Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azərbaycan və Türkiyənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir” sərlövhəli məqaləsində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut yazıb. Bax: https://www.jpost.com/Opinion/Gas-pipeline-confirms-Azerbaijans-significance-610340.
Müəllif qeyd edib: “TANAP qaz kəməri sayəsində Türkiyə və Azərbaycan energetika sektorunda Avropa və Türkiyənin təbii qaza tələbatının ödənilməsi, həmçinin qaz məhsullarının müxtəlifliyinin təmin edilməsi üzrə özlərinin əvvəlki layihələrinin uğurlarının genişlənməsini davam etdirirlər. İki ölkə arasında energetika sahəsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz xəttinin tikintisi üzrə həyata keçirilmiş layihələrə qoyulmuş bundan əvvəlki sərmayələr strateji biznesi inkişaf etdirəcək, eyni zamanda TANAP kəməri genişlənmədə davam edəcək”.
Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev deyib: ” TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur.
Bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik...Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır”.
Arye Qut diqqətə çatdırır ki, TANAP təkcə enerji təhlükəsizliyinin təmin edilməsi baxımından deyil, həm də boru xəttinin keçdiyi ölkələrdə rifahın yaxşılaşdırılması nöqteyi-nəzərindən mühümdür. İsrailli ekspert yazıb: “ “Bu layihə Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqının dəstəyi sayəsində regionda sülh və sabitlik işinə böyük töhfə verəcək. TANAP Cənub Qaz Dəhlizinin (SGC) mərkəzi və ən uzun hissəsidir. SGC-nin əsas məqsədi Azərbaycanın nəhəng Şahdəniz yatağını Cənubi Qafqaz boru kəməri (SCP), TANAP və Transadriatik boru kəməri (TAP) vasitəsilə Avropa ilə əlaqələndirməkdir. SCP Gürcüstan vasitəsilə Azərbaycandan Türkiyəyə keçir. TAP Yunanıstanda başlanır, sonra Albaniya və Adriatik dənizindən İtaliyaya çatır”.
Bundan başqa, Qutun sözlərinə görə, bu, Ermənistan üçün sadəcə pis xəbər deyil, hətta dəhşətli yenilikdir. Belə ki, rəsmi Yerevan bir daha əmin oldu ki, onlar daha bir yeni regional super layihəyə - bu dəfə TANAP qaz kəmərinə qoşulmaq imkanını itiriblər. “Bunun səbəbi ondan ibarətdir ki, regionda iqtisadi və geoiqtisadi iqlim Ermənistan deyil, qüdrətli və müstəqil Azərbaycan tərəfindən müəyyən edilir. Bundan başqa, Azərbaycanda açıq şəkildə bəyan edirlər ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonunun işğalını davam etdirdiyi müddətdə təcrid olunmaqda davam edəcək. Ermənilər bu ərazilərdə bir milyondan çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirib, ciddi və qəddar hərbi cinayətlər törədiblər.
BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822, 853, 874 və 884 nömrəli dörd qətnamə qəbul edərək Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq hüquqda tanınmış sərhədlərinin toxunulmazlığına hörmət bəslədiyini təsdiq edib”, -deyə Arye Qut məqaləsində qeyd edib.
Ekspert vurğulayıb ki, 8,5 milyard dollar sərmayə qoyulmuş TANAP hər il Azərbaycandan Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəql edəcək. O əlavə edib: “Gözlənildiyinə görə, layihənin Avropa hissəsi artıq 2020-ci ildə fəaliyyətə başlayacaq. Hazırda TANAP layihəsinin dörd tərəfdaşı var. TANAP-ın səhmlərinin 58 faizi Cənub Qaz Dəhlizinə (SGC), 30 faizi Türkiyənin BOTAŞ neft-boru korporasiyasına, 12 faizi isə BP-yə məxsusdur. Bu yaxınlarda SGC səhmlərinin yeddi faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyə filialına verilib. Bu proqramın həyata keçirilməsi Avropa İttifaqının enerji təhlükəsizliyinin artırılması və “Qazprom” məhsullarından asılılığın azaldılması siyasətinin tərkib hissəsidir, layihə özü isə daha böyük ambisiyalı Nabucco qaz kəməri layihəsindən ayrılıb. TANAP kəməri Yunanıstandan Albaniyaya, daha sonra sualtı marşrutla İtaliyaya çatdırılmaq üçün 878 kilometrlik Trans Adriatic Pipeline (TAP) kəmərinə qoşulduqda bu boru kəmərləri üçlüyü TurkStream çəngəlini təşkil edəcək. 2019-cu ilin sonunda TurkStream qazı Qara Dəniz marşrutları vasitəsilə Türkiyəyə və Bolqarıstana çatdırılacaq. Məqsəd Varnadakı Bolqarıstan qaz qovşağına daxil olan TurkStream qazını Cənubi və Mərkəzi Avropa bazarlarına çatdırmaqdır.”
Qutun fikrincə, Azərbaycan Cənubi Qafqaz regionunda əməkdaşlığın mütərəqqi ikitərəfli formatlarının təşəbbüsçüsü və ya yaradıcısı kimi çıxış edən yeganə ölkədir. Azərbaycan ikitərəfli əməkdaşlıq əsasında üçtərəfli və hətta dördtərəfli formatlar üçün yol açıb.
Arye Qut daha sonra vurğulayıb: “TANAP qaz kəmərinin ilkin buraxıcılıq qabiliyyəti ildə 16 milyard kubmetrə bərabər olacaq. Altı milyard kubmetrı yaxın qaz Türkiyəyə, qalanı isə Avropaya nəql olunacaq. Aydındır ki, “böyük neft” dövründən sonra “böyük qaz” dövrünün başlandığı Azərbaycan üçün bu xoş xəbər ölkəyə investisiyalar, sanballı gəlirlər axınını və onun siyasi maraqlarını vəd edir.
TANAP Avropanın və Türkiyənin enerji təhlükəsizliyinə şərait yaradacaq. Bu layihə Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycanın dünyanın geosiyasi aktoru kimi əhəmiyyətini bir daha sübut və təsdiq edir. Azərbaycan müasir dünyanın əsas geosiyasi aktorları ilə konstruktiv və etimada söykənən münasibətlər qurub və onları inikas etdirib”.
Məqalə müəllifinin qənaətinə görə, Azərbaycan İsrailin strateji müttəfiqi kimi bu gün beynəlxalq arenada mühüm yerə malikdir və Cənubi Qafqazda öz geosiyasi mövqelərini qoruyub saxlamaqda və inkişaf etdirməkdə davam edir.
Tanınmış israilli ekspert “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsinin sonunda qeyd edib: “Təsadüfi deyil ki, Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizi Azərbaycanın payına düşür. Prezident Əliyevin balanslaşdırılmış, praqmatik və çoxvektorlu xarici siyasəti göstərir ki, ölkə özünün dəqiq və aydın mövqeyini dünya ictimaiyyətinə çatdıra bilib. Bütün energetika layihələri Azərbaycanın neft-qaz strategiyasının həqiqətən geosiyasi və geoiqtisadi nəticələr verdiyini, möhkəm regional tərəfdaşlıq və qarşılıqlı fəaliyyəti dəstəklədiyini, həmçinin Azərbaycanın milli iqtisadiyyatını gücləndirdiyini göstərir”.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM