Şuradan APA-ya verilən məlumata görə, tədbiri açan MŞ sədri Əflatun Amaşov iclasın gündəliyi ilə bağlı məlumat verib.
Gündəlikdə duran birinci məsələ dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş müşavirəsi ilə bağlı müzakirələr olub.
Ə.Amaşov bildirib ki, müşavirə Azərbaycanda dövlətinin söz və ifadə azadlığına yaratdığı münbit şəraitin hər hansı sui-istifadələrə meydan tanımayacağına dair mesaj idi: “Jurnalistlərin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdə məsuliyyət yükünün artırılması baxımından da son dərəcə önəmliydi. Bunu rəhbər tutan kütləvi informasiya vasitələri Azərbaycan Mətbuat Şurasının tövsiyələrinə uyğun olaraq özlərinin daxili iclaslarını keçirdilər. Həmin toplantılarda Azərbaycanın müharibə şəraitində yaşadığı vurğulandı və jurnalist peşəkarlığında milli maraqlara sadiqliyin mühüm əhəmiyyət daşıdığı önə çəkildi, jurnalist peşəsinin ictimai yükü qabardılmaqla peşə prinsiplərinin milli mənafe təəssübkeşliyi ilə həmahəng olmasının vacibliyi diqqətə çatdırıldı”.
Qeyd olunub ki, Mətbuat Şurası müşavirədə səslənmiş məqamlarla bağlı müxtəlif aspektlərin müzakirəsi, ümumən informasiya təhlükəsizliyi prosesində KİV-lərin fəaliyyət səmərəliliyinin davamlı şəkildə diqqətdə saxlanılması zərurətini nəzərə alaraq sentyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın informasiya təhlükəsizliyi media müstəvisində” adlı konfrans keçirib. Ölkənin aparıcı KİV-in, eləcədə elektron media rəhbərlərinin, eləcə də tanınmış ekspertlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutmuş tədbir geniş diskussiyalar şəraitində keçib. Toplantıda istər jurnalistlərin, istərsə də informasiya verilməsinə məsul strukturların fəaliyyət intensivliyinin artırılması, daha səmərəli nəticələrin əldə edilməsi baxımından təkliflər irəli sürülüb. Mətbuat Şurası həmin təklifləri qruplaşdıraraq ölkə rəhbərliyinə təqdim edəcək.
Bildirilib ki, təkliflər içərisində «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununda müvafiq əlavə və dəyişikliklər edilməklə internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi, ali məktəblərin jurnalistika fakültələrində hərbi jurnalist hazırlığının ayrıca ixtisas kimi yer alması üçün müvafiq tədbirlərin görülməsi, informasiya agentliklərinin təsisi imkanlarına və statusuna yenidən baxılması, dövlət qurumlarının media ilə işə məsul bölmələrinin struktur fəaliyyətinin daha da operativləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı konsepsiyanın hazırlanması istiqamətində işlərin görülməsi kimi məqamlar var.
MŞ-nin İdarə Heyətinin üzvlərindən Milli Məclisin deputatı Cavanşir Feyziyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təkliflərdə nəzərdə tutulan məsələlərin medianın peşəkarlığının artırılması baxımından əhəmiyyətini qeyd ediblər.
İclasda müzakirə olunan ikinci məsələ Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının rəyləri əsasında qərarların qəbulu olub. Müzakirələrdən sonra “Reket jurnalistika”ya qarşı Mübarizə Komissiyasının rəyi əsas götürülərək “Xalq nəzarəti və sahibkarlıq” qəzetinin adının MŞ-nin “qara siyahı”sına salınması məqsədəuyğun sayılıb.
MŞ-nin Şikayətlər üzrə Komissiyasının 5 avqust 2014-cü il tarixli iclasında “Mizrab” jurnalının ilk sayındaca peşə dəyərlərinə sayğısızlıq göstərdiyinə, əsasən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyini, həmçinin qurumun müşaviri Rauf Aslanovu hədəf götürərək etik prinsipləri pozduğuna dair rəy çıxarılıb. İdarə Heyəti rəyi əsas tutaraq mətbu nəşrə gələcək fəaliyyətində bu kimi halların aradan qaldırılmasını tövsiyə edib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Aktual.az” saytı ilə əlaqədar müraciətinin müzakirəsində də Şikayətlər üzrə Komissiyanın rəyinə istinad edilib. Məlumat verilib ki, xəbər portalı narazılıq doğuran materialla bağlı qarşı tərəfin mövqeyinin təqdimatına hazırdır. Bu, şikayətçi tərəfi də qane etdiyindən məsələ qapanmış sayılıb.
İdarə Heyətinin iclasında Şəki şəhərində görkəmli Azərbaycan rejissoru Rasim Ocaqovun xatirəsinə həsr olunmuş sənədli filmlər festivalına hazırlıqla bağlı müzakirələr də aparılıb. MŞ-nin beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, Mətbuat Şurası media quruluşları ilə yaxın təmaslara malik olduğundan Şura belə bir missiyanın gerçəkləşdirilməsini də həyata keçirə bilər. Festivalın oktyabr ayında təşkilinin mümkünlüyünü vurğulayan C.Feyziyev qarşıdakı müddətdə tədbirə hazırlığın vəziyyətinin yenidən müzakirə ediləcəyini, təkliflərin qruplaşdırılacağını deyib.
Bildirilib ki, Mətbuat Şurası Azərbaycan mətbuatı ilə bağlı xarici ölkələrdə məxəzlərin ölkəmizə gətirilməsi istiqamətində də iş aparmaqdadır. Bunun üçün Mətbuat Şurasının tərkibində ayrıca Fondun yaradılması nəzərdə tutulur. Artıq “Şərqi rus”, “Həyat” və XX əsrin əvvəllərində işıq üzü görmüş digər nəşrlərin orijinal nüsxələri ölkəmizə gətirilib.
MŞ-nin İdarə Heyətinin üzvlərindən MŞ sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət türkdilli ölkələrin sənədli filmlər festivalını ölkə miqyaslı hadisə kimi dəyərləndirməklə tədbirin Azərbaycan tarixində mühüm rol oynamış qədim Şəkidə təşkilini əlamətdar cəhət kimi önə çəkiblər.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM