Birinci vitse-prezidentin Rusiya səfəri mühüm yeniliklərə yol açır
Elman Nəsirov: “Ermənistana təsir imkanları baxımından Rusiyanın daha güclü mövqeyə malik olduğunu nəzərə alsaq, Moskva ilə Azərbaycan arasında əlaqələrin bütün parametrlər üzrə dinamik şəkildə inkişaf etdirilməsi Cənubi Qafqazda həllini gözləyən problemlərdən çıxış yollarının tapılmasında öz müsbət rolunu oynaya bilər”
Rusiya Azərbaycanla münasibətləri daha da dərinləşdirməyi nəzərdə tutur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu günlərdə Rusiya paytaxtına olan səfəri də göstərdi ki, Kreml Bakı ilə hərtərəfli əlaqələri daha da intensivləşdirməkdə maraqlıdır.
Rusiya Azərbaycanla bütün sahələrdə münasibətlərin dərinləşdirilməsini istəyir. İki ölkə arasında humanitar sahədə əlaqələr olduqca yüksəkdir. İqtisadi əməkdaşlıq əlaqələri durmadan inkişaf edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi genişlənir. Azərbaycanın qeyri-neft sektoru üzrə məhsullarının əsas alıcısı rolunda məhz şimal ölkəsi çıxış edir. Bundan başqa, Moskva Azərbaycanın iqtisadi potensialını nəzrə alaraq ölkəmizin Avrasiya İqtisadi İttifaqında təmsil olunmasında maraqlıdır. Moskva həmçinin dünyada hərbi güc baxımından ən güclü 50 ordular sırasında yer alan Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) görmək istəyir. Bir sözlə, görünən odur ki, Rusiya sürətlə inkişaf edən Azərbaycanla bütün sahələrdə əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsində maraqlıdır. Bunu şərtləndirən səbəblər nədir və bu hal Qafqazda geosiyasi proseslərin sonrakı inkişafına nə vəd edir?
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan-Rusiya münasibətləri bütün parametrlər üzrə inkişaf tempinə malikdir: “Bu nöqteyi-nəzərdən münasibətlər strateji tərəfdaşlıq münasibətləri səviyyəsindədir. Fundamental məsələlərdə hər iki dövlətin ortaq mövqedən çıxış etdiyi bəllidir. Bu səbəbdən ikitərəfli münasibətlər də yüksək səviyyədədir.
Eyni zamanda, çoxtərəfli, beynəlxalq təşkilatlar çərçivəsində də Bakı ilə Moskva bir çox hallarda ortaq mövqedən çıxış edirlər. Dövlət başçıları səviyyəsində də sıx və intensiv siyasi dialoq mövcuddur. İqtisadi-ticari əlaqələr dinamik inkişaf yolundadır. Xüsusən də qeyri-neft sektoru üzrə ikitərfəli münasibətlərin intensivləşməsi üçün daha geniş perspektivlər var. Humanitar sahədə və hərbi-texniki əməkdaşlıq sahəsində də Bakı ilə Moskva arasında münasibətlər dinamik inkişaf tempinə malikdir”.
Həmsöhbətimiz qeyd etdi ki, bu söylədiklərimizi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyavanın Rusiyaya ilk rəsmi səfəri də bir daha təsdiqlədi: “Bu səfər bir daha onu nümayiş etdirdi ki, xüsusilə ticarət-iqtisadi münasibətlərimizdə bir dinamika müşahidə olunmaqdadır. Keçən il iki ölkə arasında ticarətdə iqtisadi artım səviyyəsi 19 faiz olduğu halda, cari ilin 9 ayının yekunlarına görə, 26 faizə çatıb. 9 ay ərzində Azərbaycandan dünya ölkələrinə 1, 4 milyard dollarlıq qeyri-neft məhsulu ixrac olunubsa, onun 465,6 milyon dolları Rusiyaya ixrac olunub. Şimal ölkəsilə ticarət dövriyyəmiz 2,6 milyard dollara çatıb. Rusiyanın Azərbaycan iqtisadiyyatına investisiyası 4, 9 milyard, ölkəmizdən şimal ölkəsinə investisiya qoyuluşu isə 1,2 milyard dollar olub.
Birinci vitse-prezident Mehriban Əliyevanın Rusiya Prezidenti Vladimir Putin, baş naziri Dmitri Medvedyevlə görüşü və müzakirə olunan iqtisadi sfera üzrə məsələlər bir daha göstərdi ki, iki ölkə arasıda münasibətlər sözün həqiqi mənasında geniş imkan və perspektivə malikdir. Başlıcası, hər iki dövlət bu münasibətlərin inkişafında maraqlıdır. Bu münasibətlərin təsdiqi olaraq da Rusiya Prezidenti Mehriban Əliyevanı ölkəsinin ali dövlət mükafatlarından biri olan “Dostluq” ordenilə təltif etdi. Bu da təkcə onun fəaliyyətinə deyil, bütövlükdə Rusiyanın Azərbaycana verdiyi dəyər və qiymətin ifadəsidir.
Rusiya ilə Azərbaycan arasında humanitar sahədə əlaqələr mühüm əhəmiyyətə malikdir. Rusiyanın 3 nəhəng universitetinin Azərbaycanda filialı var və birgə diplom verilməsi prosesi reallaşır. Ölkəmizdə rus dili və ədəbiyyatına, mədəniyyətinə xüsusi diqqət var. Azərbaycanda 338 rusdilli məktəb fəaliyyət göstərir. 14 ali məktəbdə rus bölmələri mövcuddur. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır. Azərbaycan və Rusiya mehriban qonşuluq münasibətlərinə, bərabər hüquqa əsaslanan dövlətlərdir və bundan sonra da münasibətlərin inkişafı üçün geniş imkanlar vardır”.
Politoloqun fikrincə, Moskva ilə Bakı arasında münasibətlərin genişləndirilməsi nəticə etibarı ilə regionda sülhə və təhlükəsizlik mühitinin formalaşmasına xidmət edən addımdır: “Regionda sülh və təhlükəsizlik üçün yeganə ciddi təhlükə mənbəyi Ermənistanın işğalçılıq siyasətidir. Ermənistana təsir imkanları baxımından ən güclü mövqeyə malik olan ölkənin Rusiya olduğunu nəzərə alsaq, bu baxımdan Minsk qrupunun həmsədr dövlətilə Azərbaycan arasında əlaqələrin bütün parametrlər üzrə dinamik şəkildə inkişaf etdirilməsi heç şübhəsiz Cənubi Qafqazda həllini gözləyən problemlərdən çıxış yollarının tapılmasında öz müsbət rolunu oynaya bilər. Münasibətlərin belə bir inkişafı bütövlükdə regionda sabitləşdirici funksiyanı həyata keçirir və regiona sülhün gətirilməsi prosesinə bu mənada böyük töhfə ola bilər”.
R. SOLTANOV
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM