“Qarabağ”ın qış transferləri - Kimlər gedir, kimlər gəlir?

16:47 / 09.12.2019

Azərbaycan Premyer Liqasında qış fasiləsinin başlaması ilə diqqət yenə iddialı klubların transferlərinə yönəlib. Xüsusən çempionluq uğrunda son turadək rəqabətdə olacaq “Qarabağ” və “Neftçi”dən kimlərin gedəcəyi, kimlərin gələcəyi maraq doğurur. Bu yazıda son çempion və turnir cədvəlinin hazırkı lideri “Qarabağ”ın transferləri haqda danışacağıq.

Qapıçı

 
Öncədən qeyd edək ki, baş məşqçi Qurban Qurbanov qışda bir neçə mövqeni gücləndirmək haqda düşünür. Bu ayın sonu müqaviləsi başa çatacaq Asmir Beqoviçlə yolların ayrılacağı demək olar ki, qətiləşib. Ona görə də Ağdam klubuna əlavə bir qapıçının lazım olduğu şübhə doğurmur. Düzdür, daxili çempionatda Vaqner da Silva və Şahruddin Məhəmmədəliyevə şans verilir və onlar ümumən etimadı doğruldurlar. Amma istənilən halda Avropa kuboku üçün komandaya yeni qapıçı lazımdır. Nəzərə alsaq ki, Vaqnerin “Qarabağ”la müqaviləsi gələn yay başa çatır, onun klubda qalıb-qalmayacağı da hələ bilinmir, bu mənada klubun artıq indidən yeni qapıçı axtarışında olduğunu söyləmək olar. Namizədlər arasında Şotlandiyanın “Sent Mirren” klubunun çexiyalı qolkiperi Vatslav Qladki var. Ağdam klubu yayda da bu oyunçunu almaq istəyib. Onun üçün müqavilə ilə məxsus olduğu klubuna hətta 200 funt sterlinq də təklif olunub. Amma şotlandlar qapıçını satmaq istəməyiblər (bəzi məlumatlara görə, ona görə iki dəfə artıq pul istəyiblər). Qladkinin şotlandlarla müqaviləsi hələ gələn yay başa çatır. Buna baxmayaraq, onun artıq qış fasiləsində maddi və nəticə baxımdan (Şotlandiya liqasında sonuncu yer) hazırkı klubundan getmək istədiyi bildirilir.


Vatslav Qladki

Lakin istər qapıçı, istərsə də digər mövqelər üçün işin çətin tərəflərindən biri odur ki, qışda azad agent statuslu oyunçu tapmaq çətin olur. Çoxusunun klubları ilə müqaviləsi olduğundan onlara görə klublarına əlavə pul ödənilir. Lakin problem tək bu da deyil. Bir çox əcnəbi futbolçu Premyer Liqanın səviyyəsinin çox aşağı olması səbəbindən Azərbaycana gəlmək istəmirlər. Bu fakt təkcə bizim məşqçilər, klub rəhbərləri deyil, həm də transferlərdən gəlir əldə edən menecerlər tərəfindən acı bir fakt kimi etiraf olunur. Yerli oyunçuların səviyyəsi isə bir çox halda “Qarabağ”ın tələblərinə cavab vermir. Amma onlar yox da deyil.

Müdafiə

Böyük ehtimal “Qarabağ” müdafiə xəttinə də azı bir oyunçu almaq istəyəcək. İlk öncə bu, mərkəz müdafiəçisi ola bilər. Məsələ burasındadır ki, Rəşad Sadıqov yəqin ki, bu mövsümün sonu karyerasını başa vuracaq. Ona görə də Bədavi Hüseynov və Rahil Məmmədovla yanaşı komandaya əlavə stopper lazım olacaq. Əcnəbilərin adı bilinməsə də, yerli oyunçulardan gənc Bəhlul Mustafazadənin həm keyfiyyət, həm də xaraktercə “Qarabağ”a uyğun gəldiyini demək olar.


Bəhlul Mustafazadə

Qurban Qurbanovun sol cinah mövqeyinə də müdafiəçi axtardığını təxmin etmək olar. İndi həmin mövqedə daimi oynayan Ailton Silva bu yay “Qarabağ”a icarə qaydasında keçib və mövsümün  sonu onun müqavilə müddəti başa çatır. Ailton hər nə qədər start heyətinin oyunçusu olsa da, Donald Gerye qədər hücumlara effektli qoşula bilmir, ciddi səhvləri olub. Bundan başqa onun xarakterində müəyyən problemlərin olduğunu Qurban Qurbanov özü də etiraf edib. Bu mənada, istisna deyil ki, artıq qışda, ən geci isə yayda onun mövqeyinə futbolçu alınsın.

Yarımmüdafiə

Azı bir namizəd futbolçu da yarımmüdafiə mövqeyinədir. Simeon Slavçev böyük ehtimalla göndəriləcək, Ozobiç zədəsini təzə sağaldıb. Ona görə də istənilən halda ortaya bir futbolçu lazımdır.

Yaralı yer: hücum

Amma heç şübhəsiz, “Qarabağ”ın Dino Ndlovunun gedişindən sonra, 2 ilə yaxındır ən yaralı yeri hücum xəttidir. Bu mövqeyə ötən ildən bəri 2 oyunçu alındı. İnnosent Emeqara ümidləri doğrultmadığı üçün bu yay göndərildi. Onun yerinə gələn Maqaye Qeye isə avrokuboklar və yerli çempionat da daxil olmaqla iştirak etdiyi ümumən 20-dək oyunda cəmi 5 qol vurdu. Razılaşaq ki, bu, bir hücumçu üçün çox aşağı göstəricidir və haqlı tənqidlərə əsas verir.


Maqaye Qeye

Bu səbəbdən Qurban Qurbanovun hücum mövqeyinə də əlavə oyunçu almaq istədiyini təxmin etmək olar. Amma bütün bunlar hələ o demək deyil ki, “Qarabağ” qışda istədiyi bütün futbolçuları ala biləcək. Bu məsələdə klubdan asılı olan (transfer üçün büdcənin artırılması) və olmayan (futbolçunun azad agent olub-olmaması, müqaviləsi olan üçün Azərbaycan reallığı üçün tələb ediləcək kompensiyanın məbləği, nəhayət, futbolçunun Azərbaycan çempionatında oynaması)  səbəblər də öz sözünü deyəcək.

Amma reallıq budur ki, “Qarabağ” indiki heyəti ilə növbəti dəfə Premyer Liqanın qalibi adına əsas iddiaçı kimi qalsa da, növbəti mövsüm avrokuboklarda istədiyi uğura nail olmaq üçün yeni futbolçular alınmalıdır. Və təəssüf ki, yerli oyunçu qıtlığı səbəbindən “Qarabağ” yenə xarici bazara üz tutacaq.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM