Elçin Əhmədov: Ermənistanın faşist ideologiyası, etnik təmizləmə və dövlət terrorizmi siyasəti

14:57 / 20.11.2019

Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Erməni millətçiləri XIX əsrin sonunda - 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. Erməni terror təşkilatları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.

Bu fikirləri açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

O bildirib: “Erməni millətçilərinin ən aparıcı təşkilatı hesab edilən “Daşnaksütyun” - erməni federativ inqilab partiyasının əsas qayəsi Azərbaycanın Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaqdır. 1892-ci ildə Tiflisdə ilk qurultayını keçirən “Daşnaksütyun” türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar çıxarmışdır.

“Daşnaksütyun” partiyasının keçirdiyi terror aksiyası “Nemezis” əməliyyatı adlanır. 1919-cu ilin oktyabrında “Daşnaksütyun” partiyası İrəvanda keçirdiyi IX qurultayda “Nemezis” intiqamçı terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi “Nemezis”in siyahısına Türkiyənin və Azərbaycanın 650 dövlət xadiminin və ziyalısının adları salınmışdı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qrupların məqsədi adları siyahıda olan şəxsləri axtarıb taparaq qətlə yetirmək idi. Həmin dövrdə Türkiyə və Azərbaycanın dövlət xadimləri, ziyalıları “Daşnaksütyun” partiyasının “Nemezis” terror hərəkatının hədəfinə çevrilmişdilər.

Belə ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli, Parlamentinin sədri Həsən bəy Ağayev Tiflis şəhərində ermənilər tərəfindən qətlə yetirilmişlər. Həmin ildə Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski Tiflis şəhərində erməni terrorçuları tərəfindən qətlə yetirilmişdir.

1921-ci il martın 15-də Osmanlı imperiyasının daxili işlər naziri Tələt paşanı Berlində qətlə yetirmiş Soqomon Teyleryan yaxalansa da, sonradan Berlin məhkəməsi ona bəraət vermişdir. Bir qədər sonra isə, iyulun 18-də Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir Türkiyənin İstanbul şəhərində “Daşnaksütyun” partiyasının üzvü Misak Torlakyan tərəfindən qətlə yetirilmiş, lakin həmin dövrdə İstanbul şəhərini nəzarətə götürmüş İngiltərə qoşunlarının hərbi məhkəməsi tərəfindən ruhi xəstə adı ilə qatilə bəraət verilmişdir. Bu terror aktlarının davamı olaraq 1922-ci il avqustun 4-də ermənilər tərəfindən Osmanlı imperiyasının hərbi naziri Ənvər paşa Əfqanıstan yaxınlığında, həmin il iyulun 25-də isə Tiflis şəhərində Camal paşa və onun müavini erməni terrorçuları Petros Ter-Poqosyan və Artaşes Gevorkyan tərəfindən qətlə yetirilmişdir.

XX əsrin ikinci yarısında “Daşnaksütyun” partiyası tərəfindən bir sıra terror qrupları yaradıldı. Ötən əsrin 60-70-ci illərində erməni terror təşkilatlarının fəaliyyəti daha da genişləndi. Belə ki, 1975-ci ildə yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” (ASALA) adlı təşkilat həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törətmiş ki, nəticədə günahsız insanlar erməni terrrorizminin qurbanı olmuşlar.

Erməni terror təşkilatları ötən əsrin 70-80-ci illərində bütün dünyada türk diplomatlarına, 90-cı illərin əvvəllərində isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və Ermənistanla sərhəd bölgələrində azərbaycanlılara qarşı genişmiqyaslı terror aktları həyata keçirmişlər. Bununla yanaşı, 1981-ci ildə Fransada yaşayan erməni gəncləri tərəfindən yaradılmış “Orli qrupu” 1987-ci ilədək dünyanın müxtəlif hava limanlarında 10-dan artıq terror aktı törətmişdir. Avropanın bir çox ölkələrində fəaliyyət göstərən “İsveçrə qrupu” Fransa, İtaliya və Yunanıstanda həyata keçirilmiş 4 terror aktının məsuliyyətini öz üzərinə götürmüşdür.

XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində Ermənistan silahlı qüvvələri xaricdən gətirilmiş terror qrupları ilə birgə Dağlıq Qarabağdan 50 min, eləcə də Ermənistandan 250 mindən artıq azərbaycanlını soyqırımı və təcavüzə məruz qoyaraq tarixən yaşadığı torpaqlardan didərgin salmışlar.

Həmin illərdə Moskva-Bakı sərnişin qatarlarında, Tbilisi-Bakı, Tbilisi-Ağdam, Ağdam-Şuşa, Ağdam-Xocalı marşrutları üzrə avtomobillərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı keçmiş SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Belə ki, 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əskəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər öldürüldü, 15 nəfər isə yaralandı. Bu dövrdə Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laçın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması və terror aktları nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı.

27 il əvvəl - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni terrorçuları tərəfindən Mİ-8 tipli mülki vertolyot vurulmuş, nəticədə Xankəndinə sülhməramlı missiya ilə səfər edən 22 nəfər, o cümlədən yüksək vəzifəli şəxslər - Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Dövlət katibi, Baş nazirin müavini, Dövlət müşaviri, Daxili işlər naziri, Baş Prokuror, Rusiya Federasiyasından olan müşahidəçilər, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirinin birinci müavini və 3 nəfər ekipaj üzvü həlak olmuşdur.

1992-ci ilin əvvəllərində ermənilər daha dəhşətli cinayətlər törətdilər. Yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı Mİ-8 vertolyotu şəhərə çatmamış, yəni, Xəlfəli kəndinin üzərində Xankəndi tərəfdən raket atəşi nəticəsində partladıldı, içərisində olan 3 nəfər heyət üzvü və 41 sərnişin həlak oldu. Həmin il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilən vəhşiliklərdə və soyqırımıda Ermənistan silahlı qüvvələri ilə yanaşı, keçmiş SSRİ-nin Xankəndində yerləşən 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın tərkibində 50-dən çox erməni zabiti və giziri, eləcə də erməni terror təşkilatları yaxından iştirak etmişlər.

1994-cü il martın 19-da Bakı metropoliteninin “20 Yanvar” stansiyasında törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Həmin il iyulun 3-də Bakı metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarında erməni terrorçuları tərəfindən törədilmiş partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır.

1988-1994-cü illərdə, eyni zamanda dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən Azərbaycan ərazilərində ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanmışdır . Ayrılıqda götürdükdə:

- sərnişin avtobuslarında törədilmiş terror aktları nəticəsində 68 nəfər həlak olmuş, 132 nəfər yaralanmışdır;

- sərnişin və yük qatarlarında törədilmiş terror aktları nəticəsində 74 nəfər həlak olmuş, 125 nəfər yaralanmışdır;

- Bakı metropolitenində törədilən terror aktları nəticəsində 27 nəfər həlak olmuş, 91 nəfər yaralanmışdır;

- hava nəqliyyatında törədilmiş terror aktları nəticəsində 104 nəfər həlak olmuşdur;

- yaşayış məntəqələrində və mülki obyektlərdə törədilmiş terror aktları nəticəsində 881 nəfər həlak olmuş, 1239 nəfər yaralanmışdır;

- mülki və dövlət obyektlərinə qarşı törədilmiş terror aktları nəticəsində 10 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır;

- sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.

Minlərlə insanın tələfatı ilə nəticələnən bu terror aktlarından sonra müxtəlif bəhanələrlə azadlığa buraxılan məşhur terrorçular beynəlxalq terrorizmə qarşı mübarizə aparılan müasir dövrdə çox rahat şəraitdə yaşayır və Ermənistan Respublikası davamlı olaraq dövlət terrorizmi siyasəti yürüdərək onları himayə edir.

Ermənistan dövlətinin və erməni diasporunun maliyyə, eləcə də təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı həyata keçirdikləri terror aktları 1980-ci illərin ikinci yarısından başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun isğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədilə Ermənistanın xüsusi xidmət orqanları hətta hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.

Son illərdə Ermənistanın mərkəzində və digər bölgələrində faşist Almaniyasının SS birləşmələrinin generalları - “Njde” ləqəbli Qaregin Ter-Arutyunyan və “Dro” ləqəbli Drasmat Kanayanın heykəllərinin qoyulması da faşizmə olan rəğbətin bariz nümunəsidir. 2016-cı il mayın 28-də Ermənistan rəhbərliyinin bilavasitə iştirakı ilə şəhərin mərkəzində nasist Njdenin heykəli açıldı. Bununla yanaşı, Ermənilərin faşizm təbliğatı təkcə Ermənistanla məhdudlaşmır. Rusiyadakı erməni icması hər il Njdenin Vladimirdəki qəbrini nümayişkaranə şəkildə ziyarət edir, erməni faşisti yad edirlər. Hətta, 2013-cü ildə Ermənistanda çəkilmiş “Qaregin Njde” filmi Rusiyada da nümayiş etdirilmişir. Ancaq bu “qəhrəman”ların alman nasistləri ilə sıx əlaqələri haqqında danılmaz faktlar xarici ölkələrin arxivlərində, həmçinin Rusiyanın özündə də kifayət qədərdır.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə Azərbaycanın tarixi torpaqları olan Naxçıvan, Zəngəzur və Qarabağda Njde və digər erməni terrorçuları azərbaycanlı əhalini kütləvi şəkildə qırmaqla məşğul olmuşlar. Daha sonra isə İkinci Dünya müharibəsində almanların işğal etdikləri torpaqlarda milliyyətindən asılı olmayaraq əsirlərə qarşı amansız qəddarlıqları ilə fərqlənən, Üçüncü Reyxə xidmətləri ilə fəxr etdiklərini bildirən həmin generallara abidə ucaltmaqla Ermənistan hakimiyyəti anti-semitizm ideologiyasını həyata keçirərək, bu gün də irqçi neonasisit ideologiyanı davam etdirir.

2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın faşist ideologiyasını dövlət siyasətinə çevirdiyini diqqətə çatdıraraq bir daha dünyaya bəyan etdi: “Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib”.

Prezident İlham Əliyev tutarlı faktlara əsaslanaraq təcavüzkar Ermənistanın faşist ideologiyasını ifşa edərək bildirdi ki, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları tərəfindən 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında, eləcə də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən və tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən bəzi fikirlərə və əsassız iddialara tam aydın və konkret şəkildə cavab verdi. Bununla da dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasəti və faşist ideologiyası yürütdüyünü bir daha bəyan edərək Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi tanındığını dünya birliyinin diqqətinə çatdırdı və qeyd etdi ki, Ermənistana özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM