"Nə qazanmışamsa, "Qarabağ" və Azərbaycana borcluyam" - Almeyda

13:34 / 25.11.2019

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Braziliya mətbuatına geniş müsahibə verib.

Müsahibəni  ixtisarla təqdim edirik.

 
- Riçard, bir az futbola gəlişinizdən danışın. Sizə Avropanın qapılarını açan "Santo Andre" klubu haqda nə deyə bilərsiniz?

- Peşəkar futbolçu olana qədər komandada qızğın rəqabət var idi. Tanrıya şükürlər olsun ki, böyük inam və özgüvənlə bunu bacardım. Qrajau yaxınlığında anadan olmuşam. O vaxt ulu babam və nənəm atama pul verdi ki, məni futbola yazdırsın. Qeydiyyatdan keçdim. Cəmi 72 nəfər seçilmişdi. Onlardan biri də mən idim. Onlar uşaqları əlifba sırası ilə çağırmağa başladılar. R hərfi ilə başlayan adlar qurtardı. Adımın çıxmadığını görüb, pis oldum. Z hərfindən sonra birdən mənim adımı çəkdilər (gülür). "Pakaembu" stadionundakı hər şeyi bu günə kimi xatırlayıram. Tribunaya baxanda valideynlərimin necə ağladıqlarını gördüm. Ordan ayrıldıqdan sonra Portuqaliyaya getdim. Ancaq bir müddət sonra "Palmeyras"dan təklif aldım. Seçim etməliydim və yerli kluba keçməyə razılıq verdim. Düşünürəm ki, bu, indiyə qədər etdiyim ən pis seçim idi. Çünki 8 aydan sonra demək olar, hamını komandadan göndərdilər. Bundan sonra mərhum qohumum Devid məni "Paulista"nın direktoru ilə tanış etdi. Baxışdan uğurla keçdim və həyatımı dəyişən məşqçi, "Palmeyras" və "Flamenqo" klublarının keçmiş üzvü "Baroni" ləqəbli Baroninyo ilə tanış oldum. "Paulista"da 2,5 il keçirdim. Məşqçi "Santo Andre"nin sükanı arxasına keçəndən sonra məni də ora çağırdı. Təbii ki, razılaşdım. Ad günümdən sonra Baroninyoya zəng vurdum və o, məni bir neçə testdən keçirdi ki, digərləri necə oynadığımı görsün. İlk peşəkar müqaviləmi məhz bu klubla bağladım. Əvvəlcə Tanrıya, daha sonra isə göstərdiyi dəstəyə görə məşqçiyə təşəkkür etdim.

- Portuqaliya, yoxsa Azərbaycan? Hansı ölkəyə uyğunlaşma prosesi daha çətin keçdi?

- Əlbəttə ki, Portuqaliyaya uyğunlaşmaq daha asan oldu. Çünki eyni dildə danışırdıq. Əvvəlcə portuqallar mənə bir az qəribə gəlirdi. Həmin vaxt Kaysara ilə birlikdə "Santo Andre"ni tərk etdik və "Jil Visentə"yə yollandıq. Əvvəlcə hər şey fərqli idi. Məsələn, onlar portuqalca danışırdılar, ancaq bəzi sözlər tamam başqa idi. Amma bir aydan sonra artıq adaptasiya olduq. İndi isə Azərbaycandayıq. Müsəlman ölkəsidir. Dili, mədəniyyəti, hətta qidaları belə fərqli olsa da, cəmi 1 il sonra hər şeyə öyrəşdik. Şükürlər olsun, tezliklə Azərbaycanda 7-ci ilim tamam olacaq.

- Avropa Liqasında şanslarınızı necə qiymətləndirirsiniz?

- APOEL-lə son iki avrokubok oyununda bəxtimiz gətirmədi. Evdə qələbə qazanmalı olduğumuz halda, heç-heçə etdik. Kiprdəki matçda hesabda öndə idik, son dəqiqələrdə geridönüş etdilər və qalib gəldilər. Halbuki biz onlardan daha yaxşı idik. Belə bir deyim var ki, yaxşı oynayan hər zaman qələbə qazanmır. Xallarımız eyni olsa da, üstünlük APOEL-in tərəfindədir. Tanrıya yalvarıram ki, bizə bu imkanı yaratsın və qrupdan çıxaq. Hələ ki, heç nə həll olunmayıb.

- "Sevilya" qrupun favoritidir. "Düdelanj" və APOEL-dən hansını daha şanslı sayırsınız?

- "Sevilya" artıq pley-offa çıxmağı təmin edib. APOEL və "Düdelanj" isə oxşar komandalardır. Hazırkı məqamda kiprlilər öndədir. İki oyundan birində APOEL-i uda bilsəydik, hər şeyi həll edə bilərdik. İndi isə mübarizə aparmaq lazımdır. Ümid edirəm ki, "Düdelanj" bu tur APOEL-ə uduzmayacaq. Biz isə artıq qrupdan çıxması dəqiqləşən "Sevilya" ilə qarşılaşacağıq. Bilirik ki, onların əla komandası var. İstər əsas, istərsə də ikinci heyət olsun. Amma inanıram ki, Tanrı bizə kömək edəcək və hər şey yaxşı olacaq.

- Azərbaycanda ən çox xoşunuza gələn nədir?

- Hər şey - insanlar, sadəlik. Onlar çox istiqanlıdılar və əcnəbilərə kömək etməyi sevirlər. Klub rəsmiləri, baş məşqçi Qurban Qurbanov mənə ata kimidir, prezident, bir sözlə, hamısı çox yaxşı insanlardır. Onların qəlbinə yol tapmısansa, səni hər zaman sevəcəklər. Mənim üçün önəmli olan da məhz budur. Burada hər şey tək mənim yox, ailəmin də xoşuna gəlir. Anam və qaynanam hər il Bakıya gəlirlər. Buranı onlar da çox bəyənirlər. Ona görə də çox sözə ehtiyac yoxdur. Sadəcə, Tanrıma şükür edirəm.

- Azərbaycanla Braziliya yoldaşlıq oyunu keçirsə və sən qol vursan, sevinərsən, yoxsa üzülərsən?

- Baxın, əgər Braziliyaya qol vurmaq imkanım olsa, buna sevinərəm. Braziliyalıyam, öz ölkəmi sevirəm, vətənim üçün darıxıram. Hər tətildə valideynlərimi, yaxınlarımı görmək üçün ora gedirəm. Amma Azərbaycan mənə qucaq açıb. Nə qazanmışamsa, buna görə "Qarabağ"a və ölkəyə borcluyam. Buna görə minnətdaram. Bura gələnə qədər nələr çəkdiyimi, hansı hisslər keçirdiyimi mən bilirəm. Seçim edənlərin heç də hamısı uğur qazanmır. Heç vaxt bu səviyyədə oynayacağımı, hətta uzun müddət Braziliyadan kənarda qalacağımı təsəvvür belə etməzdim.

- İnfrastruktur baxımından Azərbaycan və Braziliya futbolu arasında hansı fərqlər var?

- Klubumuzun infrastrukturu bəlkə də dünyada ən yaxşılardandır. Beşulduzlu otel, iki məşq meydançası, stadion, möhtəşəm fitness zalı, sauna, bir sözlə, hər şeyimiz var. Şükürlər olsun, burada heç vaxt çətinliklə üzləşməmişəm. Məhz buna görə "Qarabağ" hər zaman Avroliqanın qrupunda olur, buna görə Çempionlar Liqasında oynamışıq. Artıq ardıcıl 6 ildir Premyer Liqanın qalibi oluruq. Ümid edirəm ki, bu uğuru davam etdirə biləcəyik. Klubda ciddi insanlar çalışır və heç biri digərindən zəif deyil. Hamı öz işini görür, bir-birinə kömək edir. Hər şey əla və keyfiyyətlidir.

- Avropa Liqası, yoxsa Çempionlar Liqası? Hansında daha çox həyəcanlanmısız?

- Düşünürəm ki, hər ikisi oxşar hissdir. Avropa Liqasında "Monako", "Tottenhem", "Anderlext", PAOK, "İnter", Çempionlar Liqasında isə "Çelısi", "Roma", "Atletiko" kimi komandalarlar qarşılaşmışıq. Hər iki turnir həyəcana səbəb olur. Çünki televizorda oyunlarını izlədiyiniz futbolçularla oynayırsız. Final fitindən sonra sadəcə, göyə baxın və Tanrıya şükür edin ki, sizə belə bir imkan yaradıb.

- Karyeranızı bitirməmişdən əvvəl Braziliyaya qayıtmağı düşünürsüz? Bəlkə, yenidən doğma klubunuzun formasını geyinəsiz...

- Bilirsiz, açığı, belə bir fikrim yoxdur. Artıq bura uyğunlaşmışam. Əlbəttə, Braziliyada oynamaq çox yaxşıdır. Amma orada məni heç kim tanımır. Kimsə Riçard Almeydanın kim olduğunu bilmir. Avropanın şərqi belə olsa, burada məni tək Azərbaycan xalqı tanımır. Hamı bilir ki, mən "Qarabağ"da ən çox vaxt keçirən oyunçulardan biriyəm. Qızım Bakıda məktəbə gedir, 9 aylıq körpə övladım var. Ailəm də Bakını sevir. Düşünürəm ki, burada hər şey bizim üçün daha yaxşıdır. Braziliyada çox az oynamışam. Peşəkar səviyyədə cəmi 4 oyun keçirmişəm. Ümid edirəm ki, karyeramı "Qarabağ"da başa vuracam. Düzdü, heç nəyi əvvəlcədən demək olmaz. Amma, bu, mənim arzumdur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM