Bakıda qadını tapmaq üçün qəribə üsuldan istifadə olunur. Sosial şəbəkələrdə bir zərərçəkmiş ona qarşı fırıldaqçılıq edən qadını axtarmaq üçün videorolik hazırlayıb və Yutub-a yerləşdirib.
Adı Larisa Tarasova-Hüseynova Vladimirovna olan qadın 57-58 yaşlarındadır. Bir müddət öncə Bakı şəhərində yaşayırdı. Ancaq hal-hazırda başqa bir ad altında gizlənir. İddia olunur ki, həmin qadın bir çox insaların külli miqdarda pullarını mənimsəyib. Qohumları Başqırdıstanın paytaxtı Ufa şəhərində yaşadığından onun da orada olması ehtimal olunur.
Qadının hansı dələduzluqlar etməsi barədə açıqlama verilmir.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov Milli.Az-a açıqlamasında bildirdi ki, həmin videoya baxmadan fikir bildirmək olmaz. Həmin video araşdırılmalıdr, yalan da ola bilər.