Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində İctimai Birliyin könüllüləri üçün “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətlı elmi maarifləndirmə və təbliğat kursları başa çatıb. Kursların dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisasının tələbələri olublar.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən Qarabağ Araşdırmalar Mərkəzində oktyabrın 31-dən keçirilən kursların sonuncu günündə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədovun “XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)” mövzusunda mühazirəsi dinlənilib.
Kurslara yekun vuran Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti” mövzusunda məruzə ilə çıxış edib.
Əli Həsənov ermənilərin 200 ildən çox bir dövrdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı siyasətinin əsas məqsədləri, o cümlədən bu hadisələrin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması kimi məsələlərdən bəhs edib. Prezidentin köməkçisi bildirib ki, tariximizə nəzər salsaq Rusiya-İran, Rusiya-Türkiyə müharibələri fonunda ermənilərin Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa, Naxçıvana, Zəngəzura köçürülməsi, onların məskunlaşandan sonra Azərbaycan torpaqlarına göz dikməsi, bu ərazilərdə Ermənistan dövlətini yaratmaq siyasəti, bütün bunların zaman-zaman qanlı səhifələrə rəvac verən hadisələrlə müşayiət edilməsi kimi həqiqətlərin şahidi olarıq. Bunların sırasında 1918-ci il 31 mart - Azərbaycanlıların soyqırımı, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan köçürülməsi, Xocalı soyqırımı və digər erməni vandalizm aktlarını qeyd etmək olar.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət barədə danışan Əli Həsənov deyib ki, bu məsələ ilə əlaqədar Azərbaycanın haqq səsi, ədalətli mövqeyi artıq dünya ictimaiyyətinə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla dövlətimiz ötən müddətdə, xüsusən son 15 ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı bütün beynəlxalq təşkilatlarda öz sözünü deyib, hücum diplomatiyasını həyata keçirib. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən dörd qətnamənin hər birində Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılması, Ermənistan qoşunlarının geri çəkilməsi, dinc əhalinin doğma torpaqlarına geri qaytarılması ilə bağlı tələblər irəli sürülür. Bu qətnamələr beynəlxalq hüquqa əsaslanır. Son vaxtlar Qoşulmama Hərəkatı da birmənalı şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası, ATƏT, Avropa Parlamenti, həmçinin tərəfdaşlıq etdiyimiz NATO kimi qurumların əksəriyyəti bu işğal faktını tanıyıblar. Lakin təəssüflər olsun ki, beynəlxalq münasibətlərin indiki durumu və ikili standartlar siyasəti Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi üçün ciddi şəkildə təzyiq göstərilmir.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli şəkildə həlli istiqamətində apardığı siyasət dünya ictimaiyyətinin Qarabağ həqiqətləri haqqında məlumatlandırılması ilə bağlı keçirilən tədbirlərin coğrafiyasını genişləndirir. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər də olduqca təqdirəlayiqdir.
Mütəmadi olaraq keçirilən bu kursların əhəmiyyətini qeyd edən Prezidentin köməkçisi vurğulayıb ki, əsas məqsəd ermənilərin 200 ildən çox müddətdə azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətini gənclərə bütün təfərrüatları ilə çatdırmaqdır. Bundan əlavə, bu kursların keçirilməsi gənclərin maariflədirilməsi və onlarda vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
Sonra dinləyicilərə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, kurslar çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, akademik Yaqub Mahmudovun “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri”, Prezident Kitabxanasının şöbə müdiri, AMEA-nın Tarix İnstitutunun Qarabağ şöbəsinin baş elmi işçisi Nazim Mustafanın “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)", AMEA-nın Tarix İnstitutunun Azərbaycanın tarixi demoqrafiya şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Kərim Şükürovun “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və Cənubi Qafqazda demoqrafik vəziyyətin dəyişməsi”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, dosent Firdovsiyə Əhmədovanın “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)”, AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru Solmaz Tohidi-Rüstəmovanın “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)” və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədovun “Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti: Xocalı soyqırımı” mövzularında mühazirələri dinlənilib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM