratdığı fürsətdən istifadə edərək anonim şəkildə insanlara qarşı mənəvi terror təşkil edir, şəxsiyyətini və ləyaqətini aşağılamağa çalışır, sanki bundan həzz alırlar. Qeyri-ixtiyari yadıma onların natamamlıq kompleksi və bir də Azərbaycanın müasir məğrur yüksəlişində ayaqlara dolaşan o zamandan qalan törtöküntülərə 1993-cü ildə xalqın mütləq əksəriyyətinin dərin nifrəti düşür. Aradan 26 il keçməsinə baxmayaraq o nifrət hələ də unudulmayıb.

Gələcək tör-töküntülər deyil, sağlam köklər üzərində qərar tutub yüksəlir. Bu sağlam kökləri isə özündə Yeni Azərbaycan Partiyası ehtiva edir. Azərbaycanın parlaq gələcəyi Yeni Azərbaycan Partiyasındadır.

Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə başda partiyanın Sədri cənab İlham Əliyev, Sədrin müavini Mehriban xanım olmaqla, bütün təşkilat üzvlərini təbrik edir, ölkəmizin firəvan gələcəyi naminə onlara yeni-yeni nailiyyətlər arzulayıram.

Əli Əhmədov
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM