Ombudsman Aparatının əməkdaşı BMT-nin Biznes və İnsan Hüquqları üzrə Forumunun sessiyasında iştirak edib

08:05 / 29.11.2019

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı, Biznes və İnsan Hüquqları üzrə ixtisaslaşmış müşavir Rəşad Novruzov 25-27 noyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Biznes və İnsan Hüquqları üzrə Forumunun 8-ci sessiyasında iştirak edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, Dövlət, QHT və biznes qurumlarının 2000-dən çox nümayəndəsinin və ekspertlərinin iştirakı ilə keçirilən Forumu açıq elan edən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım Mişel Başele, İnsan Hüquqları Şurasının Vitse-prezidenti xanım Vesna Batistic-Koc və BMT-nin Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupunun rəhbəri xanım Elzbieta Karska gündəlikdə duran məsələlər barəsində məlumat verib.

Beynəlxalq tədbirdə dövlətlərin biznes qurumları tərəfindən pozulmuş insan hüquqlarının müvafiq siyasət, tənzimləmə və hüquq müdafiə vasitələrinin tətbiqi üsulu ilə müdafiəsini, korporativ sosial məsuliyyəti, habelə pozuntu hallarında effektiv hüquqi müdafiə vasitələrinə çatımın təmin edilməsini nəzərdə tutan “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər”in milli qanunvericiliyə implementasiyası və bu sahədə müvafiq milli fəaliyyət proqramının hazırlanaraq icrasının təmin edilməsi məsələləri müzakirə edilib.

Forumun müxtəlif sessiyalarında biznes və insan hüquqları kontekstində dövlətlərin, biznes qurumlarının, QHT-lərin və icmaların uşaq əməyi ilə mübarizədə rolu, gender, insan alveri, ətraf mühitin mühafizəsi məsələləri, korporativ sosial məsuliyyət sahəsində üzv dövlətlərin təcrübəsi və milli insan hüquqları təsisatlarının bu sahədə fəaliyyəti barədə təcrübə mübadiləsi aparılıb.

Ombudsman Aparatının əməkdaşı Forumun müvafiq sessiyasında çıxış edərək ölkə Prezidenti tərəfindən aparılan islahatların respublikamızda qeyri-neft sektorunun uğurla inkişaf etməsinə, ənənəvi istehsalat sahələrinin canlanmasına, yeni sənaye parklarının yaradılması ilə ölkə iqtisadiyyatının ixrac və rəqabət potensialının artırılmasına, ətraf rayonlarda məşğulluğun təmin edilməsinə, investisiyaların və müasir texnologiyaların cəlb edilməsinə şərait yaratdığını bildirib.

O, aparılan hüquqi islahatlarla vergi qanunvericliyinə əhəmiyyətli əlavə və dəyişikliklərin edildiyini, maliyyə-bank sistemində fiziki şəxslərə münasibətdə güzəştlərin tətbiq olunduğunu, müvafiq kompensasiyaların ödənildiyini, tikinti və şəhərsalma fəaliyyətinə dövlət nəzarətinin mərkəzləşdirilməklə gücləndirildiyini, prosedur qaydalarının sadələşdirildiyini, istehlakçıların hüquqlarının daha səmərəli müdafiəsi və qida məhsullarına dövlət nəzarətinin artırılması, idxal və ixrac proseslərinin idarə olunmasının mərkəzləşdirilməsinə nail olmaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyinin yaradıldığını və bu kimi bir çox sahələrdə əsaslı dəyişiklərin baş verdiyini qeyd edib.

Ombudsmanın BMT-nin ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, o cümlədən, Beynəlxalq və regional ombudsman institutları, beynəlxalq QHT-lər və şəbəkələr ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğu, o cümlədən, Aİ-nin Tvinninq və TAİEX layihələrinin, həmçinin Şərq Tərəfdaşlığı kimi proqrqamların da iştirakçısı olduğu diqqətə çatdırlıb. 
R.Novruzov, Müvəkkilin bu sahədə fəaliyyətini şikayətlərin araşdırılması, elmi-analitik fəaliyyət və hüquqi maarifləndirmə istiqamətləri üzrə uğurla davam etdirdiyini, qeyd olunan sahədə aidiyyəti qurumların fəaliyyətinin əlaqələndirilməsi, beynəlxalq sənədlərin öyrənilməsi və implementasiyası, qanunvericiliyin təkmilləşdirilməsi, marifləndirmə işinin səmərəli təşkili məqsədi ilə Ombudsman yanında Biznes və İnsan Hüquqları üzrə İşçi Qrupun təsis edildiyini, 20-dən çox dövlət qurumu və QHT nümayəndələrinin həmin qrupda təmsil olunduqlarını bildirib.

İşçi Qrup tərəfindən hazırkı vaxtadək müxtəlif əhali qruplarının maraqlarını və aktual mövzuları əhatə edən 19 dəyirmi masa təşkil olunduğu, tədbirlərdə səsləndirilən təkliflərin ümumiləşdirilərək aidiyyəti qurumlara göndərildiyi, Müvəkkilin illik məruzələrinə daxil edilərək daha geniş şəkildə ictimaiyyətin diqqətinə çatdırıldığı, bir sıra təkliflərin normativ-hüquqi aktlara edilən dəyişikliklərdə, qəbul edilən yeni dövlət proqramlarında nəzərə alındığı qeyd olunub.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin implementasiyası, o cümlədən uşaq hüquqlarının müdafiəsi, gender, əlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsi, ətraf mühitin mühafizəsi məsələlərinin İşçi Qrupun fəaliyyətinin əsas istiqamətlərindən olduğu, Ombudsman Aparatının əməkdaşlarının Dayanıqlı İnkişaf üzrə Əlaqələndirmə Şurasının üç işçi qrupunda təmsil olunaraq, müzakirələrdə müvafiq təklifləri təqdim etdiyi, ölkə üzrə könüllü hesabatların hazırlanmasında digər aidiyyəti dövlət qurumları və QHT-lərlə birgə fəal iştirak etdikləri sessiya iştirakçılarının diqqətinə çatdırılıb.

Müvəkkilin təşəbbüsü ilə Biznes və İnsan hüquqları sahəsində beynəlxalq sənədlər öyrənildiyi, BMT-nin “Qlobal Saazişi”nin, “Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri”nin, o cümlədən bu sənədin şərhinin, “Edinburq Bəyannaməsi” kimi mühüm sənədlərin Azərbaycan dilinə tərcümə edilərək Ombudsmanın rəsmi internet səhifəsində yerləşdirilməklə geniş ictimaiyyətin diqqətinə çatdrıldığı bildirilib.

Aparatın əməkdaşı bildirib ki, Ombudsmanın təşəbbüsü ilə “Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində 2020-2024-cü illər üzrə Milli Fəaliyyət Proqramı” hazırlanaraq aidiyyəti üzrə təqdim olunub. Həmin layihədə biznes və insan hüquqları üzrə ayrıca dövlət proqramının hazırlanması, sahibkarların insan hüquqları üzrə öhdəliklər barədə məlumatlandırılması, onların lazımi informasiya ilə təmin edilməsi, treninqlər və digər vasitələrlə dəstəklənməsi, müəssisələrin fəaliyyətləri çərçivəsində insan hüquqlarına riayət olunması metodlarına dair effektiv təlimatlandırılması və digər bu kimi vəzifələri müəyyən edən mühüm bəndlər öz əksini tapdığı qeyd edilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM