Dövlət   idarəçiliyində nəzarət sisteminin təşkili  

10:38 / 10.12.2019

Murtəza Həsənov,   s.e.f.d.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  “Dövlət qulluğu və kadr siyasəti”  kafedrasının dosenti

Nəzarət anlayışı ilə əlaqədar bir çox tərif mövcuddur. İngiliscədə audit, Fransızcada controle sözləri ilə ifadə edilən nəzarət anlayışı, "bir işin doğru və rəhbərliyə uyğun edilib edilmədiyini araşdırmaq, təftiş etmək, yoxlamaq" şəklində təyin olunur. Belə ki, nəzarət cəmiyyətin və dövlət quruluşun sabitliyini təmin etməyə, sosial qaydalara əməl etməyə, ictimai və fərdi şüura təsir  etməyə iqtidarı olan siyasi, iqtisadi və ideoloji proses və metodların məcmusudur. Bir digər mənada nəzarət - təşkilatın qərarlarının icrasını yoxlamaq, texniki, iqtisadi, təşkilatı normativlərə əməl etmək, plan tapşırıqların yerinə yetirmək, əmək intizamına, hüquqi normalara əməl etməkdir.Ümumi bir baxışla nəzarət; müəyyən məqsəd və vəzifələrin nəzərdə tutulan müddətdə, tam və əskiksiz şəkildə reallaşdırılıb reallaşdırılmadığını müşahidə işidir.  Ümumi bir baxışla nəzarət; müəyyən məqsəd və vəzifələrin nəzərdə tutulan müddətdə, tam və əskiksiz şəkildə reallaşdırılıb reallaşdırılmadığını müşahidə işidir.

Rəhbərlik elmi baxımından isə nəzarət, bir davranış modelinə uyğunluğun araşdırılaraq lazımlı düzəltmələrin edilməsi məqsədinə istiqamətli işləri əhatə etməkdədir.

Bu məzmunda nəzarət, ictimai hərəkət və əməliyyatlarda sistemli və qanunauyğun fəaliyyəti nəzərdə tutan ən fundamental və imtina edilməz vasitələrdəndir. Nəzarət, "nəticələrlə standartlar arasındakı fərqin ortaya çıxarılması və şərh olunması işləri" olaraq da təyin oluna bilər. Ümumiyyətlə  nəzarət, bir təşkilat və ya quruluşun ya da müəyyən bir plan, proqram və ya proyektin quruluşu, işləyişi və çıxışlarının əvvəldən təyin olunmuş standartlara uyğunluq dərəcəsinin araşdırma, müşahidə etmə, sorğulama kimi üsullarla təsbit edilməsi və əldə edilən tapıntıların obyektiv və sistematik bir şəkildə qiymətləndirilərək əlaqədar tərəf və tərəfdarlara çatdırılması müddəti olaraq təyin oluna bilər.

Beləlikə, nəzarət anlayışı kiminsə, nəyinsə faəliyyətinin yoxlanılması, hüquqi aspektdə isə normativ hüquqi aktların, qərarlarm və tələblərin yerinə yetirilməsinin yoxlanılması üzrə fəaliyyətdir. Məhz bu fəaliyyətin mahiyyəti (mövcud vəziyyətin müşahidə eidlməsi və nəticə olaraq müvafıq dəyərlədirilmənin aparılması) onun idarəetmə ib bilavasitə əlaqəsini müəyyənləşdirir .

Ümumilikdə nəzarət prosesini dörd mərhələyə ayırmaq olar:

1.  Birinci mərhələdə idarəetmə məqsədləri və strategiyasına uyğun qiymətləndirmə meyarları və standartlarımüəyyən edilir.

2.  İkinci mərhələdə idarəetmə obyektlərinin faktiki nəticələri qəbuledilmiş standartlarla müqayisə edilir, yol verilən kənarlaşma intervalı aydınlaşdırılır və müəyyənləşdirilir.

3.  Üçüncü mərhələdə kənarlaşmaların aradan qaldırılması baş verir.

4.  Dördüncü mərhələdəhəmin kənarlaşmaların gələcəkdə bir daha baş verməməasi üçün tədbirlər görülür.

Nəzarətə geniş və dar mənada baxılır. Geniş mənada nəzarət cəmiyyətin və dövlət quruluşun sabitliyini təmin etməyə, sosial qaydalara əməl etməyə, ictimai və fərdi şüura təsir  etməyə iqtidarı olan siyasi, iqtisadi və ideoloji proses və metodların məcmusudur. Dar mənada nəzarət -  təşkilatın qərarlarının icrasını yoxlamaq, texniki, iqtisadi, təşkilatı normativlərə əməl etmək, plan tapşırıqların yerinə yetirmək, əmək intizamına, hüquqi normalara əməl etməkdir.

Nəzarət baş vermə vaxtına görə ilkin cari və yekun xarekterli nəzarət formalarından ibarətdir.

İlkin nəzarət fəaliyyətə başlanmazdan əvvəl həyatə keçirilir.İlkin nəzarət inventarlaşma, mühasibat uçotu, maliyyə uçotu, statistik uçot formasında həyata keçirilir.İlkin nəzarət qurumda nəzarət sisteminin təşkil olunması və həyata keçirilməsinin mexanizmini sxeminin, layihəsinin, modelinin tərtib olunması ilə əlaqədardır.Deməli ilkin nəzarət gələcəkdə nöqsanların və kənarlaşmaların qarşısının alınmasına xidmət edir.Bundan başqa ilkin nəzarət nəzarətin subyektlərinin, obyektlərinin, proseslərinin qeydə alınmasını da özündə əks etdirir.

Cari nəzarət hadisə və fəaliyyətin baş verdiyi və yerinə yetirildiyi zaman həyat keçirilir.Yəni cari nəzarət işin həyata keçirildiyi müddətdə yerini yetrilir.Bu nəzarət forması kənarlaşmaların, nöqsanların və pozuntuların vaxtında və yerində müəyyən olunub aradan qaldırılmasına xidmət edir.Məhz buna görə də, cari nəzarət prosesi rəhbərlər tərəfindən daim reydlərin,yoxlamaların keçirilməsi, müşahidələrin aparılması ilə xarakterizə olunur.

Yekun nəzarət sonradan nəzarət məfhumu kimi də işlədilir.Yekun nəzarət hadisə və proseslər baş verdikdən sonra, yəni fəaliyyət başa çatdıqdan sonra  aparılır.Yekun və ya sonradan nəzarətin aparılması məqsədi ilə rəhbərlər ay,rub və ya il başa çatdıqda işçilərdən həmin dövrlər üzrə görülən işlər barəsində hesabatlar alır və hesabat göstəricilərini faktiki göstəricilərlə müqayisə edirlər. Məsələn, işçi ayın axırı gördüyü işin hesabatlarını rəhbərliyə təqdim edir.İlin axırı rəhbərlik təqdim olunmuş hesabatları aylar üzrə yoxlayır və yoxlama nəticəsində faktiki sənədlərlə təqdim olunmuş hesabat göstəricilərini müqayisə edir. Müqayisə zamanı kənarlaşmaların olub-olmaması müəyyən edilir. Deməli, sonradan nəzarət əvvəlki dövrlərdə buraxılmış nöqsanların aşkara çıxarıb, gələcək dövrlərdə bir daha baş verməməsi üçün böyük əhəmiyyət kəsb edir .

Nəzarətin aşağıdakı formaları vardır:

1.  Dövlət nəzarəti - Səlahiyyətli dövlət orqanının həyata keçirdiyi nəzarət.Dövlət nəzarəti icra orqanları, məhkəmə prokurorluq, vergi, gömrük, ədliyyə orqanları və s. tərəfindən həyata keçirilir.

2.  İctimai nəzarət - müxtəlif ictimai təşkilatlar, ictimai partiyalar tərəfindən həyata keçirilən nəzarət, xalq nəzarətidir.

3.  Daxili nəzarət - hər bir qurum və təşkilatların tərkibində daxili struktur vahidləridir.

Dövlətin nəzarət funksiyası idarəetmənin faktiki vəziyyətinin yoxlanılması, cari işlərin nəzərdə tutulan tələblər çərçivəsində həyata keçirilməsinə nəzarət edilməsi, idarəolunan obyektin müəyyən edilmiş fəaliyyət istiqamətlərindən yayınması hallarının aşkar olunması, müvafıq kənarlaşmalara yol verənlərin məsuliyyətə cəlb olunması,, kənarlaşmalara yol açan səbəb və şəraitin aradan qaldırılması, eləcə də bununla bağlı cari hüquqi aktlara düzəlişlər edilərək daha da təkmilləşdirilməsi üzrə həyata keçirilən fəaliyyətdir. Dövlət nəzarəti dövlətdə stabilliyin qorunması, idaretmənin effektivliyinin artırılması, qanunçuluq və intizamın təmini, dövlət, ictimai və şəxsi təhlükəsizliyin qorunması, insan və vətəndaşların konstitusion hüquq və azadlıqlarının müdafıəsi üçün zəruridir.

Nəzarət fəaliyyəti müəyyən səlahiyyətlərə malik dövlət orqanlarının həyata keçirdiyi dövlət aparatının ayrılmaz funksiyası keyfiyyətində xarakterizə etmək lazımdır. Nəzarət fəaliyyəti aşağıdakı blokları özündə birləşdirən sistem şəklində baxmaq olar :

Ø Nəzarətin məqsədləri;

Ø Nəzarətin prinsipləri;

Ø Nəzarətin metodları;

Ø Nəzarət prosesi.

Dövlət hakimiyyətində nəzarətin konkret məqsədi kimi ölkənin maddi, maliyyə, əmək, elmi və s. ehtiyatlarından effektivli idarə etmək vəzifələri durur.

Nəzarət prokuror nəzarəti və inzibati nəzarətə bölünür. İnzibati nəzarətə hüquqi ədəbiyyatda vahid baxış yoxdur. Hətta belə bir fikir var ki, nəzarət yalnız prokurorluğun prerorativi hesab edilir. Nəzarət orqanı idarəetmə subyektini qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, ona verilmiş bütün səlahiyyətlərin necə əməl etməsini – düzgünlüyünü, məqsədəyönlüyünü və səmərəli istifadəsini yoxlayır. İnzibati nəzarətin xüsusiyyətləri ondan ibarətdir ki, o səlahiyyətləri çərçivəsində yalnız konkret obyektin hərəkətlərinin qanunauyğunluğunu yoxlaya bilir. Beləliklə inzibati nəzarət idarə üzərində nəzarətin müxtəlif növü olmaqla, fəal müşaiyət formasında, zəruri hallarda isə inzibati hakimiyyət tədbirləri tətbiq edilməklə aparılır.

Prokuror nəzarəti qanunların icrasına nəzarət formasında həyata keçirilir. Hüquqi ədəbiyyatda prokuror nəzarəti ilədövlət nəzarətinin müqayisəli təhlili aparılır. Ümumiyyətlə prokuror nəzrəti ilə dövlət nəzarəti arasındakı fərqləri hələ Sovet dövründə prokurorluğun yaranması mərhələsində, prokurorluq haqqında normativ aktlar, o cümlədən prokurorluq haqqında qanun hazırlanarkən Lenin prinsipləri əsas götürülmüşdür. V.Lenin qeyd edirdi ki, “bilmək lazımdır ki, hər hansı bir inzibati hakimiyyətdən fərqli olaraq prokuror nəzarəti heç bir inzibati hakimiyyətdə yoxdur və o heç bir inzibati məsələlərdə həll edici səsə malik deyil... Prokurorun bir hüquq və vəzifəsi var ki, o da işi məhkəmə baxışına göndərmək....”. Prokurorluğu dövlət nəzarəti ilə müqayisə edərək qeyd edirdi ki, ona məqsədəuyğunluq prizmasında baxmaq lazımdır. Porkurorluq hər bir yerli hakimiyyəti orqanının qanundan kənar qərar verməməsinə cavab verir və bu nöqteyi-nəzərdən prokuror hər bir qeyri-qanuni qərarlara protest verməlidir .

Dövlət nəzarət subyektlərinin (dövlət və bələdiyyə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları, sahibkarlar, vətəndaşlar) qanunların, digər normativ aktların faktiki icrasını, həmçinin bu fəaliyyətin kəmiyyət və keyfiyyətcə yerinə yetirilməsində vasitə və üsulların seçilməsinin məqsədəuyğunluğu nəzarət predmetinə daxildir. Prokuror nəzarətinin predmetinə isə hakimiyyət, icra və nəzarət orqanların yalnız qanunların icrasına, kommersiya və qeyri-kommersiya təşkilatlarının qanunla təminat verilmiş insan və vətəndaşların hüquq və azadlıqlarına riayət edilməsinə, onların hüquqi aktlar qəbul edərkən qanunauyğunluğuna nəzarət daxildir. Beləliklə söhbət qanunların icrasından, hüquqi aktların qanunauyğunluğundan gedirsə bu prokuror nəzarəti predmetinə daxildir.

Şalumov M.Ş. qeyd olunanları əsas götürərək qanunçuluğa prokuror nəzarəti və dövlət nəzarəti institutlarının dövlət-hüquq sistemində müxtəlif vəziyyətlərdə olmaqla prokuror nəzarətinin və dövlət nəzarətinin ali spesifik forması, müxtəlif növü, nəzarət hakimiyyətinin elementi adlandırmasını qəbul etmir .

Hüquqi ədəbiyyatda hakimiyyət triadasına əlavə dördüncü hakimiyyət qolu – nəzarət hakimiyyətini ayırmaq təklif edilir. Əgər qanunverici hakimiyyəti parlament, icra hakimiyyətini prezident, məhkəmə hakimiyyətini məhkəmlər təşkil edirsə, dövlət nəzarəti funksiyasını dövlət nəzarətini həyata keçirən dövlət hakimiyyət orqanları həyata keçirir. Bu orqanları V.Çirkin iki qrupa bölür. Birinci yalnız nəzarət fəaliyyəti ilə məşğul olan ixtisaslaşdırılmış orqanlar (Konstitusiya Məhkəməsi, Prokurorluq, Hesablama Palatası, Ombudsman). İkinci qrupa başqa məsələrlə yanaşı nəzarət fəaliyyəti həyata keçirən ixtisaslaşmamış orqanlar (Prezident, Milli Məclis, Nazirlər Kabineti, Mərkəzi İcra Hakimiyyəti orqanları və s.).

Müxtəlif hakimiyyət orqnlarının yerinə yetirdiyi nəzarət funksiyası dövlət hakimiyyətinin nəzarət qolunun xüsusiyyətlərini əks etdirir. V.Çirkinə görə nəzarət hakimiyyəti sistemi elementlərə (təşkilati struktur) yox, fəaliyyətinin təbiətinə uyğun əlaqələrə əsaslanır və ənənəvi triadaya daxil edilən hakimiyyət qollarına xarakterik olan funksional fəaliyyət yaranır .

Nəzarət hakimiyyətini əsaslandıraraq V.Çirkin başqa bir xarakterik əlaməti başqa hakimiyyət qollarında və başqa orqanlardan asılı olmayan fəaliyyətin zəruriliyini göstərir .

Hər bir qurumun qarşısına qoyduğu məqsədə çatmasını təmin edən effektiv nəzarətin xüsusiyyətləri aşağıdakılardır:

1.  Strateji cəhətdən məqsədyönümlü olmalıdır.

2.  Konkret nəticələrə istiqamətlənməlidir.

3.  Nəzarət edilən fəaliyyət növünə müvafiq olmalıdır.

4.  Vaxtında aparılmalıdır.

5.  Kifayət qədər  çevik davamlı və baş verən dəyişikliklərə uyğunlaşabilən olmalıdır.

6.   Nəzərdə tutulan məqsədlərə nail olmaq nöqteyi-nəzərindən sadə olmalıdır.

7.  Qənaətcil olmalıdır. 

Nəzarət - dövlət idarəetmə sisteminin faktiki vəziyyətinin və onun strukturunun tələb olunan standartlara və səviyyəyə uyğun olub-olmadığının təyin edilməsi: dövlət orqanlarının ümumi fəaliyyətinin, idarəetmə subyektlərinin konkret hərəkətlərinin öyrənilməsi və nəticələrinin qiymətləndirilməsi; dövlət idarəetmə sistemində nəzərdə tutulanla taktiki yerinə yetirilənin nisbətinin təyin edilməsi.

İdarəetmə nəzəriyyəsində nəzarət idarəetmə subyektinin əsas funksiyalarından biri hesab olunur. Dövlət idarəetməsi müxtəlif iqtisadi, hüquqi, inzibati, o cümlədən nəzarət fəaliyyəti ilə həyata keçirilir. Cəmiyyətin hakim qüvvə və tabelikdə olanlara, idarəedən və idarəolunanlara, nəzarət edənlər və nəzarət olunanlara bölünməsi müasir dövlətdə sosial idarəetmənin mexanizmini nəzəri və praktiki mahiyyətini göstərir. Nəzarətin idarəetmə təsiri ən əvvəl verilmiş məqsədlərin, qanunlann, tələblərin, normativlərin, standartların, reqlamentlərin və çoxlu başqa göstərişlərin çərçivəsində idarəolunan sistemin (idarəetmə obyektinin) davranışına təsiri kimi başa düşülür. Nəzarətin təsirliliyi, onun hakimiyyət gücü buraxılmış nöqsanlara görə müxtəlif sanksiya qəbul etmək yolu ilə təsdiq olunur. Dövlət hakimiyyəti öz qərarlannı icra etmək üçün nəzarətdən, məcburi qüvvədən və başqa tənzimləmə mexanizmində istifadə edir. 

Hüquq dövlətində, vətəndaşın dövlət qarşısında qoruması və onun sahib olduğu hüquq və azadlıqları zəmanət altına almasına istiqamətlənmiş fəaliyyətlər indiki vaxtda daha da genişlənərək təsirini hiss etdirməkdədir. Bunlardan biri də dövlət qulluğunda nəzarət sistemidir. Müasir və demokratik hökumətlərin təməl hədəfləri, xalqın iqtisadi və ictimai rifahını yüksəltmək, bərabərliyini təmin etmək, ictimai və sosial dövlət xidmətlərini ən yaxşı şəkildə qarşılamaq və ictimai təhlükəsizlik sahələrində yüksək keyfiyyət standartlarına çatmaq üçün dövlət siyasətini inkişaf etdirməkdir. Bu məqsədlərə çata bilmək məqsədiylə şəffaf, ədalətli, məsul və hesab verə bilən bir dövlət qulluğu sistemi labüddür.

Dövlət qulluğun sistemində nəzarət spesifik olmaqla üç əsas məsələni həll edir:

v  birinci dövlət quruluşunun və cəmiyyətin sabitliyinin qorunmasına imkan verən qanunlara və başqa normativ aktlara əməl etmək, dövlət hakimiyyət orq anlan na qoyulmuş qayda və prosedurlardan kənara çıxmadan bu sahədə nöqsanları vaxtında aşkar etmək, zəruri halda düzəliş aparmaq;

v ikinci vəzifəli şəxslərin məsuliyyətinin, dövlət idarəetməsinin effektivliyinin artırılması, dövlət orqanlannın sayını və onların qarşılıqlı təsirini dövlət aparatının bürokratikləşməyə qarşı müqaviməti məsələsini əhatə edir;

v üçüncü - kargüzarhq sistemindən effektiv istifadəni, sənədlərin ünvanlara və İcraçılara çatdırılmasım, onlann vaxtında icrasına nəzarəti və digər məsələləri əhatə edir.

Bu vəzifələrin müvəffəqiyyətli həlli dövlət hakimiyyət orqanlarında, dövlət qulluqçularının fəaliyyətdə qanunçuluğa əməl etməklə mümkündür.

  Ümumiyyətcə dövlət qulluğunda nəzarət iki istiqamətdə aparılır.

ü Birinci, qanunverici aktların həyata keçməsi və ya qoyulmuş məhdudiyyətlərə əməl olunması yoxlanılır;

ü İkinci, həqiqi vəziyyəti aydınlaşdırmaq və ya nəzarət olunan obyektdə nəzərdə tutulan, arzu olunan və ya gözlənilənlərə uyğunlaşdırmaq.

Onlardan biri - işin həqiqi vəziyyəti haqqında uçot məlumat, digəri isə olmalı vəziyyət haqqında məlumatdır. Burada əsas normativ aktlann, yəni qərarların, hüquqi normaların tələbləri baxımından araşdırılır. Bu istiqamətlərin hər biri öz aralarında müqayisə olunan iki müxtəlif informasiyaya söykənir.

Nəzarət prosesində məlumatların alınıb, təhlil edilib istifadə olunması əsas amillərdən biridir. Nəzarət olunan obyektlərdə işlərin vəziyyətini real əks etdirən operativ məlumatlar almaq, fəaliyyətin dövlət maraqlarına uyğun, qəbul olunmuş qərarlann məzmununda, dövlət aparatının təşkili və iş stilində çatışmamazlıqları aşkar etməyə imkan verir. Nəzarət prosesində alınmış məlumatların müqayisəsi aparılır.

Nəzarət obyektlərindən məlumatların alınması və istifadə olunması aşağıdakı ardıcıllıqla aparılır:

1) lazımi məlumatları almaq;

2) alınmış məlumaları təhlil elmək və qiymətləndirmək;

3) nəzarət gedişində hüquqi aktlarda müəyyən edilmiş tələblərdən kənara çıxmalara münasibət bildirmək.

Nəzarət müəyyən prinsiplərlə həyata keçirilir. Onlar; qanunçuluq, obyektivlik, müstəqillik, aşkarlıq, qənaətcillik, məsuliyyət,  məqsədəuyğunluq, sistemlilik, vahid metodologiya, siyasətə qarışmamaq, hüquqi bazanın, maddi və maliyyə vəsaitin olması, nəzarət orqanlarının işində koordinasiya, kolegiallıq, geriyə əlaqənin səmərəliliyi, şəxsiyyətin həyat və ləyaqətinin müdafiəsi və s. daxildir.

Dövlətin nəzarət mexanizmləri idarəetmə qərarları və fəaliyyətlərini onların qanunlara və digər hüquqi normativ aktlara uyğunluq nöqteyi-nəzərindən izləməyə imkan verir.Dövlətin ümumi nəzarəti, hər bir dövlət orqanı və yerli özünüidarə orqanı tərəfindən müəyyən edilmiş səlahiyyətlərin qanuniliyinə və reallaşdırılmasına nəzarətdən ibarətdir. İdarəetmə fəaliyyətinin müəyyən növləri üzərində xüsusiləşdirilmiş nəzarət səlahiyyətli orqanlar və onların altsistemləri tərəfindən həyata keçirilir. Buraya: antiinhisar, gömrük, sanitar-epidemioloji, ekoloji, radiasiya nəzarəti, əmək qanunvericiliyinə riayətedilməsinə, ərzaqların və xalq istehlakı mallarının keyfiyyətinə nəzarət, yolhərəkətinə nəzarət və s. aiddir. Dövlət qurumlarında vəzifəli şəxslər və rəhbərlər tərəfindən həyata keçirilən daxili nəzarətin effektivliyi nəzarət edən şəxslərin məsuliyyət mədəniyyətindən asılıdır. Demokratik dövlətdə mühüm nəzarət funksiyalarını özlərinin konstitusiya ilə təmin olunmuş hüquqları, azadlıqları və maraqlarını müdafiə etməyə qadir olan qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri və ayrı-ayrı fərdlər yerinə yetirirlər.

Dövlət qulluqçularına nəzarətin spesifik əlamətləri var: birincisi, dövlət qulluqçusu işlədiyi orqanın statusundan, bu orqanın dövlət hakimiyyət sistemində yerindən asılı olaraq nəzarətin bu və ya başqa forması və növü həyata keçirilir; ikincisi, dövlət qulluqçusunun dövlət hakimiyyət orqanlannm iyerarxik model əsasında qurulmuş strukturunda tutduğu vəzİf'ə mövqeyindən, verilmiş hakimiyyət səlahiyyətlərindən asılı olaraq tabe olduğu özündən yuxan vəzifə tutanlar üçün nəzarət obyekti, aşağı vəzifəlilər üçün nəzarət subyekti funksiyası yerinə yetirir; üçüncüsü, dövlət qulluqçusunun daşıdığı - fərd, insan, vətəndaş, vəzifəli şəxs statusuna uyğun noz.arət obyekti və subyekti keyfiyyətində çıxış edir. Bəzi hallarda dövlət qulluqçusu vəzifə statusunu ön plana keçirir, insan və vətəndaş statusunu onun arxasında gizləməyə çalışır; dördüncüsü, dövlət qulluqçusuna nəzarət onun hüquq və vəzifələrinin nisbətindən asılı olaraq dəyişkən olur. Böyük vəzifə az hüquq effektiv fəaliyyət göstərməyə imkan yaratmır, nəzarət obyekti və subyekti funksiyalarını lazımi keyfiyyətdə yerinə yetirə bilmir, böyük hüquq balaca vəzifə özbaşınalığa, nəzarət olunmaqdan kənarda qalmağa və məsuliyyət daşımamaga şərait yaradır.

Dövlət qulluğunda nəzarət mexanizmin effektivliyi hər bir dövlət qulluqçusunun özünə nəzarətindən, dövlət qulluqçusunun əməyinin qiymətləndirilməsində kəmiyyət və keyfiyyət maraqlarının olmasından, nəzarət subyekti və obyekti arasında şüurlu, qarşılıqlı əlaqə və təsirdən, əks əlaqə konolinin (obyektdən subyektə gedən kanal) İşlək olmasından və başqa amillərdən asılıdır. Dövlət qulluğunda əsas və spesifik nəzarət növü dövlət qulluqçusunun özünə nəzarətidir. Özünə nəzarət dövlət nəzarətinin özəyi olmaqla kənar nəzarətdən daha mühümdür. Özünə nəz.arət sosİal nəzarətin tərkib hissəsi olub insanın öz davranışının, motivlərinin və niyyətlərinin sərbəst tənzimlənməsidir. Özünə nəzarət ictimai həyat prosesində insan cəmiyyət qanunlarına, qədim adətlərə, sosial normalara, milli mentalitetə əməl etməklə öz hərəkət, davranış və vərdişlərini şüurunda formalaşdığı ideal şəxsiyyət modelinə uyğunlaşmasına səy göstərir. Burada özünüdərketmə ön plana keçir, belə ki, öz.ünü dərk etməyən başqalarını da dərk edə bilmir.

İnsan cəmiyyətin qanun, norma və prinsiplərini nə qədər mənimsəyib dərk edirsə, o, bunlara əməl edir, davranışına nəzarət edir. Özünə nəzarətin effektivliyində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası qanunu Xüsusi əhəmiyyət daşıyır. Qanunda göstərilir ki, Hər bir dövlət qulluqçusu qanunun aliliyi, insan hüquqlarının demokratik prinsiplər və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etmyə borcludur.

Təcrübədə Dövlət qulluqçusunun nəzarətdən kənarda qalmağnı şərtləndirən bəzi subyektiv amillər mövcuddur. Onlara aşağıdakılar aid oluna bilər:

1.  Dövlət qulluqçusunun vəzifə iyerarxiyasında yüksək vəzifə tutan şəxslərlə qohumluq, dostluq və yerliçilik əlaqələri olanda

2.  Vəzifəli şəxslərlə korrupsiya əlaqələri

3.  Hakim partiyaya bağlılığı

4.  Dövlət qulluğuna patronaj yolu ilə qəbul olan bəzi qulluqçular.

Azərbaycan Respublikasında dövlət qulluğunavə  “Dövləq Qulluğu Haqqında” Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan  Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət  Qulluğunu İdarəetmə Şurası, dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsinə nəzarəti müvafiq dövlət orqanının rəhbəri və müvafiq dövlət nəzarət orqanı həyata keçirir.

 Sosial nəzarətin digər  formalarından biri də ictimai nəzarətdir ki, ölkə əhalisinin ictimai fəallığı, intellekt və məlumatlılıq səviyyəsi yüksəldikcə müvafiq olaraq ictimai rəyin də idarəetmədəki  əhəmiyyəti artır. İctimai rəy ayrı- ayrı qrupların təəssüratının və ya fikrinin sosial – psixoloji formada təzahüretmə üsuludur. Onun yaranması da, inkişafı da, istiqaməti də təbii proses olub, cəmiyyətdə baş verən konkret proseslər haqqında kütlənin qənaətindən asılıdır. Ictimai rəyin və vətəndaş məmnunluğunun timsalında yürüdlən siyasət də, dövlət qurumlarının və dövlət qulluqçularının işi də, idarəetmə modeli də qiymətləndirilir. Təsadüfi deyil ki, ictimai rəy  anlayışından  ilk dəfə 17- ci əsrdə ingilis yazıçısı D.Solsberi parlamentə ölkə əhalisinin mənəvi dəstəyini ifadə etmək üçün istifadə etmişdir. Gücü böyük olan ictimai rəy ictimai nəzarət əsasında meydana çıxır və məmnunluq səviyyəsində təzahür edir.

Ədəbiyyat siyahısı

1.  Abdinoğlu.H - Yönetişim ilkelerinin uygulanmasinda kamu denetçiliği (ombudsmanlık) kurumu ve avrupa birliği sürecinde türkiye açısından önemi, İstanbul Ticaret Üniversitesi Sosyal Bilimler Dergisi, Bahar 2007;

2.  Azərbaycan Respublikası Təhsil Nazirliyi Baki Biznes Universiteti - Dövlətin idarəetmə nəzəriyyəsi (mühazirələr toplusu);

3.  Bozoğlu.M - Kamu yönetiminin idari denetimi ve ombudsmanlık kurumu, Konya (2008);

4.  Hacıyev.Ş.H - Dövlət və bələdiyyə idarəçiliyi (Dərslik), Bakı – 2011;

5.  Hüseynova.N.Ş - Dövlət qulluğu və idarəetmə, Bakı-2017;

6.  Hüseynova.N.Ş - Dövlət qulluğu və kadr siyasəti, Bakı-2013;

7.  İmran.A.M - Menecment Bakı- 2007;

8.  Kepekçi.C – Bağımsız Denetim, Lazer Ofset, Ankara-1996;

9.  Rzayev.Ə.H -  Dövlət qulluğunun hüquqi əsasları, Bakı-2011;

10.  Yılmaz, Bekir Mustafa - Kamu Alımlarında İdari Denetim, Yetkin yayınları, Ankara-2007.

  s.e.f.d. Murtəza Həsənov

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM