“TARİXİ ŞƏXSİYYƏTLƏR”İN DİN MƏDƏNİYYƏTİNƏ TÖHFƏLƏRİ

12:01 / 27.11.2019

“Zati-Müqəddəsləri Azərbaycanda Sizin, digər dini liderlərin dini harmoniya və qarşılıqlı anlaşmaya göstərdiyiniz töhfəni qiymətləndirir, təqdirəlayiq hesab edir. Ölkənizə 2008-ci ilin martında ilk dəfə səfərim zamanı Bakıda ilk Katolik Kilsəsinin açılışında mən bunun şahidi olmuşam. Qafqazda katoliklər və müsəlmanlar arasında mövcud olan səmimi münasibətlərə görə Uca Yaradana, eləcə də Şeyxülislam həzrətlərinə xüsusi təşəkkürümü bildirirəm!”

Bu sətirlər Roma Papası XVI Bendiktin məktubundandır, hansı ki, beynəlxalq ictimai-siyasi “Tarixi Şəxsiyyətlər” jurnalının Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin 70 illiyinə həsr olunmuş xüsusi sayında da öz əksini tapıb. Elə ilk materiallar da tanınmış din xadiminin həm yubileyi, həm də şeyxülislamlıq fəaliyyətinin 40-cı ildönümü ilə əlaqədar Prezident sərəncamı və Ümummilli liderin hələ 1999-cu ildəki təbrik məktubudur.

Peşəkar dizayna malik, diqqətçəkən materiallar, gözoxşayan fotoşəkillər və mötəbər sənədlər əsasında hazırlanmış dərgidə dünyanın söz, mövqe sahibləri – Vladimir Putin, II Abdullah, Ekmeleddin İhsanoğlu, Yusif bin Əhməd əl-Üseymin, II İlya, Talqat Tacuddin və digər siyasət, mədəniyyət, din xadimlərinin də hörmətli Şeyx barədə fikirləri yer alıb.

1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirililən din xadimlərinin ümumi toplantısında yaradılmış Qafqaz Xalqlarının Ali Dini Şurasının strukturu, məramı, məqsədləri, eləcə də şeyxülislamlıq tarixi, şəxsən cənab Paşazadənin həyat və fəaliyyəti barədə görkəmli şərqşünasımız Vasim Məmmədəliyev, yazıçı, millət vəkili Hüseynbala Mirələmov, müfti Salman Musayev, ilahiyyatçılar Hacı Sabir Həsənli, Hacı Fuad Nurullah, alimlər Anar İsgəndərov, Qəmər Cavadlı və başqa ziyalıların qələmindən çıxan məqalələr toplunu daha da maraqlı edir.

Amma “Tarixi Şəxsiyyətlər”in ideya və prinsipləri bununla məhdudlaşmır və əks təqdirdə, haqqında 112 səhifədə söhbət açılmış şəxsiyyətin ömür yolu nə qədər zəngin olsa belə, qarşıdakı hədəfə çatmaq cəhdi boşa çıxar, ölkəmizdə yaşam normalarına çevrilmiş tolerantlıq və multikulturalizm ənənələrinə sədaqət nümayişi bir qədər inamsız və qeyri-səmimi təsiri bağışlayardı.

Sadalananları nəzərə alan yaradıcı kollektiv xeyli zəhmət hesabına paralel şəkildə digər nüfuzlu din xadiminə - Moskva və bütün Rusiya patriarxı II Aleksi barədə də xüsusi buraxılış hazırlamışlar. Bakı və Azərbaycan eparxiyasının Arxiyepiskopu Aleksandrın elmi məsləhətçiliyi, tarixçi Vyaçeslav radionovun layihə rəhbərliyi ilə işıq üzü görən jurnal oxuculara pravoslav din xadiminin sülh, dialoq, mənəviyyat, dəyərlərə ehtiram ruhlu müraciəti ilə açılır. Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoclav Kilsəsi arasında dostluq və əməkdaşlıq münasibətləri, Kiril Atanın istər ölkəmizə səfəri çərçivəsində, istərsə də müxtəlif beynəlxalq tədbirlərdə Ulu öndər Heydər Əliyev və cənab prezident İlham Əliyevlə görüşləri, rus və Azərbaycan xalqlarının əminamanlıq, anlaşma və əməkdaşlıq şəraitində yaşamasında dinlərin və din xadimlərinin rolu barədə fikir mübadilələri yaxın keçmişin sənədliliyi baxımından xeyli faydalıdır. 20 noyabr 1946-cı ildə Sankt-Peterburqda ruhani ailəsində doğulmuş II Aleksinin (Vladimir Mixayloviç Qundyayev) uşaqlıq, gənclik illəri, dini təhsilə sonsuz həvəsi və aldığı elmi dərəcələr, Leninqrad Ruhani Akademiyasının tələbəliyindən rektorluğuna qədər yüksəlişi, öz

missiyasını təkcə Rusiyanın daxilində (Smolensk, Kalininqrad, Bryansk...) deyil, sərhədlərindən kənarda (Moskva Patriarxlığının Cenevrədəki Ümumdünya Kilsələr Şurasında nümayəndəsi) da məsuliyyətlə yerinə yetirməsi, çalışdığı ali dini vəzifələr dəqiqliklə nəzərdən keçirilir.

Müqəddəs Patriarxın 2009-cu ilin 6 noyabrı və 2010-cu ilin 24-26 aprelində respublikamıza səfəri çərçivəsində dövlətimizin başçısı, Heydər Əliyev Fondunun rəhbəri və şeyxülislamla görüşləri, dinlərarası müzakirə mövzusunda tədbirlərə qatılması, rus dini-mədəni mərkəzlərini ziyarəti, sonakı dönəmlərdə Mehriban xanım Əliyevanı və Allahşükür Paşazadəni nüfuzlu mükafatlarla təltifatı faktları xüsusi vurğulanır.

Kiril Atanın hazırda din amilinin beynəlxalq münasibətlər sistemində getdikcə mühüm yer tutması, ruhani liderlərin mövcud münaqişələrin nizamlanmasına daha tez-tez səmərəli təsir göstərmək imkanları, müasir dövrün ən ciddi problemlərinin aradan qaldırılmasına əhəmiyyətli yardım edə bilmələri çağırışları olduqca diqqətəlayiqdir.

Səmavi dinlərin sülh, inam və iman mesajlarını istedadlı tarixçi və Azərbaycanın yaxın dostu Vyaçeslav Aleksandroviçin “Odlar və tolerantlıq ölkəsi” sərlövhəli yazısı və insanların mehribanlıq, təhlükəsizlik şəraitində yaşayıb çalışdıqları Vətənimiz haqqında təkzibolunmaz faktların toplandığı digər məqalələr tamamlayır.

Məcmuəni geniş oxucu kütləsi üçün maraqlı edən nüanslardan biri də qədim və zəngin pravoslav arxitekturası, bayramları və mətbəxi barədə geniş məlumatlardır.

“Tarixi şəxsiyyətlər” beynəlxalq ictimai-siyasi jurnalının təsisçisi və Baş redaktoru Hacı Xəlil Qarəhmədov əsas məramlarının daim sivilizasiyalararası dialoq, cəmiyyətdə barış, vətəndaş həmrəyliyi, müşküllərin fikir mübadiləsi və qarşılıqlı anlaşma əsasında həllinin təbliğinə çalışmaq, eləcə də bu istiqamətdə fəaliyyət göstərən, Azərbaycanımızın qlobal problemləri, xüsusən də Qarabağ düyününün açılmasında səmimi rol oynayan liderlərə geniş tribuna imkanı yaratmaq, din mədəniyyətinə töhfə vermək istəklərinin olduğunu bildirib.

Hamımızın masaüstü oxu mənbəyi haqqına layiq dəyərli nəşrə gələcək təqdimatlarında da uğurlar arzulayırıq!

Qurban Cəbrayıl


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM