AHİK-in IV qurultayının qərarlarının yerinə yetirilməsi çərçivəsində “Azərbaycanda həmkarlar ittifaqları hərəkatının bugünkü inkişafı və problemləri” mövzusunda tədbirlərin keçirilməsi haqqında AHİK-in İcraiyyə Komitəsinin 08 iyul 2014-cü il tarixli qərarı ilə əlaqədar olaraq bu gün respublikamızın əksər həmkarlar ittifaqlarında silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) keçirilmişdir. “Azərbaycanda həmkarlar ittifaqları hərəkatının bugünkü inkişafı və problemləri, motivasiya işinin gücləndirilməsi” mövzusunda təşkil olunmuş konfransa sahə həmkarlar ittifaqları Respublika Komitəsinin nümayəndələri, o çümlədən , “ Kənd-Qida-İş” HİF, Mədəniyyət İş.Neft və Qaz sən.iş., Dövlət İdarələri, Elektroenergetika və Elektrotexnika sən. iş., “İnşaat-İş.” HİF, Səhiyyə iş., “ Xidmət-İş ” HİF , Toxucu və Yüngül sən. iş., Yerli Sən. və Kommunal Məişət Müəssis. Iş., gənc həmkarlar ittifaqları liderləri, qabaqcıl müəllimlər, tələbələr dəvət olunmuşdu. Akademiyanın müəllimləri tərəfindən həmkarlar ittifaqlarının fəaliyyətini əks etdirən müxtəlif mövzularda nəşr olunmuş kitab sərgisi ilə tanış olduqdan sonra konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə açan Akademiyanın rektoru professor Hüseyn Qaraşov bildirdi ki, bu gün həmkarlar ittifaqların vətəndaş cəmiyyətinin strukturlarının formalaşmasında həlledici rola malikdir. Həmkarlar ittifaqları nə qədər güclü olarsa, demokratik prinsiplərin,qanunların aliliyinin qorunmasına mühüm töhfələr verə bilər. Müasir dövrdə əməkçilərin hüquqlarının qorunmasına, sosial ədalət prinsipinə əməl olunmasına, cəmiyyətdə sosial dialoqun təşəkkül tapmasına böyük etiyac vardır. Müxtəlif problemlərin həllində həmkarlar ittifaqları qətiyyətli mövqe tutmalı, işçilərin sosial-əmək hüquqlarının qorunması yolunda oz gücünü ortaya qoymalıdır. Əsas məqsədimizə çatmaq üçün - həmkarlar ittifaqının güclənməsi, yeni-yeni qüvvələrin cəlb olunması, motivasiya işinin düzgün qurulması üçün bilik və bacarığınızı səfərbər etməliyik. Sonra rektor konfransın proqramı ilə iştirakçıları tanış etdi, reqlament müəyyənləşdirildi. Proqrama uyğun olaraq “Müasir dövrdə Azərbaycanda həmkarlar ittifaqı hərəkatının aktual məsələləri” mövzusunda məruzə ilə professor H.Qaraşov çıxış etdi. Rektor Azərbaycanda həmkarlar hərəkatının tarixinə qısaca ekskurs etdikdən sonra bu gün həmkarlar ittifaqlarının qarşısında duran vəzifələr və prioritet istiqamətlər barədə fikirlərini çatdırdı. O qeyd etdi ki , bu gün Azərbaycan həmkarlar ittifaqı respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, bir sıra dövlət proqramlarının hazırlanmasında, qanun və məcəllələrə əlavə və dəyişikliklərin edilməsində təkliflərlə çıxış edir,sosial-əmək münasibətlərinin tənzimlənməsində sosial tərəfdaşlığın prinsiplərinə riayət olunmasına səy göstərir. AHİK-in beynəlxalq nüfuza malik olmasını da xüsusulə vurgulayan natiq AHİK-in sədri professor Səttar Mehbalıyevin 161 ölkədən 178 milyon üzvü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasnın vitse-prezidenti seçilməsini AHİK-in fəaliyyətinə verilən qiymətin nəticəsi adlandırdı. Çıxış edən hüquqların müdafiəsi,təhsil, təşkilati işlərdə,informasiya təminatı məsələlərindəki bəzi problemlərin aradan qaldırılması barədə fikirlərini bölüşdü.
“Motivasiyasının nəzəri aspektləri:tələbatlar, maraqlar və motivlər anlayışı, motivasiya prosesi” barəsində cıxış edən AƏSMA “Sosial tərəfdaşlıq, həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər” kafedrasının müdiri dosent Zeynəddin Şabanov motivasiya prosesi,onun mahiyyyəti, motivasiyada ünsiyyət və tələbatlar, motivlər və onların növləri, elmi əsasları və praktik göstəricilər, informasiya və “masa” mədəniyyəti barədə konfrans iştirakcılarını məlumatlandırdı.
“Gənc həmkarlar ittifaqı liderinin hazırlanması həmkarlar ittifaqı fəaliyyətinin əsas istiqamətidir” mövzusunda çıxış edən AƏSMA “Həmkarlar ittifaqı kadr və fəallarının yenidən yenidən hazırlanma və ixtisasartırma” şöbəsinin metodisti Elmir Zeynalov öz çıxışında həmkarlar ittifaqları fəallarının təhsilinin bütün səviyyədə həmkarlar ittifaqları işçilərinin və onun strukturlarının səmərəliliyinin kadr və fəalların hazırlığının səviyyəsindən və keyfiyyətindən xeyli dərəcədə asılı olduğunu qeyd etdi. Təcrübə göstərir ki, seminarların və dialoqun keçirilməsi prosesində gənc üzvlər həmkarlar ittifaqları və onların təyinatı, funksiyaları, həmkarlar ittifaqları təşkilatlarının statusu və vəzifələri, ilk həmkarlar ittifaqı təşkilatının əməkçilərin hüquqlarının qorunması problemləri ətrafında gedən diskussiyalarda azad demokratik həmkarlar ittifaqları haqqında maraqlı və obyektiv biliklər əldə edirlər.
Akademiyanın IV kurs tələbəsi Mahmud Məmmədzadə “Gənclər və həmkarlar ittifaqı:cəlbetmə problemləri, təşəbbbüs və fəallığın artırılması” adlı məruzəsində diqqəti gənclərin problemlərinin həllinə yönəltdi və bu istiqamətdə görülən işlərdən və gənclərin həmkarlar ittifaqlarına cəlb olunmasının zəruriliyindən danışdı.
Akademiyanın nəşr etdirdiyi “Əmək və sosial münasibətlər” elmi-praktiki jurnalının 1-ci sayının təqdimatından sonra ayrı-ayrı həmkarlar ittifaqları RK-nin nümayəndələri öz fikir və təkliflərini bildirdilər. Onlar bildirdilər ki, işçilərin maddi həyat şəraitinin yaxşılaşdırılması, əmək haqqının səviyyəsinin artırılması, istirahət vaxtının təşkili ilə müntəzəm olaraq qaygılanmalı, onların maraq və tələbatlarının ödənilməsinə diqqət yetirilməlidir. AHİK-in təşkilat –işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov mövzu ətrafında görülən işlərdən, motivasiya işinin düzgün qurulmasından danışdı. O,belə tədbirlərin keçirilməsinin həmkarlar ittifaqı üzvlərinin sıralarının artırılmasına və həmkarlar ittifaqlarının işinin yüksəldilməsi və fəaliyyətinin daha səmərəli olmasına xidmət etdiyini bildirdi.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM