Müsahibimiz siyasi elmlər üzrə fəlsəfə doktoru, ”Bir əsrin xəzinəsi. Bakı Dövlət Universiteti 100 il” adlı kitabın müəllifi Günel Məliklidir
- Günel xanım, sizin Bakı Dövlət Universiteti haqqında kitab yazmağınız fədakarlıq məhsulu, zəhmət nəticəsidir. Bir məzun üçün bu çox böyük töhfədir ki, oxuduğu ali təhsil ocağına bir növ öz borcunu qaytarmış olur. Bu gənclərə nümunə olan olan keyfiyyətlərdən biridir.. “İlham Əliyevin siyasi stratgiyasında milli piroritetlər ”, “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu ” kitablarından sonra sizi bu kitabı yazmağa sövq edən hansı hisslər oldu?
- Mən Universitetə qəbul olduğum vaxtdan universitetin tarixinə böyük maraq göstərmişəm.Ümimiyyətlə, universitetlə bağlı nə varsa o mənim üçün çox qiymətlidir. Universitetlərin tarixi kontekstində Bakı Dövlət Universitetin yaranması Azərbaycanlı üçün böyük bir dünyadır, böyük bir dünyaya giriş deməkdir, çağırış deməkdir.
Belə bir müdrik kəlam var: “Hər kim elmə cığır açarsa, ona ölüm yoxdur”.
Bakı Dövlət Universiteti bütövlükdə bu şərəfli missiyanı həyata keçirir. İllər uzunu könlümdə, gözümdə oxşadığım, “kiçik planetim” saydığım doğma, əziz, ana qucağı kimi isti, mehriban universitetim! Övlad ata-anasıyla öyündüyü kimi mən də universitetin dünəni, bu günü, sabahıyla öyünür, qürur duyuram. Bütövlükdə bunlar məni sövq etdiki mən bir gənc olaraq Bakı Dövlət Universiteti haqqında kitab yazım.
Müasir Azərbaycan dövlətçiliyinin xilaskarı və memarı olan ümummilli lider Heydər Əliyev isə bu elm və təhsil məbədinin adını və şöhrətini yüksəklərə qaldırdırmışdır. Heydər Əliyev Bakı Dövlət Universitetinin yetirməsi olduğunu da hər zaman xatırlatmış, bununla fəxr etdiyini dəfələrlə vurğulamış, bu ali təhsil müəssisəsini Azərbaycan xalqının milli sərvəti adlandırmışdır. Bir çox görüşlərində “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” söyləyən ulu öndər Heydər Əliyev həmişə bu təhsil ocağının ölkənin ali məktəblərinin bayraqdarı-flaqmanı saymış və onu hər yerdə nümunə göstərərək demişdir: “Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında məhz Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Sonrakı dövrlərdə Azərbaycanda yaranmış elmi tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür”.
- Tələbələrinizə münasibətiniz haqqında nə deyərdiz?
- Mənim üçün də məni boya-başa çatdıran bir təhsil ocağında çalışmağım ən böyük uğurumdur. Təyyarə uçuş meydanından güc toplayıb göylərə qalxdığı kimi, mən də isti ana qoynundan – doğma universitetimizdən pərvazlanmaq, gələcək arzularıma qovuşmaq istəyirəm.
Tələbə auditoriyasında keçirdiyim anlar mənim ən xoşbəxt anlarımdır. Tələbələrimin hər birində ilk növbədə böyük vətəndaş olmağı, Azərbaycan sevdalısı olmağı, universitetin dəyərlərini qorumağı, adını, şərəfini uca tutmağı görmək istəyirəm.
“Biz həmişə qürurla deyirik ki, müasir Azərbaycanımızın memarı və qurucusu, ulu öndər Heydər Əliyev bizim doğma Bakı Dövlət Universitetinin yetirməsidir”. Hər bir məzunun yolunda işıq, nur olan ulu öndər Heydər Əliyevin ideyaları həm də xoşbəxt gələcəyimizin qarantıdır.
Bu gün Bakı Dövlət Universitetini bitirən hər bir istedadlı gənc bu ali məktəbin dəyəridir, təmsilçisidir, bir zərrəsidir. Yurdun dörd bir yanına səpələnəcək bu gənclərin hər biri Vətən aşiqi, Vətən sevdalısıdır.
Soruşun hardan gəlir mənim könül dincliyim?
Yüzlərlə tələbəmdə yaşar mənim gəncliyim.
Dosta dayaq, istehkam yada qənim gəncliyim,
Vətən boy ata bilməz, iftixarı olmasa.
- Kitabın təqdimat mərasimində çıxışınız hər kəsi heyran etdi. Bakı Dövlət Universitetindən cəsarət alan, Bakı Dövlət Universitetini hikməti, sirdaşı, dostu bilən, əla qiyməti ilə fəxr edən şerin bir qismini söyləyə bilərsinizmi?
-Bəli, illər keçsə də, nə vaxtsa oxuduğum, unuda bilmədiyim bu sətirlər sönmüş tonqalın külü altından közərir, üz-gözümə işıq, nur çiləyir:
Ocağında alışdığım, qucağında isindiyim, qoynunda boya-başa çatdığım, ağlım, düşüncəm, hikmətim-Universitetim!
Yuxusuz gecəm, narahat gündüzüm, gərgin imtahanım, dəli-dolu gəncliyim, qaynar tələbəliyim, heyrətim, qeyrətim-Universitetim!
Yazan qələmim, oxunan kitabım, qanadlanan həvəsim, şeirim, şeriyyətim-Universitetim!
Dünyaya açılan pəncərəm, həyata uzanan qollarım, varlığa vurulan gözlərim, ən dadlı nemətim, ən şirin qismətim-Universitetim!
Müəllimi atam, müəlliməsi anam, tələbəsi qardaşım, tələbəsi bacım, şairi ustadım, alimi istedadım, dəhlizi, otağı xatirəm, heç vaxt yadımdan çıxmayan küsəyən bir qızın titrəyən dodağı xatirəm, saralmaz çəmənim, solmaz çiçəyim, yamyaşıl cənnətim – universitetim!
Laylam, bayatım, ömürlük həyatım, ad günüm, şad günüm, şənliyim, büsatım, əla qiymətim-universitetim! Və unuda bilmədiyim, hara getsəm darıxdığım, döndüyüm, boyunu oxşayıb-öydüyüm ilk məhəbbətim universitetim!
Arzunu, istəyi göyərdən, bitirən, insanı qaldırıb Allaha yetirən, keçmişi, dünəni bu günə gətirən, ən böyük şərəfi çiyninə götürən tarixi qələbəm, tarixi şöhrətim- Universitetim!
- Sizin kimi bir gənc xanımda universitetlə bağlı həm də içindən alovlanan bir yanarlıq var, öz işinizə ciddi yanaşmaq məsuliyyəti vardır. Bunu necə izah edərdiniz?
- Universitet milli ruhu inkişaf etdirən bir ocaqdır. Burada təhsil almış, universitet divarları arasında işləmiş, fəaliyyət göstərmiş, elmi zənginləşdirməyə çalışanlar fədakar alimlər universitetə çox bağlanmışlar.
“Daşını, divarını sevdiyim universitetim...
Sənə söz deməyə gərək yoxdur,
Arzularımın say-hesabını sən bilirsən.
Sən məni, məndən çox tanıyırsan.
Sən mənə, məndən çox sirdaşsan.
Sən mənə elm verdin, sən mənə həyatı öyrətdin,
Mən sənə bağlandım, dostum Sənsən.
Bu mənim ən böyük zəngimliyimdir...
Yoxluğumda belə, məni var edən Sən olacaqsan,
Doğma Universitetim!”
100 illik yubileyini keçirəcəyimiz Bakı Dövlət Universiteti hər bir müəllimin, hər bir gəncin çiyninə böyük məsuliyyət yükü qoyur: Universitetimizin şərəfli yubileyini qürurla, təntənə ilə qeyd etmək, doğma universitetimizin örnək ola biləcək böyük alimlərinin, şəxsiyyətlərinin adlarını minnətdarlıqla yad etmək, xatirələrini yaşatmaq. Bu, bugünkü gəncliyin çiyninə düşən ən böyük məsuliyyətdir.
Doğrudan da, Mir Cəlal Paşayev, Əziz Əliyev, Yusif Məmmədəliyev, Nəsir İmanquluyev, Aida İmanquluyeva, Cəlal Əliyev, Həmid Araslı, Məmməd Cəfər, Məmməd Arif, Hidayət Əfəndiyev, Əli Sultanlı, Əli Fəhmi, Cəfər Xəndan, Rəfiqə Əliyeva, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə və başqa unudulmaz şəxsiyyətlərin dərs dediyi, adlarını universitetimizin tarixinə qızıl hərflərlə yazdıran elm ocağının pərvanəsi olmaq gərəkdir.
Prezident İlham Əliyevin bu möhtəşəm bayramın dövlət səviyyəsində qeyd edilməsilə bağlı hələ iki il əvvəl - 2017-ci il noyabrın 14-də imzaladığı sərəncamda deyilir:
“2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Dövlət başçısının sərəncamda qeyd etdiyi kimi: “Bir əsrlik fəaliyyəti dövründə xalqına, Azərbaycan adlı Vətənimizə xidmətini göstərmiş ali təhsil məbədimiz Bakı Dövlət Universiteti layiq olduğu yüksək qiyməti almışdır. Bizim ata ocağımız sayılan universitetə Prezidentimizin bu diqqət və qayğısına görə minnətdarıq və onu əmin edirik ki, Bakı Dövlət Universiteti bundan sonra da müstəqil Azərbaycanın çiçəklənməsi naminə öz bilik və təcrübəsini əsirgəmiyəcək”.
-Kitabla tanışlıq zamanı öyrəndik ki, böyük bir informasiya bloku ilə dəyərli şərhlərinizlə çıxış etmisiniz, çox maraqlı seleksiyalar, ümumiləşmələr aparmısınız. Universitetin yaranma prosesini dolğun şəkildə, böyük zəhmət qoyaraq işıqlandırmısız. Bu, əslində, Universitet haqqında biblioqrafik kitabdır. Çünki kitab boyu, universitetin dünənindən bu gününə keçdiyi yolu izləməyə imkanımız olur. Bu kitab vasitəsi ilə dünya elmində nə qədər universitetlər var, həmin universitetlərin yaranma tarixi, yaranma şəraiti ilə tanış olmuş oluruq və Bakı Dövlət Universitetinin Azərbaycanda yerinin və rolunun təsəvvür edə bilirik. Bu kitab tarixçi, alimlər, tələbələr ümumilikdə Azərbaycan vətəndaşı üçün əhəmiyyətli mənbədir. Bu bizimdə sevincimizdir ki, sizin ki gənclərimiz var. Biz belə gənclərimizlə qürurlanırıq, fəxr edirik. Bakı Dövlət Universitetinin tarixini ekskursiya edib, araşdırmaq, bədii çalarlar qoymaq, bütövlükdə bir xəzinə şəklinə salıb yazmaq.
- Bakı Dövlət Universiteti elə bir dəyərdir ki, Azərbaycanın hər bir vətəndaşı universitetlə qürur duryur. Bilirsiz ki, məhur ABŞ prezidentlərindən biri deyirdi ki. ABŞ ona görə güclüdür ki, ABŞ-ın güclü universitetləri var. Mən deyərdim ki, Azərbaycanın da Bakı Dövlət Universiteti kimi elm məbədi var.
“Bir əsrin xəzinəsi- Bakı Dövlət Universiteti 100 il” yazdığım bu kitab qazandığım bütün uğurlarımda ana nəvazişi kimi əziz saydığım müqəddəs elm məbədimiz olan Bakı Dövlət Universitetinin 100 illiyinə bir övlad borcudur.
Mən də Bakı Dövlət Universitetinin minlərlə məzunlarından biri kimi, bu müqəddəs elm məbədi qarşısında bir övlad məhəbbəti ilə baş əyərək deyirəm: 100 yaşın mübarək, Şanlı Universitetim!
Gənclərə demək istəyirəm ki, səylə çalışmaq, digər işlərə az zaman ayırıb, öz perspektivi, fikrini bildirmək, məqsədinə çatmaq üçün gərgin işləmək lazımdır.
Müsahibəni aldı: İsmayıl Qasımov
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM