Yeni Azərbaycan Partiyası Siyasi Şurasının noyabrın 28-də keçirilən iclasında Azərbaycan parlamentində islahatların aparılmasının vacibliyi qeyd edildi və Milli Məclisin buraxılması barədə təşəbbüs irəli sürüldü. Bildirildi ki, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli, geniş, əhatəli xarakter daşıyır. Məhz bu baxımdan islahatlar qanunverici hakimiyyət sferasından da kənarda qalmamalıdır. YAP üzvləri Siyasi Şuranın iclasında bu məsələni müzakirə edərək, bir daha islahatlar konsepsiyasına öz dəstəklərini nümayiş etdirdilər. Siyasi Şuranın bütün üzvləri bu məsələdə Azərbaycan parlamentinin də yeniləşməsinin, müasirləşməsinin zəruri olduğu barədə yekdil qərara gəldilər. Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovla söhbətimiz bu barədə oldu. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının Milli Məclisin buraxılması barədə qərarına aydınlıq gətirən E.Nəsirov dedi:
– Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası partiyanın parlament təmsilçilərinə müraciət edərək bildirdi ki, ölkədə həyata keçirilən islahatlar fonunda Milli Məclisin buraxılması məsələsini gündəmə gətirsinlər. Bu məsələ artıq parlamentin müzakirəsinə çıxarılacaq. Müzakirələrdən sonra qərar qəbul olunacaq və dövlət başçısına yeni seçkilərin keçirilməsi barədə müraciət olunacaq.
– Elman müəllim, bu zərurət nədən yarandı?
– Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında sistemli, ardıcıl islahatlar kursu həyata keçirilir. Respublikamızda elə bir sfera yoxdur ki, islahatlar onu əhatə etməsin. Sosial, iqtisadi, məhkəmə-hüquq sistemində və digər sahələrdə islahatlara start verilib. Xalq bu islahatların bəhrəsini artıq gündəlik həyatında hiss edir. Göründüyü kimi, hakimiyyətin hər iki qanadında islahatlar aparılıb. Ölkəmizin sürətli inkişafının təmin olunması üçün islahatların bütün sahələr üzrə aparılması vacibdir. Təbii ki, qanunverici orqan olan Milli Məclisdə də yeniləşmə olmalıdır. Bu baxımdan, Milli Məclisin buraxılması barədə Yeni Azərbaycan Partiyası Siyasi Şurası tərəfindən təşəbbüsün irəli sürülməsi məntiqidir və ölkəmizdə aparılan islahatlar kursunun mahiyyətindən, onun fəlsəfəsindən doğan bir zərurətdir.
İslahatlar barəsində də cənab Prezidentin çox maraqlı fikirləri var. Deyir ki, islahat, ilk növbədə, təkamüldür, yeni dövrə uyğunlaşma və tərəqqidir. Eyni məntiqlə Milli Məclis də təkmilləşmə kursuna, yeni şəraitə, tərəqqiyə uyğun olaraq bu addımları atır. Hesab edirəm ki, bununla da islahatlar artıq cəmiyyətimizin bütün sferalarını, o cümlədən parlamenti də əhatə etməklə tam məzmun kəsb edir.
– Növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə bağlı radikal müxalifət nümayəndələri müxtəlif fikirlər səsləndirirlər. Bu məsələyə sizin münasibətiniz necədir?
– Siyasi partiyaların qarşıya qoyduğu əsas məsələlərdən biri də ölkədə keçirilən hər hansı bir seçkiyə hazırlaşmaq , seçkilərdə iştirak etmək və qələbə qazanmaqdır. Seçkini boykot etmək, növbədənkənar seçkilər haqqında mənfi fikir söyləmək zəiflik, acizlik əlamətidir. Bu fikri səsləndirənlər yaxşı bilirlər ki, onlara dəstək verən yoxdur və hansı seçkiyə qatılsalar da, seçicilərin etimadını qazana bilməyəcəklər. Ona görə də indidən su bulandırmaq, çaşqınlıq yaratmaq istəyirlər. Növbədənkənar seçkilərin keçirilməsi nadir hadisə deyil və təkcə bizim ölkəmizdə müşahidə olunmur. Dünya praktikasına nəzər salsaq, belə halların tez-tez baş verdiyinin şahidi olarıq. Məsələn, bir faktı diqqətinizə çatdırım.
Bu il dekabrın 12-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. Daha bir fakt deyə bilərəm. 2015-ci ildən 2019-cu ilə qədər İspaniyada 4 erkən parlament seçkiləri keçirilib. Hətta 2019-cu ildə həmin ölkədə 2 belə növbədənkənar seçki keçirilib. Həmçinin, İsraildə də növbədənkənar parlament seçkiləri keçirilib. Görürsünüzmü, dünya praktikasında belə hallar baş verir. Ona görə də növbədənkənar parlament seçkilərinin keçirilməsini qeyri-adi hadisə kimi qələmə vermək və ya bu hadisədən siyasi məqsədlər üçün istifadə etmək siyasətdən bixəbər adamların, araqarışdıranların işidir.
Əslində, Yeni Azərbaycan Partiyasının Siyasi Şurası növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edərək yeni siyasi mədəniyyət nümayiş etdirdi və müstəqillik tariximizə yeni səhifə yazdı. Yəqin ki, hər kəsin yadındadır. YAP yeni yarananda o zamankı antimilli hakimiyyətə qarşı müxalifətdə olub. Qısa bir zamanda ətrafına minlərlə üzv və təəssübkeş toplayan bu partiya xalqın dəstəyi ilə hakimiyyətə gəldi. Hakimiyyətə gəldiyi vaxtdan bu günə qədər ölkədə keçirilən bütün seçkilərdə rəqiblərini özündən xeyli arxada qoyub. Bu gün Azərbaycanın dünyada nüfuz sahibi olmasında YAP-ın xidmətləri danılmazdır. İndi də növbəti siyasi mədəniyyət ortaya qoyaraq növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə təşəbbüslə çıxış etdi.
Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil olunan deputatları könüllü şəkildə öz səlahiyyətlərindən imtina edir və yeni seçkilərin keçirilməsi istəyini ortaya qoyurlar. Hesab edirəm ki, yeniləşən Azərbaycana yeni parlament nəsib olacaq.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM